Фразеологический словарь азербайджанского языка

  • CƏFA ÇƏKMƏK

    əzab-əziyyət çəkmək, çətinliyə düşmək.

    Полностью »
  • CƏFA VERMƏK

    zülm etmək, əzab-əziyyət vermək; ~ ürəyinə dağ çəkmək (basmaq).

    Полностью »
  • CƏH-CƏH VURMAQ

    gözəl səslə nəğmə oxumaq; səlis və rəvan danışmaq.

    Полностью »
  • CƏHƏNNƏM ƏZABI

    ən ağır cəza, əzab-əziyyət, hədsiz işgəncə.

    Полностью »
  • CƏHƏNNƏM OLSUN

    kimisə görmək istəməmək, bir şeyi rədd etmək.

    Полностью »
  • CƏHƏNNƏMDƏN İPİ QIRIB QAÇMAQ

    çox kifir, eybəcər adam haqqında deyilən ifadə.

    Полностью »
  • CƏHƏNNƏMƏ GÖNDƏRMƏK

    öldürmək, qətlə yetirmək; ~ cəhənnəmə vasil etmək.

    Полностью »
  • CƏHƏNNƏMƏ VASİL ETMƏK

    bax: cəhənnəmə göndərmək.

    Полностью »
  • CƏHƏNNƏMƏ VASİL OLMAQ

    ölmək (pis tanınan insanlar haqqında).

    Полностью »
  • CƏHƏNNƏMİN DİBİNDƏ YAŞAMAQ

    çox ucqar və şəraitsiz yerdə yaşamaq; ~ cəhənnəmin o başında yaşamaq.

    Полностью »
  • CƏHƏNNƏMİN İSTİ BUCAĞI

    həddindən artıq isti yer barədə deyilən ifadə.

    Полностью »
  • CƏHƏNNƏMİN O BAŞINDA YAŞAMAQ

    çox uzaqlarda yaşamaq; ~ cəhənnəmin dibində yaşamaq.

    Полностью »
  • CƏLƏ QURMAQ

    fırıldaqçılıq etmək, birinə qarşı hiylə qurmaq; ~ tor qurmaq, tələ qurmaq.

    Полностью »
  • CƏMDƏYİ ÇƏTƏN ÜSTƏ QALMAQ

    cəsədini götürəcək kimsə olmamaq.

    Полностью »
  • CƏMDƏYİNƏ DÖŞƏMƏK

    1. Ağır sözlər demək, şiddətli tənqid etmək.  2. Döymək, vurmaq.

    Полностью »
  • CƏNCƏL ÇIXARTMAQ

    səbəbsiz yerə dava, qalmaqal yaratmaq.

    Полностью »
  • CƏNCƏLDƏN QURTARMAQ

    çətinlikdən, xata-baladan qurtarmaq.

    Полностью »
  • CƏNCƏLƏ DÜŞMƏK

    problemlə qarşılaşmaq.

    Полностью »
  • CƏNCƏLƏ SALMAQ

    dolaşıq, mübahisəli işə ürcah etmək; ~ qana salmaq.

    Полностью »
  • CƏNNƏTƏ DÖNDƏRMƏK

    abadlaşdırmaq, ideal səliqə-sahman, rahatlıq yaratmaq.

    Полностью »
  • CƏNNƏTİ SATIN ALMAQ

    bax: cənnətini qazanmaq.

    Полностью »
  • CƏNNƏTİNİ QAZANMAQ

    savab işlər görmək, əlsiz-ayaqsız, imkansız adamlara təmənnasız yaxşılıqlar etmək; ~ cənnəti satın almaq

    Полностью »
  • CƏRCƏNƏYİNİ AYIRMAQ

    əzişdirmək, kötəkləmək, cəzalandırmaq.

    Полностью »
  • CIĞIR AÇMAQ

    yenilik etmək, yeni istiqamətin əsasını qoymaq.

    Полностью »
  • CIĞIRINDAN ÇIXMAQ

    bax: cızığından çıxmaq.

    Полностью »
  • CINDIRI ÇIXMAQ

    tamam köhnəlmək, tökülmək, tökülüb-itmək; ~ mitili çıxmaq.

    Полностью »
  • CINDIRINDAN CİN ÜRKMƏK

    üst-başı, görünüşü pis halda olmaq.

