CEM

is. [ ing. jam – mürəbbə] Meyvə və giləmeyvədən hazırlanan qatı mürəbbə. Alma cemi. Qaysı cemi. Pasterizə edilmiş cem.
CEHİZSİZ
CEMPER
OBASTAN VİKİ
Cem
Cem - tərkibində ən azı 1% pektin maddələri, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvənin şəkər şərbətində paldaşəkilli konsistensiyaya qədər bişirilməsindən alınan qida məhsulu. Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı (gilənar), gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə edilir. Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqli jeleyəbənzər (paldalı) konsistensiyalı olub süzülmür və qeyri-şəffafdır. Cem bir dəfəyə bişirilir. Tərkibində az pektin olan meyvə-giləmeyvələrdən cem bişirdikdə ona davamlı jele əmələgətirən meyvə-giləmeyvə (heyva, bəzi sort almalar, firəng üzümü) qatmaq lazım gəlir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə povidloya oxşayır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010. == İstinadlar == The principles of jelly-making, by N.E. Goldthwaite ...
Cem Adrian
Cem Adrian (30 noyabr 1980, Ədirnə, Ədirnə ili) — Türkiyə ifaçısı, bəstəkar, söz yazarı, prodüser and rejissoru. Bassdan sopranaya qədər bütün səs temberlərində ifa edə bilir. 7 oktavalıq səsinin 4.5–5 oktavasından istifadə edə bilir. onun səs telləri normal insanın səs tellərindən üç dəfə uzundur. == Həyatı == Adrian 1980-ci il 30 noyabrda Türkiyənin, Ədirnə şəhərində doğulub. Əsl adı Cem Filizdir. Əslən bosniyalı, eləcə də türkdür. Hələ orta məktəbdə oxuyarkən musiqi təhsili almağa başlamış, elə ilk səs yazması da bu zaman işıq üzü görmüşdür. == Karyerası == Adrian karyerasına on səkkiz yaşı olarkən radioda başlayıb və altı il burada işləyib. Eyni zamanda, teatr və fotoqrafçılıq ixtisası üzrə təhsil alırdı.
Cem Felek
Cem Fələk (12 may 1996, Buxen[d], Baden-Vürtemberq) — Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu. Azərbaycan və Almaniya vətəndaşlığına malikdir, milliyətcə türkdür. Hal-hazırda Finlandiyanın Veikkausliiga liqasında çıxış edən RoPS klubunun şərəfini qoruyur. Azərbaycanın futbol üzrə U-17 və U-19 komandalarında çıxış edib. == Gənc illəri == Türk əsilli Cem Vural oğlu Fələk 1996-cı ildə Almaniyanın Buşen-Odenvald qəsəbəsində anadan olub. 5 yaşından başlayaraq futbolla məşğul olmağa başlayıb və qısa zamana Frankfurtun ən perspektivli gənc oyunçularında birinə çevrilib. 13 yaşında Cem Fələk "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ilə razılığa gələrək Xəzər-Lənkəran klubu ilə sözləşmə imzaladı. 2008-ci ildə Cem Fələk Ayntraxt klubunun futbol akademiyasına keçir və 2011–2013-cü illər arasında Ayntraxt U-17 komandasında oynayır. 2013-cü ildə Cem Fələk Bohum klubuna keçir və 2013–14 mövsümündə komandanın U-19 heyətində çıxış edir. Bundan sonra bir il Şotlandiyanın Aberdeen klubunda, U-20 komandasında çıxış edir.
