Значение слова ÇAĞ в толковом словаре азербайджанского языка.

sif.
1. Sağlam, saz, hələ əldən düşməmiş. Çox da qocalmışam, hələ ki, çağam; Bir az namus, qeyrət, ar sinəmdə var. Aşıq Ələsgər. _Çağ olmaq – sağlam olmaq, saz olmaq. Nələrə dözməmisən, sağ ol, mənim ürəyim! Həmişə olduğun tək çağ ol, mənim ürəyim! S.Rüstəm.
2. Kefi kök, dərdsiz, qəmsiz. Uşağın kefi çağdır. // dan. Kök, dolğun, tosqun. Çağ qız. Çağ uşaq.
← ÇAĞ₁

is. Vaxt, zaman. Bu çağacan harada qalmısan? Nə çağacan səni gözləyək? – Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı.

ÇAĞA →

is. dan. Körpə uşaq. Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad.

Это слово в других словарях: