Фразеологический словарь азербайджанского языка

  • DÜD DEYİNCƏ VURMAQ

    sərxoş olanadək içmək.

    Полностью »
  • DÜDÜK-DÜDÜYƏ CALAMAQ

    kiminsə haqqında şayiələr uydurmaq.

    Полностью »
  • DÜNƏN BİR, BU GÜN İKİ

    “nə tez” mənasında işlədilən ifadə.

    Полностью »
  • DÜNYA-ALƏM BİR-BİRİNƏ DƏYMƏK (QARIŞMAQ)

    qarışıqlıq düşmək, pis, üzücü hadisələr baş vermək; ~ ara qarışmaq, aləm bir-birinə dəymək (qarışmaq)

    Полностью »
  • DÜNYA BAŞINA DAR OLMAQ

    sarsıntı keçirmək, böyük kədər, fəlakət üz vermək.

    Полностью »
  • DÜNYA BAŞINA DOLANMAQ (FIRLANMAQ)

    gözlənilməz hadisədən halı pisləşmək, sarsıntı keçirmək.

    Полностью »
  • DÜNYA BAŞINA ZİNDAN OLMAQ

    bax: dünya başına dar olmaq.

    Полностью »
  • DÜNYA BEŞ GÜNDÜR, BEŞİ DƏ QARA

    dünyanın fani, insan ömrünün qısa olduğunu bildirən ifadə; ~ beşgünlük dünya.  

    Полностью »
  • DÜNYA DAĞILSA DA

    heç bir şeyə baxmayaraq, mütləq; qətiyyən, heç bir vaxt, əsla. 

    Полностью »
  • DÜNYA DURDUQCA

    həmişə, hər zaman.

    Полностью »
  • DÜNYA GÖRMƏK

    həyat təcrübəsi qazanmaq, təcrübəli olmaq.

    Полностью »
  • DÜNYA GÖZLƏRİNDƏ QARALMAQ

    hər hansı gözlənilməz xəbərdən həyəcanlanmaq, özünü pis hiss etmək; ~ gözünə qaranlıq çökmək.

    Полностью »
  • DÜNYA GÖZÜNDƏ DEYİL

    dərdi və qayğısı həddindən artıq çox olan adam barədə deyilən ifadə; ~ gözünə heç nə görünməmək.

    Полностью »
  • DÜNYA GÖZÜNƏ GÖRÜNMÜR

    bax: dünya gözündə deyil.

    Полностью »
  • DÜNYA GÖZÜNƏ ZİNDAN GÖRÜNMƏK

    qarışıqlıq və ümidsizlik içində olmaq.

    Полностью »
  • DÜNYA XALİ DEYİL

    “dünya ancaq pislərdən ibarət deyil, yaxşı insanlar da var” mənasında işlədilən ifadə.

    Полностью »
  • DÜNYA İŞIĞINA HƏSRƏT QALMAQ

    görmə qabiliyyətini itirmək, kor olmaq.

    Полностью »
  • DÜNYA MALI

    zənginlik, var-dövlət, fanilik.

    Полностью »
  • DÜNYADAN ƏLİNİ ÜZMƏK

    həyata, yaşamağa ümidini itirmək.

    Полностью »
  • DÜNYADAN KÖÇMƏK

    bax: dünyasını dəyişmək.

    Полностью »
  • DÜNYALARA DƏYƏR

    çox qiymətli, dəyərli, gözəl olan bir şey haqqında deyilən ifadə.

    Полностью »
  • DÜNYANI AĞZINA ALMAQ

    sayı-hesabı çox olmaq, hər yeri əhatə etmək, hər yerə yayılmaq.

    Полностью »
  • DÜNYANI BAŞINA DAR ELƏMƏK

    son dərəcə kədərləndirmək, sarsıtmaq, çətin, çıxılmaz vəziyyətə salmaq.

    Полностью »
  • DÜNYANI BAŞINA GÖTÜRMƏK

    bax: aləmi başına götürmək.

    Полностью »
  • DÜNYANI DÖRDƏLLİ TUTMAQ

    çox yaşamaq iddiasında olmaq, hər şeyi öz nəzarəti altına almaq, qamarlamaq.

