Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «İ» – 331

İBARƏ SATMAQ

qəliz, mürəkkəb, pafoslu danışmaq.

İBRƏT ALMAQ (GÖTÜRMƏK)

bir işdən, hadisədən özü üçün nəticə çıxarmaq; ~ dərs almaq (götürmək), gözünə su vermək, öz payını
подробнее

İBRƏT DƏRSİ VERMƏK

həyatı başa salmaq, ağır, xoşagəlməz, pis hadisələrdən nəticə çıxarmağı öyrətmək.

İCAZƏ ALMAQ

razılıq istəmək.

İCAZƏ VERMƏK

razı olmaq, etiraz etməmək; ~ izin vermək.

İCTİMAİ GÖZ

kütləvi informasiya vasitələrinin, ictimai qurumların cəmiyyətdə gedən proseslərə nəzarəti.

İÇ ÜZÜ AÇILMAQ

mənfi xasiyyəti, əsl siması tanınmaq.

İÇALATINI YANDIRMAQ

davamlı surətdə alkoqol qəbul etmək, nə gəldi içmək.

İÇƏRİ SALMAQ

həbs etmək, dustaqxanaya salmaq.

İÇƏRİ VERMƏK

dərdini gizli saxlamaq, ürəyini heç kəsə açmamaq, dərdini heç kimə bildirməmək; ~ ürəyinə salmaq.

İÇƏRİYƏ ÖTÜRMƏK

acgözlüklə yemək, tikələri bütöv udmaq.

İÇİ İÇİNİ KƏSMƏK

daxilən əsəbiləşmək, hədsiz gərgin olmaq, dinə bilməmək; ~ dişi bağırsağını kəsmək.

İÇİ QAN AĞLAMAQ

daxilən sarsıntı və iztirab keçirmək.

İÇİ OD TUTUB YANMAQ

dərdini izhar edə bilməmək; ~ içi yanmaq.

İÇİ YANMAQ

1. Çox susamaq, susuzluqdan dili boğazına çəkilmək; ~ ciyəri yanmaq, dil-dodağı qurumaq.  2. Üzülmək
подробнее

İÇİM ÖZÜMÜ YANDIRIR, ÇÖLÜM ÖZGƏNİ

zahirən xoşbəxt, gülərüz, şən, qayğısız görünən, lakin daxilən əzab çəkən, dərdini heç kimə deyə bil
подробнее

İÇİNDƏ İTMƏK

hədsiz böyük və geniş olmaq; ~ at min, çap.

İÇİNDƏ ÜZMƏK

bol olmaq, çox olmaq, yaxşı yaşamaq.

İÇİNDƏN KƏSİLMƏK

bax: içindən qovrulmaq.

İÇİNDƏN QƏNBƏRQULU ÇIXMAQ

bax: qənbərqulu çıxmaq.