Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «AL» – 55
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
A AB AC AD AH AX AL AM AN AR AS AT AV AY AZ
 

ALA İT TAYADAN DÜŞMƏMİŞ

lap tezdən; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), tula tayadan düşməmiş.

ALA İTDƏN MƏŞHUR OLMAQ

çoxlarının tanıdığı, lakin hörməti olmayan adam haqqında işlədilən ifadə.

ALA QARĞA

davranış və düşüncəsi ilə ətrafdakılardan fərqlənən adam haqqında işlədilən ifadə.

ALDIM QOZ, SATDIM QOZ

heç bir xeyri, mənfəəti olmayan bir iş, alver haqqında.

ALƏM BİR-BİRİNƏ DƏYMƏK (QARIŞMAQ)

bax: dünya-aləm bir-birinə dəymək (qarışmaq).

ALƏMƏ CAR ÇƏKMƏK

bax: car çəkmək.

ALƏMƏ İT HÜRƏNDƏ BİZƏ DƏ ÇAQQAL HÜRƏR

birisinin tənqidinə cavab verərkən onu aşağılamaq məqsədilə söylənilən ifadə.

ALƏMİ BAŞINA GÖTÜRMƏK

hər tərəfə dolmaq, yayılmaq, bürümək (əsasən, səs, su, tüstü, zibil və s. haqqında).

ALƏMİ BİR-BİRİNƏ QATMAQ

söz-söhbət, gərginlik, qarışıqlıq yaratmaq; ~ kələfi dolaşdırmaq, aləmi bir-birinə vurmaq.

ALƏMİ BİR-BİRİNƏ VURMAQ

çox axtarmaq, ələk-vələk eləmək, hər yeri dağıtmaq;  söz-söhbət, gərginlik, qarışıqlıq yaratmaq; ~ a
подробнее

ALFADAN OMEQAYA

bax: a-dan ze-yə.

ALIĞINI AŞIRMAQ

vəzifədən  çıxarmaq,  zərbə vurmaq, məğlub  etmək; ~ gözdən salmaq, işini bitirmək.

ALIN TƏRİ İLƏ

zəhmət çəkməklə, əmək sərf etməklə.

ALIN YAZISI

tale, qismət, qədər.

ALLAH ADAMI

imanlı, əməlisaleh adam.

ALLAH AĞLINI ALIB

düşünülməmiş hərəkətlər edən, davranışı ilə özünə ziyan vuran adam haqqında işlədilən ifadə.

ALLAH ELƏMƏMİŞ

“pis, bəd şey olmasın” mənasında işlədilən ifadə.

ALLAH RAST SALDI

işin uğurlu olması, arxasınca gedilən bir işin asanlıqla həll olunması barədə işlədilən ifadə.

ALLAH TƏK YARADIB

“gözəllikdə tayı-bərabəri yoxdur” mənasında işlədilən ifadə.

ALLAH ÜMİDİNƏ QALMAQ

düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməmək, əlacsız, çarəsiz olmaq.