Cem Fələk
Cem Fələk (12 may 1996, Buxen[d], Baden-Vürtemberq) — Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu. Azərbaycan və Almaniya vətəndaşlığına malikdir, milliyətcə türkdür. Hal-hazırda Finlandiyanın Veikkausliiga liqasında çıxış edən RoPS klubunun şərəfini qoruyur. Azərbaycanın futbol üzrə U-17 və U-19 komandalarında çıxış edib. == Gənc illəri == Türk əsilli Cem Vural oğlu Fələk 1996-cı ildə Almaniyanın Buşen-Odenvald qəsəbəsində anadan olub. 5 yaşından başlayaraq futbolla məşğul olmağa başlayıb və qısa zamana Frankfurtun ən perspektivli gənc oyunçularında birinə çevrilib. 13 yaşında Cem Fələk "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ilə razılığa gələrək Xəzər-Lənkəran klubu ilə sözləşmə imzaladı. 2008-ci ildə Cem Fələk Ayntraxt klubunun futbol akademiyasına keçir və 2011–2013-cü illər arasında Ayntraxt U-17 komandasında oynayır. 2013-cü ildə Cem Fələk Bohum klubuna keçir və 2013–14 mövsümündə komandanın U-19 heyətində çıxış edir. Bundan sonra bir il Şotlandiyanın Aberdeen klubunda, U-20 komandasında çıxış edir.
Cem Karaca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Cem Kızıltuğ
Cem Kızıltuğ (d. 1974 İstanbul ) sənətçi . Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafik Dizayn Hissəsindən (M.Ü.GSF) məzun olduğu il Zaman qəzeti 'ndə illüstratörlüğe başladı (1997). İzmir Efes Celsus Kitabxanası şəkil sərgiləri açdı (1998, 1999, 2000, 2002). Zamanda Şənbə və Bazar günləri çəkdiyi karikaturaları C'empati adlı albomla nümayiş olundu (2003). Türkiyə Yazarlar Birliyi 'nce (TYB)' İlin karikaturaçı 'seçildi (2005). Illüstrasiyalar Society for News Design (SND) yarışmasında gümüş və mükəmməllik mükafatları aldı (2006, 2007, 2008, 2009, 2010). Today s Zaman qəzetində Mr.Diplomat! adlı cizgi bant tiplemesi meydana gətirdi (2007). Yapı Kredi Yayınları , Timaş Yayınları və Turkuvaz Nəşriyyat kimi nəşriyyatlarından resimlediği kitablar nəşr olundu.
Cem Qaraca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Cem Qəriboğlu
== Cinayət haqqında və etiraf == 3 mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi. Cem Qəriboğlu: "Mən hadisədən 1 il əvvəl Körpədə təsadüfən Münəvvər Qarabulud ilə tanış oldum. 5 ay sonra da sevgili olduq. Hətta Münəvvər ilə sevgiliykən Ənvər ilə tanış olduq. Münəvvər 7–8 dəfə evimizə gəldi. Münəvvəri anam ilə də tanış etdim. Hadisədən bir neçə gün əvvəl bizə gəlmişdi, mübahisə müzakirə etdik. Mənə təhqir etməyə başladı. Kişiliyimə təhqir etdi.
Cem Sultan
Cem Sultan (22 dekabr 1459, Ədirnə – 6 mart 1495, Kapuya[d], Kampaniya) — Osmanlı şahzadəsi. Sultan II Mehmedin sonuncu oğlu və VIII Sultan II Bəyazidin kiçik qardaşı. Cem Sultan 14 il müddətində Roma papası tərəfindən əsir saxlanılmışdır. == Həyatı == Cem Sultan, Sultan II Mehmedin sonuncu oğlu olaraq 23 yanvar, 1459-cu ildə Ədirnə Sarayında dünyaya gəlmişdir. Cem Sultanın doğum xəbəri II Mehmedə Yunanıstan səfərində olarakən çatmışdır. Cem dörd yaşında olarkən müəllimlərdən müxtəlif dərslər almağa başlamışdır. Əsasən sadə anlayışlardan başlayan ilkin dərslərdə dini mövzular üstünlük təşkil etmişdir. Bu cür dərslər Cem Sultana on yaşına qədər verilmişdir. Cemin Mükəmməl təhsil almasının ən böyük sübutu kimi hələ uşaq yaşlarından Yunan dilini təmiz öyrənməsi göstərilmişdir. Gənclik dövründə Cem Sultan digər Şahzadələr kimi rəsmi vəzifəyə təyin olunmuşdur.
Cem Uzan
Cem Çingiz Uzan (türk. Cem Cengiz Uzan; 26 dekabr 1960, İstanbul) — Türkiyə iş adamı, siyasətçisi və Gənc Partiyanın qurucusu və sabiq sədri.
Cem Yılmaz
Cem Yılmaz (23 aprel 1973, İstanbul) — Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejisor. == Həyatı == Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulda anadan olmuşdur. Sənət həyatına 1992-ci ildə "Leman Kültür Merkezi"ndə başlamış, Leman karikatura jurnalında (Leman Dergisi) karikaturçu rəssam olaraq çalışmışdır. "Leman Kültür Merkezi"ndə yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını "Beşiktaş Kültür Merkezi"ndə davam etdirmişdir. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir.
Cem Zeng
Cem Zeng (21 oktyabr 1985) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Cem Zeng Türkiyəni 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Cem Sultan Türbəsi
Cem Sultan Türbəsi — başda Sultan II Muradın türbəsi olmaqla Muradiyə külliyəsində yerləşən bir çox türbələrdən biridir. Çoxu sənət baxımından üstün dəyərdə olan bu türbələr arasında Cem Sultan Türbəsi quruluşu və daxili bəzəməsi baxımından ən gözəlidir. Kitabəsi olmayan türbə, günbəz içindəki naxışlarda olan "Sultan Mustafa" və "rəhmətullah" yazılarından aydın olduğuna görə Fateh Sultan Mehmetin böyük oğlu Şahzadə Mustafa üçün tikilmişdir. Ancaq macəralı bir sürgün həyatından sonra 1495-ci ildə İtaliyada ölən Cem Sultanın cənazəsi 1499-cu ildə yurda gətirildikdən sonra burada dəfn edilmiş və türbə daha məşhur olduğu üçün onun adı ilə tanınmışdır. == Memarlıq == === Xarici quruluşu === Türbə hər kənarı 7 mt uzunluğunda bir altıbucaqlı formada inşa edilmişdir. Tikinti materialı kimi Bursadakı Türk arxitekturasında göründüyü kimi, daş və kərpic istifadə edilmişdir. Divarlarda iki sıra kərpic sonra tək sıra daş gəlir. Bunların aralarında da dikinə qoyulmuş bir kərpic var. Yalnız girişin mərmərdən iki yəni divarlı bir dəhliz halında qorunduğu görülür. Kənara bir Türk kəmərilə açılan bu geniş dəhlizin üstündə çox daşqın taxta bir saçaq var.
Hilmi Cem İntəpə
Hilmi Cem İntəpə (türk. Hilmi Cem İntepe; 19 may 1992, Muğla ili) — Türkiyə aktyoru.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) türk pop, arabesk müğənnisi və aktyorudur. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçu'dur. == Musiqi Kariyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (ingiliscə: "Günaydın mənim sevgilim") albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.
Malqoçoğlu Cem Sultan (film, 1969)
Malqoçoğlu Cem Sultan (türk. Malkoçoğlu Cem Sultan) — 1969-cu ildə Rəmzi Jöntürkün rejissorluğu ilə tarixi-macəra janrında çəkilmişdir. Filmdə baş rolu məşhur türk aktyoru Cüneyt Arkın ifa edir. Film Ayhan Başoğlunun sevilən komiks xarakteri Malqoçoğlu haqqındadır.Malqoçoğlu Osmanlı İmperyerasının sadiq ailələrindən biri olaraq qəbul edildiyi üçün filmin əsas xüsusiyyətləri əsl tarixi təmələ sahibdir. Film Başoğlunun eyni adlı komik kitabının dramatikləşdirilməsidir və Cem Sultanın həyat mübarizəsindən bəhs edir. Axıncı qoşunlarının lideri Malkoçoğlu, bir kəndli Polada güvənir və onu ordusuna qəbul edir və Cem Sultanı Frenk müttəfiqlərinə etibarlı bir şəkildə yönləndirmək vəzifəsini verir. Cüneyt Arkın, marka üslubunun bir parçası olaraq filmdəki iki obrazı canlandırır. = Məzmunu = = Rollarda = = Filmin siyasi tərəfi = Orta Osmanlı dövründə cəmiyyətdəki sinif fərqlərini izah etmək filmin əsas elementlərindən biridir. Zavallı kəndli Polad varlı bir ev sahibini öldürmək məcburiyyətindədir, çünki bir kəndlinin belə nüfuzlu bir şəxslə danışmaq hüququ olmadığını bildirərək Poladın sevgilisini əlindən almağa çalışır. Bu təsvir, cəmiyyətdəki sinif mücadilələrini tez-tez vurğulayan hərəkətli filmlər üçün də Rəmzi Jöntürk filmlərinin klassikidir.
