Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «B» – 797
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
BA BE BI BO BU
 

BAB GƏLMƏK

1. Biri ilə ortaq cəhətləri çox olmaq, bir-birinə uyğun gəlmək, oxşar olmaq, gücləri bərabər olmaq. 
подробнее

BABA OCAĞI

ata-baba yurdu, əcdadların yaşamış olduğu məkan.

BABALI BOYNUNA

məsuliyyəti, günahı kiminsə üzərinə qoymaq.

BABALINI YUYA BİLMƏMƏK

başqasının məsuliyyətini, günahını öz üzərinə götürməkdən boyun qaçırmaq.

BABAM MƏNƏ KOR DEYİB, HƏR YETƏNƏ VUR DEYİB

heç kimi saya salmamaq, öz bildiyini eləmək.

BABASININ QİYMƏTİNİ ÜSTÜNƏ QOYMAQ

çox bahalı satmaq, satılan məhsulun qiymətini hədsiz dərəcədə şişirtmək.

BACARANA BAŞ QURBAN

bax: bacarana can qurban.

BACARANA CAN QURBAN

müəyyən işdə uğur qazanmış bacarıqlı, qabiliyyətli insanlar barəsində deyilən ifadə; ~ bacarana baş
подробнее

BACARDIĞINI BEŞ QABA ÇƏKMƏK

əlindən gələni etmək, qorxmamaq, çəkinməmək.

BACASINDAN QUYRUQ YAĞMAQ

varlanmaq, dövlətli olmaq; ~ əli gətirmək.

BADA GETMƏK

puç olmaq, zay olmaq; ~ boşa çıxmaq (getmək), hədər getmək.

BADA VERMƏK

yox etmək, məhv etmək, tələf etmək; ~ ölümə vermək, güllə qabağına vermək.

BADALAQ GƏLMƏK (VURMAQ)

mane olmaq, aldatmaq; birinin işini pozmaq, əleyhinə xəlvəti plan hazırlamaq; ~ hiylə gəlmək (işlətm
подробнее

BAĞ BELƏ, BOSTAN BELƏ

yalançı vəd, şişirtmə, uydurma söhbətlər haqqında söylənilən ifadə.

BAĞANI YA ARXASI ÜSTƏ ÇEVİR, YA ÖLDÜR

istənilən halda sonu pis nəticələnən hərəkət haqqında işlədilən ifadə.

BAĞAYARPAĞI İLƏ QUZUQULAĞINI TANIMAMAQ

axmaq, bəsit, səfeh olmaq.

BAĞIRSAĞINI AYAĞINA DOLAŞDIRMAQ

bıçaqlamaq, xəncərlə öldürmək.

BAĞLARI QIRMAQ

əlaqəni kəsmək, get-gəli dayandırmaq, ünsiyyətdə olmamaq; ~ körpüləri yandırmaq.

BAĞLI QAPI ÜZÜNƏ AÇILMAQ

müvəffəq olmaq, işi düzəlmək; ~ bəxti gətirmək, bəxti üzünə gülmək, işi düz gətirmək.

BAĞRI ÇATLAMAQ

1. İnfarkt olmaq, ölmək.  2. Bərk narahatlıq keçirmək, darıxmaq; ~ əzab çəkmək, ürəyi partlamaq.