Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «AT» – 24
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
A AB AC AD AH AX AL AM AN AR AS AT AV AY AZ
 

AT İLXISI, KÖPƏK SÜRÜSÜ

arzu olunmayan hədsiz say çoxluğuna mənfi münasibəti bildirən ifadə.

AT İZİNİ İT İZİNƏ QARIŞDIRMAQ

səhv salmaq, yanlış olaraq nəyi isə dəyişik salmaq.

AT MİN, ÇAP

geniş, böyük yer haqqında işlədilən ifadə; ~ içində itmək.

AT OYNATMAQ

özünü hökmran kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəm-mənəmlik etmək; ~ meydan sulamaq.

AT ÖLÜB, İTLƏRİN BAYRAMIDIR

güclü, nüfuzlu və şöhrətlilərin əvəzinə meydana zəif və acizlərin çıxmasına münasibət bildirən ifadə
подробнее

ATA MALI KİMİ

tən yarı, bərabər, ədalətli.

ATA YURDUNDA BAYQUŞLAR ULAYIR

bax: yurdunda bayquşlar ulayır.

ATAN YAXŞI, ANAN YAXŞI

kimisə bir şeyə inandırıb razı salmaq, vəziyyəti anlatmaq üçün işlədilən ifadə.

ATASINA OD VURMAQ

bax: atasını yandırmaq.

ATASINA RƏHMƏT OXUTDURMAQ

əvvəlkindən (rəhmət oxunandan) daha əzazil, daha pis olmaq.

ATASINI DALINA ŞƏLLƏMƏK (SARIMAQ)

bax: atasını yandırmaq.

ATASINI YANDIRMAQ

şiddətli cəzalandırmaq; ~ atasına od vurmaq, atasını dalına şəlləmək (sarımaq), dədəsini dalına şəll
подробнее

ATDAN DÜŞÜB EŞŞƏYƏ MİNMƏK

vəzifə və ya zənginlik baxımından  geriləmək, hər hansı bir işin vaxtında qədir-qiymətini bilməmək,
подробнее

ATDAN SALMAQ

yıxmaq, məğlub etmək; ~ atlını atdan salmaq.

ATƏŞƏ TUTMAQ

1. Gülləbaran etmək.  2. Şiddətli tənqid etmək (“tənqid atəşinə tutmaq”  şəklində də işlənir).

ATI ATIN YANINA BAĞLAMAQ

eyni xasiyyətli, eyni düşüncəli adamların bir yerdə olmasına şərait yaratmaq.

ATI DAŞLIĞA SÜRMƏK

vəziyyəti çətinləşdirmək; ~ ağzını şuma salmaq.

ATI EŞŞƏYƏ DƏYİŞMƏK

yaxşı bir şeyi daha pis və ucuz bir şeylə dəyişmək, səviyyəni aşağı salmaq.

ATILAN DIRNAĞINA DA DƏYMƏZ

bax: dırnağına belə dəyməz.

ATIN QABAĞINA ƏT, İTİN QABAĞINA OT QOYMAQ

işi tərsinə görmək; bölgüdə ədalətsizlik etmək; insanlara qabiliyyətlərinə uyğun olmayan vəzifə verm
подробнее