Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «AD» – 51
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
A AB AC AD AH AX AL AM AN AR AS AT AV AY AZ
 

AD ALMAQ

yaxşı işinə görə şöhrətlənmək; ~ ad qazanmaq.

AD ÇIXARMAQ

yaxşı və ya pis əməlləri ilə tanınmaq, məşhur olmaq; ~ barmaqla göstərilmək, ad qazanmaq.

AD ELƏMƏK

nişanlamaq, adaxlamaq.

AD QAZANMAQ

bax: ad çıxarmaq.

AD QOYMAQ

1. Yaxşı işləri ilə adını əbədiləşdirmək, şöhrət qazanmaq (bu mənada “ad qoyub getmək” şəklində də i
подробнее

ADAM ARASINA ÇIXARMAQ

yetişdirmək, cəmiyyət içinə çıxarmaq; ~ ortalığa çıxarmaq, adam eləmək, üzə çıxarmaq. 

ADAM ARASINA ÇIXMAQ

cəmiyyət içinə çıxmaq, mədəni insanların əhatəsində olmaq; ~ adam içinə çıxmaq, üzə çıxmaq.

ADAM CİLDİNDƏN ÇIXMAQ

tanınmaz hala düşmək, əvvəlki görkəmini dəyişmək.

ADAM CİLDİNƏ DÜŞMƏK

yaxşılaşmaq, yaxşı zahiri görünüşü ilə diqqəti cəlb etmək; ~ özünə əl gəzdirmək.

ADAM ELƏMƏK

tərbiyə vermək, böyütmək, oxutmaq, yetişdirmək; ~ ortalığa çıxarmaq, adam arasına çıxarmaq.

ADAM İÇİNƏ ÇIXMAQ

bax: adam arasına çıxmaq.

ADAM SALMAQ

1. Vasitəçi göndərmək.  2. Kimi isə axtarmaq üçün bir başqasını yollamaq.

ADAM SAYMAMAQ

saymamaq, hesablaşmamaq; özünü yekəxana aparmaq; ~ adam yerinə qoymamaq.

ADAM YERİNƏ QOYMAMAQ

saymamaq, hesablaşmamaq, hörmət etməmək; ~ adam saymamaq, heç saymaq, it yerinə qoymamaq.

ADAMA DIRMAŞMAQ

sırtıqlıq etmək, özünü çox açıq-saçıq aparmaq.

ADAMA GƏL-GƏL DEYİR

bax: gəl-gəl deyir.

ADAMLIQDAN ÇIXMAQ

insani keyfiyyətlərini itirmək, kobud və xoşagəlməz olmaq.

ADAMLIQDAN SALMAQ

hörmətsiz etmək; ~ abırdan salmaq.

ADDIM ATMAQ

təşəbbüs etmək, yeni bir işə başlamaq.

ADDIMINI KƏNARA QOYMAMAQ

yanlış işdən, hərəkətdən çəkinmək, müəyyən çərçivədə davranmaq, cızığından çıxmamaq.