Фразеологический словарь азербайджанского языка

  • BU BAŞDAN VURUB O BAŞDAN ÇIXMAQ

    bir yerdə dayanmamaq, çox yerləri gəzmək, hər yeri dolaşmaq, bənd almamaq.

    Полностью »
  • BU DÜNYANIN ADAMI DEYİL

    davranışları, hərəkətləri, düşüncələri zamana, mühitə uyğun gəlməyənlər haqqında işlədilən ifadə.

    Полностью »
  • BU XƏMİR HƏLƏ ÇOX SU APARACAQ

    həlli çətin olan və uzun müddət zəhmət tələb edən iş, məsələ haqqında işlədilən ifadə.

    Полностью »
  • BU XINA (HƏNA) O XINADAN (HƏNADAN) DEYİL

    bir işin başqaları ilə müqayisədə daha çətin olmasını xatırlatmaq üçün işlədilən ifadə.

    Полностью »
  • BU KÜÇƏ MƏNİM, O KÜÇƏ SƏNİN

    çox gəzib, çox axtarıb-dolaşan şəxs haqqında işlədilən ifadə.

    Полностью »
  • BU QULAĞINDAN ALIB O QULAĞINDAN VERMƏK (ÖTÜRMƏK)

    bax: bir qulağından alıb o biri qulağından vermək (ötürmək).

    Полностью »
  • BU, MEYDAN, BU DA ŞEYTAN

    gücünü, qüvvətini, bacarığını göstərməyə çağırış məqsədilə işlədilən ifadə.

    Полностью »
  • BU MƏNİM ÜZÜM, BU SƏNİN ÜZÜN

    sözünün üstündə durmuş şəxsin vədinə xilaf çıxmış adama qınaq məqsədilə söylədiyi ifadə.

    Полностью »
  • BU SƏN GİRƏN KOL DEYİL

    sənin edə biləcəyin iş deyil, sən bacarmazsan.

    Полностью »
  • BU YERDƏ QƏRİBİ AĞLAMAQ TUTDU

    çarəsiz vəziyyətdə qalmış, çətinliklə üzləşmiş adam haqqında işlədilən ifadə.

    Полностью »
  • BUGÜN-SABAHA SALMAQ

    qəsdən süründürmək, gecikdirmək, ləngitmək; ~ ağzını boza vermək, ağzını dağa-daşa salmaq, ötür-ötürə salmaq, sabah-sabaha salmaq

    Полностью »
  • BUĞDA YEYİB CƏNNƏTDƏN ÇIXIB

    özü haqqında yüksək fikirdə olan, camaata qoşulmayan, lovğa və təkəbbürlü adam haqqında işlədilən ifadə

    Полностью »
  • BUĞDANI QILÇIQDAN AYIRMAQ

    yaxşını pisdən fərqləndirmək; ~ ağı qaradan seçmək.

    Полностью »
  • BUXOV VURMAQ

    böyüməsinə, irəliləməsinə mane olmaq; ~ qarşısını almaq (kəsmək).

    Полностью »
  • BUİLKİ SƏRÇƏ (CÜCƏ) BİLDİRKİ SƏRÇƏYƏ (CÜCƏYƏ) CİP-CİP ÖYRƏDİR

    təcrübəsiz, dardüşüncəli bir adamın zəngin həyat təcrübəsi olan, dünyagörmüş bir insana ağıl, məsləhət, öyüd-nəsihət verməsi

    Полностью »
  • BULAQ BAŞINA SUSUZ APARIB SUSUZ GƏTİRMƏK

    bax: çaya susuz aparıb susuz gətirmək.

    Полностью »
  • BULANIQ SUDA BALIQ TUTMAQ

    hər hansı ağır, çətin, böhranlı şəraitdən öz xeyrinə istifadə etmək, qarışıq vəziyyətdən öz xeyri üçün yararlanmaq

    Полностью »
  • BUNA DA BİR QUŞ

    bitdi, qurtardı, həll edildi, baxıldı və s. mənalarda işlədilən ifadə; ~ quş qoymaq.

    Полностью »
  • BURALARDA OL

    slenq. hər hansı xahişdən imtina edərkən “gözlə, ay elədim ha...” mənasında saymazyana şəkildə işlədilən ifadə

    Полностью »
  • BURDA ALA QARĞA BALA ÇIXARMAZ

    qarma-qarışıq, hay-küylü və narahat olan yer haqqında işlədilən ifadə.

    Полностью »
  • BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLİFƏ

    başqaları üzərində ağalıq, mənəm-mənəmlik edən şəxs haqqında işlədilən ifadə.

    Полностью »
  • BURDA VURAR QILINCI, HƏLƏBDƏ (BAĞDADDA) OYNAR UCU

    birisinin böyük səlahiyyət və nüfuz sahibi olduğunu bildirən ifadə.

