Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «E» – 75
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
EF EH EL EN ER ES ET EV EY EZ
 

EFİRƏ QOŞULMAQ

televiziya və ya radio verilişində iştirak etmək; hava telefonu ilə danışmaq.

EHTİYACDAN ÇIXMAQ

bax: ehtiyacdan qurtarmaq.

EHTİYACDAN QURTARMAQ

sıxıntıdan qurtulmaq; ~ kasıblığın daşını atmaq.

EHTİYAT GÖRMƏK

1. Bayram, qonaqlıq, toy və s. üçün hazırlıq etmək.  2. Dar gün üçün ərzaq, pul və s. toplamaq.

EHTİYATI ƏLDƏN VERMƏMƏK (BURAXMAMAQ)

ehtiyatlı, tədbirli olmaq, hər bir ehtimala qarşı tədbir görmək; ~ itlə dostluq edib çomağı yerə qoy
подробнее

EL YOLU İLƏ GETMƏK

adət-ənənələrə uyğun hərəkət etmək, qəbul olunmuş adət-ənənələrdən kənara çıxmamaq.

ELÇİ DÜŞMƏK

1. Qız almaq üçün gedib-gəlmək, elçilik etmək.  2. Kimisə bir işə razı salmaq üçün təkid etmək.

ELÇİ ELÇİ ÜSTÜNDƏN GƏLMƏK

bir qıza bir neçə elçi gəlmək, elçiləri çox olmaq.

ELÇİ SALMAQ

kiminsə yanına xahiş üçün vasitəçi göndərmək; bir işin yoluna qoyulması üçün davamlı xahiş etmək, cə
подробнее

ELƏ-BELƏ BAXMAQ

əhəmiyyətsiz bir şey kimi, qeyri-ciddi, sayğısız yanaşmaq, mənasız hesab etmək.

ELƏ BİL QURBAĞA GÖLÜNƏ DAŞ ATDILAR

hədsiz səs-küydən, qarışıqlıqdan sonra birdən-birə yaranmış sükut haqqında işlədilən ifadə.

ELİN DİLİNƏ DÜŞMƏK

bax: dilə-dişə düşmək.

ELİN DİLİNƏ SALMAQ

bax: dilə-dişə salmaq.

ELM DƏRYASI

çox bilikli, zəkalı; ~ ağıl dəryası.

ENƏ VERMƏK

kökəlmək, ətlənmək; ~ eni ilə uzunu bir olmaq.

ENİ İLƏ UZUNU BİR OLMAQ

hədsiz dərəcədə kökəlmək, piylənmək; ~ enə vermək.

ENİNƏ-UZUNUNA ÖLÇMƏK

boş-boşuna gəzmək, faydasız, lazımsız işlərlə məşğul olmaq, veyillənmək.

ENİNƏ YEYİB UZUNUNA GƏZMƏK

özünü işə verməmək, dərd-qəm bilməmək, başqalarının hesabına kef çəkmək.

ERKƏK ƏNCAMƏ

Əncamənin qapı açılıb-örtüləndə çərçivədə hərəkətsiz duran hissəsi.

ERKƏK TÜKƏZBAN

kişi təbiətli, özünü kişi kimi aparan, kişi ədalı, incə davranmayan qadın haqqında işlədilən ifadə.