    Полностью »
  • CINQIRI ÇIXMAMAQ

    səsi çıxmamaq, danışmamaq, susmaq.

    Полностью »
  • CIZDAĞI ÇIXMAQ

    hədsiz pis təsir etmək, güclü mənfi təsirə məruz qalmaq, yanıb-tökülmək.

    Полностью »
  • CIZIĞINDAN ÇIXMAQ

    qudurmaq; ~ yolunu azmaq, yolundan çıxmaq, həddini aşmaq, cığırından çıxmaq, sərhədi keçmək, əndazədən çıxmaq, cızığını aşmaq

    Полностью »
  • CIZIĞINI AŞMAQ

    bax: cızığından çıxmaq.

    Полностью »
  • CİBƏ GİRMƏK

    oğurluq etmək, soymaq, talamaq; ~ xalqın cibinə girmək.

    Полностью »
  • CİBİ BOŞALMAQ

    bütün pullarını xərcləyib qurtarmaq.

    Полностью »
  • CİBİ QALIN

    çox pulu olan, pullu, imkanlı.

    Полностью »
  • CİBİNDƏ PUL DAYANMAMAQ (QALMAMAQ)

    bədxərc olmaq, pulunu hara və necə gəldi xərcləmək.

    Полностью »
  • CİBİNDƏ SİÇANLAR OYNAMAQ

    pulu qurtarmaq, kasıblamaq; ~ qəpiyə güllə atmaq, acından günorta durmaq.

    Полностью »
  • ... CİBİNƏ QOYUB GƏZDİRƏR

    başqası ilə müqayisədə birisinin daha səviyyəli, bilikli, yaxud güclü və ya maddi cəhətdən imkanlı olduğunu bildirən ifadə

    Полностью »
  • CİBİNƏ ZƏRƏR VURMAQ

    çoxlu pul xərcləmək, maddi zərərə səbəb olmaq.

    Полностью »
  • CİBİNİ DOLDURMAQ

    varlanmaq, pullanmaq; kimisə varlandırmaq.

    Полностью »
  • CİBİNİ GÜDMƏK

    ancaq öz xeyrini düşünmək.

    Полностью »
  • CİBİNİ KƏSMƏK

    pulunu oğurlamaq, cibgirlik etmək.

    Полностью »
  • CİBİNİN AĞZINI BOŞ QOYMAQ (GENİŞ AÇMAQ)

    səxavət göstərmək, xeyirxahlıq etmək, çoxlu pul xərcləmək.

    Полностью »
  • CİDANI ÇUVALDA GİZLƏTMƏK

    çoxlarının görüb-bildiyi mühüm bir şeyi gizlətməyə çalışmaq.

    Полностью »
  • CİDANIN UCU ÇUVALDAN ÇIXMAQ

    gizlədilən bir şeyin üstünün açılması, həmin şeylə bağlı əşyayi-dəlillərin tədricən ortaya çıxması; ~ xoruzun quyruğu görünmək

    Полностью »
  • CİK-CİK XANIM

    bəzi çoxbilmiş, bacarıqlı, çalışqan qadınlar haqqında işlədilən ifadə.

    Полностью »
  • CİKİNƏ-BİKİNƏ BƏLƏD OLMAQ

    hərtərəfli, yaxından, dərindən tanımaq.

    Полностью »
  • CİKİNİ-BİKİNİ BİLMƏK

    bax: cikinə-bikinə bələd olmaq.

    Полностью »
  • CİLDDƏN-CİLDƏ GİRMƏK

    davranışını tez-tez dəyişmək, aldatmaq, ikiüzlülük etmək.

    Полностью »
  • CİLDƏ GİRMƏK

    məqsədinə çatmaq üçün əsl niyyətini gizlədərək özünü başqa cür göstərmək; ~ cildini dəyişmək, rola girmək, dona girmək, dondan-dona girmək, üzünə pərd

    Полностью »
  • CİLDİNİ DƏYİŞMƏK

    məqsədinə çatmaq üçün davranışını dəyişdirmək, hər hansı mühitə, şəraitə uyğunlaşmaq; ~ cildə girmək, rola girmək, dona girmək, dondan-dona girmək

    Полностью »