    Полностью »
  • BURDAN VURUB ORDAN ÇIXIR

    çox gəzən, qısa müddətdə çox yerə baş çəkən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • BURNU DA QANAMAMAQ

    heç bir zərər dəyməmək, ziyan görməmək.

    Полностью »
  • BURNU DİK (YUXARI) GƏZMƏK

    bax: burnunu dik (yuxarı) tutmaq.

    Полностью »
  • BURNU GİRMƏYƏN YERƏ BAŞINI SOXMAQ

    bax: başı girməyən yerə bədənini soxmaq.

    Полностью »
  • BURNU GÖYLƏ GETMƏK

    heç kəslə hesablaşmamaq, dikbaşlıq etmək, özünü təkəbbürlü aparmaq; ~ burnunu dik (yuxarı) tutmaq.

    Полностью »
  • BURNU OVULMAQ

    bax: ağız-burnu ovulmaq.

    Полностью »
  • BURNU YERƏ DƏYMƏK

    1. Qocalmaq, heydən düşmək.  2. Nədənsə küsmək, incimək; narazı qalmaq.

    Полностью »
  • BURNUNA BARIT İYİ DƏYMƏYİB

    təcrübəsiz, sınaqdan çıxmamış, müharibə, döyüş görməmiş adam haqqında işlədilən ifadə; ~ burnuna şam iyi dəyməyib

    Полностью »
  • BURNUNA DUZLU SU QOYMAQ

    cəzalandırmaq, tənbeh etmək; ~ payını vermək.

    Полностью »
  • BURNUNA İY DƏYMƏK

    xeyirli bir iş olacağını hiss etmək; ~ qulağına səs dəymək.

    Полностью »
  • BURNUNA ŞAM İYİ DƏYMƏYİB

    bax: burnuna barıt iyi dəyməyib.

    Полностью »
  • BURNUNDAN DÜŞMƏK

    çox oxşamaq, hədsiz bənzəmək.

    Полностью »
  • BURNUNDAN GƏLMƏK

    etdiyi hər hansı bir hərəkətə görə sonralar əziyyət çəkmək, xeyrini görməmək, çox pis nəticələnmək; ~ burnundan piltə-piltə gəlmək, yediyini qusmaq

    Полностью »
  • BURNUNDAN GƏTİRMƏK (TÖKMƏK)

    peşman etmək; ~ haram eləmək, əhvalını korlamaq, kefinə soğan doğramaq, gözündən gətirmək (tökmək).

    Полностью »
  • BURNUNDAN PİLTƏ-PİLTƏ GƏLMƏK

    bax: burnundan gəlmək.

    Полностью »
  • BURNUNDAN UZAĞI GÖRƏ BİLMƏMƏK

    dardüşüncəli olmaq, gələcəyi düşünməmək, uzaqgörən olmamaq.

    Полностью »
  • BURNUNDAN VURMAQ

    geri qaytarmaq, mane olmaq, qoymamaq.

    Полностью »
  • BURNUNU BAYIRA (ÇÖLƏ) ÇIXARA BİLMƏMƏK

    qorxmaq, gizlənmək, çəkinmək.

    Полностью »
  • BURNUNU DİK (YUXARI) TUTMAQ

    təkəbbürlü olmaq, lovğalanmaq; ~ özünü çəkmək (dartmaq), burnu göylə getmək.

    Полностью »
  • BURNUNU HƏR YERƏ SOXMAQ

    bax: burnunu soxmaq.

    Полностью »
  • BURNUNU SALLAMAQ

    narazı qalmaq, küsmək, incimək, bikef olmaq; ~ mısmırığını sallamaq, sümsüyünü sallamaq.

    Полностью »
  • BURNUNU SOXMAQ

    lazım olmadan hansısa işə qarışmaq; ~ baş soxmaq.

    Полностью »
  • BURNUNU TUTSAN (SIXSAN), CANI ÇIXAR

    çox zəif və gücsüz, arıq adam haqqında işlədilən ifadə.

    Полностью »
  • BURNUNUN ALTINDA OLMAQ

    çox yaxın olmaq, yanında olmaq.

    Полностью »
  • BURNUNUN SUYUNU AXITMAQ

    ağlayaraq şikayətlənmək, sızıldamaq, ah-vay etmək; yalvarışla bir şey istəmək.

    Полностью »
  • BURNUNUN UCU GÖYNƏMƏK

    çox darıxmaq, kimisə görməyi çox arzulamaq.

    Полностью »
  • BURNUNUN UCUNDA

    lap yaxınında, yanındaca.

    Полностью »
  • BURNUNUN UCUNDA (ALTINDA) DANIŞMAQ

    mızıldamaq.

    Полностью »