Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «Ə» – 444

ƏBƏDİ YUXUYA GETMƏK

ölmək, vəfat etmək; ~ dünyasını dəyişmək.

ƏBƏDİYYƏTƏ QOVUŞMAQ

əbədi olmaq; dünyasını dəyişmiş hörmətli şəxs haqqında işlədilən evfemistik ifadə.

ƏCƏB OLDU

xəbərdarlıq olunmasına baxmayaraq, etdiyi hərəkətdən zərər çəkmiş şəxsi qınamaq üçün deyilən ifadə;
подробнее

ƏCƏL BADƏSİNİ İÇMƏK

ölümə məhkum olmaq, ölmək; ~ əcəl camını içmək, əcəl şərbətini içmək.

ƏCƏL CAMINI İÇMƏK

bax: əcəl badəsini içmək.  

ƏCƏL GİRLƏMƏK (HƏRLƏMƏK)

ölüm vaxtı çatmaq; ölümlə nəticələnə bilən hərəkətlər etmək; ~ ölümlə çilingağac oynamaq, əcəli çatm
подробнее

ƏCƏL KÖYNƏYİ

kəfən.

ƏCƏL ŞƏRBƏTİNİ İÇMƏK

bax: əcəl badəsini içmək.

ƏCƏLİ ÇATMAQ

ölüm vaxtı yaxınlaşmaq, ölüm vaxtı çatmaq; ölüm axtarmaq, ölümlə nəticələnə biləcək hərəkətlər etmək
подробнее

ƏCƏLİ GƏLMƏK (YETMƏK)

bax: əcəli çatmaq.

ƏCƏLİNƏ SUSAMAQ

bax: əcəllə oynamaq.

ƏCƏLLƏ OYNAMAQ

ölüm axtarmaq, ölümlə nəticələnə biləcək hərəkətlər etmək; ~ başını çomağa sürtmək, buynuzunu çomağ
подробнее

ƏDA ÇIXARTMAQ

xoşagəlməz hərəkətlər etmək.

ƏDA SATMAQ

nazlanmaq, naz etmək; ~ özünü naza qoymaq.

ƏDASI YERƏ-GÖYƏ SIĞMAMAQ

təkəbbürlü olmaq, qürrələnmək, özündənrazı olmaq; ~ göylə getmək.

ƏDAVƏT APARMAQ

düşmənçilik etmək, düşməncəsinə münasibət göstərmək, fürsət olan kimi qisas almaq istəmək; ~ ədavət
подробнее

ƏDAVƏT BƏSLƏMƏK

bax: ədavət aparmaq.

ƏDAVƏT SALMAQ

arada düşmənçilik yaratmaq; ~ nifaq salmaq, nifaq yaratmaq, ədavət toxumu səpmək.

ƏDAVƏT TOXUMU SƏPMƏK

düşmənçiliyin başlanmasına səbəb olmaq; ~ nifaq salmaq, ədavət salmaq.

ƏDƏB-ƏRKAN GÖZLƏMƏK (SAXLAMAQ)

əxlaq qaydalarına əməl etmək, sözünə sərhəd qoymaq; ~ pərdə saxlamaq, böyük-kiçik yeri bilmək, həddi
подробнее