Akim Cemilyev
Akim Əbdürrəhman oğlu Cemilyev (krımtat. Akim Abdurahman oğlu Cemilev, Аким Абдурахман огълу Джемилев; 9 may 1918 – 11 dekabr 2001, Simferopol) — Krım Tatar xoreoqrafı, rəqqası və ictimai xadimi. Krım tatarların milli hərəkatının fəal üzvü. Böyük Vətən müharibəsi iştirakşısı. Ukraynanın əməkdar artisti (1994). == Həyatı == 9 may 1918-ci ildə Küçük-Uzən kəndində anadan olub. 1933-cü ildə atası, kənd sovetinin sədri, Simferopolda Qujtransportun müdiri vəzifəsinə gətirildi. Akim fabrik məktəbinə daxil oldu və eyni zamanda istehlakçı kooperasiya klubunun rəqs ansamblına qoşuldu. Müasir krım tatar xoreoqrafiyasının banisi Hüseyn Baqqalın şagirdi olub.1936-cı ildə Krım Tatar Opera və Balet Teatrının Krım Dövlət Rəqs Ansamblının solisti oldu. Krım tatar rəqsləri - "Ağır-ava", "Çoban-oyunu", "Haitarma" və SSRİ-nin müxtəlif xalqlarının rəqslərini ifa etmişdir.
Aydaşı (cemston)
Aydaşı – Na-K-lu alümosilikat mineralıdır. Kimyəvi formulu (Na, K)AlSi3O8-dir. Ortoklazın şəffaf, rəngsiz növüdür. Mineral həmçinin adulyar (İsveçrədə Adula dağ yatağın adına görə) kimi də tanınır. == Etimologiya == == Tarixi == == Geologiya == === Formasiya === == Yataqları == Aydaşının yataqları əsasən Qərbi Azərbyacanda Göyçə gölü ətrafında, Avstraliya, Avstriya Alpları, Meksika, Madaqaskar, Norveç, Polşa, Hindistan, Şri-Lanka və ABŞ-dadır. == Adulyarlaşma == Andezit-bazalt tərkibli vulkanitlərin metasomatoz nəticəsində dəyişilərək başqa minerallarla yanaşı adulyarın əmələgəlmə prosesi. Adulyarlaşma adətən müasir vulkanların solfatar fəaliyyəti sayəsində baş verir. Adulyarlaşma propillit və törəmə kvarsit formasiyaları üçün səciyyəvidir. Qızıl, gümüş, civə, sürmə və b. metal filizlərinin çökməsini müşayiət edən kvars-adulyar-serisit tərkibli metasomatitləri əmələ gətirir.
Cemal Süreya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — Kürd əsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Cemi Aleksandr
Cemi Aleksandr (14 mart 1984 və ya 1984) Amerikalı aktrisadır. O, daha çox Kyle XY adlı serial və Thor, Thor: The Dark World (Tor: Qaranlıq dünya) filmlərindəki rolları ilə tanınır. Jaimie Alexander Cənubi Karolina ştatının Greenville şəhərində anadan olub, lakin dörd yaşında ikən ailəsi ilə birlikdə Texas ştatının Grapevine şəhərinə köçüb. İbtidai sinifdə hobbi kimi teatr dərsləri almış, lakin orta məktəbdə mahnı oxuya bilmədiyi üçün məktəbdən qovulmuş və bunun əvəzinə idmanla məşğul olmuşdur. 17 yaşında olarkən skautinq agentliyi ilə görüşdə dostunun yerini tutmuş və ona bəzi ssenarilər göndərən meneceri Rendi Ceymslə tanış olmuşdur. Orta məktəbi bitirdikdən sonra aktyorluq fəaliyyətini davam etdirmək üçün Los-Ancelesə, Kaliforniyaya köçmüşdür. Onun karyerası 2003-cü ildə mükafat qazanan aşağı büdcəli film olan The Other Side (2006) filmində Hanna Tompson rolunu oynaması ilə başlamışdır. DVD şərhinə görə, o, əvvəlcə kişi aktyorlara qarşı çıxaraq kömək etmək üçün seçimlərdən keçmişdir, lakin rejissor Gregg Bishop onun replikaları ifa etdiyini eşitdikdən sonra onu baş rola çəkmək qərarına gəlmişdir. Onun ikinci rolu 2004-cü ildə Saranın köməkçi baş rolda çəkildiyi “Squirrel Trap” (2004) filmində olub. Bir il sonra o, ABC Ailəsi serialı Kyle XY (2006) serialında Jessi XX rolunu oynamış və burada laboratoriya təcrübəsi olaraq alimlər tərəfindən yaradılmış fövqəlbəşər varlıq rolunu oynamışdır.
Cemil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Cemila
Cəmilə (ərəb. جميلة‎) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir. III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır. VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur. Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi.
Cemma Skulme
Cemma Skulme (latış. Džemma Lija Skulme‎; d. 20 sentyabr 1925, Riqa, Latviya — ö. 9 noyabr 2019, Riqa, Latviya) — Sovet və Latviya rəssamı. Latviya SSR xalq artisti (1976). SSRİ dövlət mükafatı laureatı (1984). == Bioqrafiyası == Latviya Rəssamlıq Akademiyasının Rəssamlıq şöbəsini, İ. E. Repin rəssamlıq, heykəltaraşlıq və arxitektura İnstitutunun aspiranturasını bitirmişdir. 1956-cı ildən Latviya Rəssamlar İttifaqının üzvü, 1977-1982-ci illərdə sədr vəzifəsini icra edən, 1982-1992-ci illlərdə isə sədri olmuşdur. Cemma Skulmenin fərdi sərgiləri Rusiya, Avstriya, Almaniya, Kanada və ABŞ-da keçirilmişdir. Latviya SSR Ali sovetinin üzvü olmuşdur.
Cemma Çan
Cemma Çan (ing. Gemma Chan; 29 noyabr 1982, Sautark[d]) — İngiltərə aktrisası.
Cemre
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemrə
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemsonit
Cemsonit (Şotlandiya mineraloqu R. Ceymsonun şərəfinə adlandırılmışdır) — mineral. == Haqqında == Qurğuşun və dəmirin təbii sulfo - duzu – Pb4FeSb6S14. Monoklinik sinqoniyada kristallaşır. Kristalları iynəvarı, sap varıdır. Qarışıq lifli, radial şüalı yaxud dənəvər aqreqatları var. Qurğuşunu-bozdan dəmiri-qarayadək rəngdə olur. Metal parıltılıdır. Sərtliyi 2,5, sıxlığı 5630–5710 kq/m³-dir. Kövrəkdir. Cemsonit orta və aşağı temperaturlu hidrotermal yataqlarda əmələ gəlir; qurğuşun-sink, qızıl-sürmə və digər polimetal yataqlarda rast gəlinir.

Значение слова в других словарях

бронепо́езд ви́це-президе́нтский геогра́фия инже́ктор отойти́ портня́жество усти́лка ча́шник чуфы́ркание забода́ть ка́тька неотдели́мость изнанка cabezone grass-blade hypopodia knur obeyance peg pot purchase money sourbelly вафельница криворотый лесосушилка ожоговый