    Полностью »
  • DÜNYANI TUTMAQ

    hər tərəfə yayılmaq, həddindən artıq çox olmaq; ~ dünyanı ağzına almaq.

    Полностью »
  • DÜNYANI TUTUB DURMAQ

    əbədi yaşamaq, uzun ömür yaşamaq.

    Полностью »
  • DÜNYANIN ALTINI DA BİLİR, ÜSTÜNÜ DƏ

    hər şeydən xəbəri olan, çoxbilmiş adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DÜNYANIN DƏRDİ

    hamının qayğısı, dərdi, fikri.

    Полностью »
  • DÜNYANIN GÖZÜNÜ ÇIXARIB

    tapşırılmış işi yarıtmayan, gözlənilən nəticə ilə müqayisədə çox cüzi bir şey ortaya qoyan adam haqqında işlədilən ifadə

    Полностью »
  • DÜNYANIN HƏR ÜZÜNƏ BƏLƏD OLMAQ

    bax: həyatın hər üzünü görmək.

    Полностью »
  • DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMƏK

    bax: həyatın hər üzünü görmək.

    Полностью »
  • DÜNYANIN QURTARACAĞINDA YAŞAMAQ

    uzaq yerdə yaşamaq.

    Полностью »
  • DÜNYANIN O BAŞI

    çox uzaq yer.

    Полностью »
  • DÜNYASINI DƏYİŞMƏK

    ölmək; ~ dünyadan köçmək, canını tapşırmaq, canını bağışlamaq.

    Полностью »
  • DÜNYASINI ZİNDANA DÖNDƏRMƏK

    incitmək, əzab-əziyyət vermək, rahatlıq verməmək; ~ gününü qara eləmək.

    Полностью »
  • DÜNYAYA GƏLMƏK

    doğulmaq; ~ anadan olmaq, dünyaya göz açmaq.

    Полностью »
  • DÜNYAYA GÖZ AÇMAQ

    bax: dünyaya gəlmək.

    Полностью »
  • DÜNYAYA GÖZLƏRİNİ YUMMAQ

    ölmək, vəfat etmək.

    Полностью »
  • DÜNYAYA SƏS SALMAQ

    dünyanın hər yerində eşidilmək, məşhur olmaq.

    Полностью »
  • ... DÜNYAYA SIĞMAMAQ

    hər hansı səbəbdən (sevincdən və s.) son dərəcə məsud, xoşbəxt olmaq; ~ yerə-göyə sığmamaq.

    Полностью »
  • DÜŞMƏN BAĞRI ÇATLADAN

    bax: düşmən gözü çıxardan. 

    Полностью »
  • DÜŞMƏN BALTASINA SAP OLMAQ

    bax: düşmən dəyirmanına su tökmək.

    Полностью »
  • DÜŞMƏN ÇƏPƏRİ

    gələcəkdə ailə ocağını, nəsli qoruyacaq övlad (əsasən, oğlan uşağı) haqqında deyilən ifadə.

    Полностью »
  • DÜŞMƏN DƏYİRMANINA SU TÖKMƏK

    düşmənin mövqeyini gizli və ya açıq şəkildə müdafiə etmək; öz xalqının mənafeyini düşmənin ayağına vermək;~ özgə dəyirmanına su tökmək

    Полностью »
  • DÜŞMƏN GÖZÜ ÇIXARDAN

    bədniyyətli adamların paxıllıq, qibtə və həsədinə səbəb olan; ~ düşmən bağrı çatladan.

    Полностью »
  • DÜŞMƏN GÖZÜ İLƏ BAXMAQ

    bir şeyi qiymətləndirərkən, təhlil edərkən həddən artıq tələbkar olmaq.

    Полностью »
  • DÜŞMƏN KƏSİLMƏK

    qənim olmaq, əzazil, zülmkar olmaq, qəbul etməmək; ~ görməyə gözü olmamaq.

    Полностью »
  • DÜYMƏ BAĞLAMAQ

    tumurcuqlamaq.

    Полностью »
  • DÜYÜN DÜŞMƏK

    dolaşmaq, çətinləşmək, düyünlənmək.

    Полностью »