Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «D» – 560
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
DA DE DI DO DU
 

DABAN ALMAQ

yüyürüb getmək, uzaqlaşmaq; ~ dabanına tüpürmək.

DABAN DÖYMƏK

bir yerə dəfələrlə gedib-gəlmək; ~ ayaq döymək.

DABAN SAXLAMAMAQ

dayanmadan, dincini almadan getmək.     

DABANI BƏRKİTMƏK

getməyə, yola düşməyə hazırlaşmaq.

DABANI GETMƏK

hədsiz çox gəzmək, uzun məsafə qət etmək, piyada gəzməkdən yorulmaq.

DABANINA DAŞ DƏYMƏK

yubanmaq, gecikmək, ləngimək.

DABANINA TÜPÜRMƏK

qaçmaq, yerindən sürətlə götürülmək, yüyürüb getmək; ~ daban almaq.

DABANLARI AĞARMAQ

yorulmaq.

DABBAĞDA GÖNÜNƏ BƏLƏD OLMAQ

bir adamın keçmişinə və hər cür gizli işlərinə bələd olmaq, iç üzünü bilmək.

DAD ÇƏKMƏK

şikayətlənmək, narazılıq etmək, dad eləmək.

DAD YARIMÇIQ ƏLİNDƏN

işi başlayıb sona çatdırmayan, hazırlıqsız və səhlənkar adam haqqında işlədilən ifadə.

DADA ÇATMAQ

köməyinə yetişmək; ~ haraya çatmaq (yetişmək).

DADA GƏTİRMƏK

dadlı, ləzzətli etmək.

DADANMISAN DOLMAYA, O DA BİR GÜN OLMAYA

rahat yaşamağa öyrənmiş bir adamın sonradan ağır vəziyyətə düşə biləcəyi ilə bağlı işlədilən ifadə.

DADI DAMAĞINDA QALMAQ

unutmamaq, yaddan çıxarmamaq, daim xatırlamaq; ~ dadı damağından getməmək (çıxmamaq).

DADI DAMAĞINDAN GETMƏMƏK (ÇIXMAMAQ)

bax: dadı damağında qalmaq.

DADI-DUZU QAÇMAQ

bax: dadı qaçmaq.

DADI HEÇ YANA ÇATMAMAQ

heç kimdən kömək ala bilməmək, köməksiz qalmaq, əli heç yana yetməmək.

DADI QAÇMAQ

əvvəlki yaxşı bir şeydən əsər-əlamət qalmamaq, maraq kəsb etməmək, bayağılaşmaq, ləzzəti, özəlliyi i
подробнее

DAĞ AŞIRMAQ

başlanmış böyük bir işi sona çatdırmaq.