Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «F» – 84
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
FA FE FI FO
 

FAKT QARŞISINDA QALMAQ

danılmaz, təkzibedilməz arqumentlə üzləşmək, bu arqumentə qarşı çıxa bilməmək.

FAL AÇMAQ

gələcəkdən və ya keçmişdən xəbər vermək; ~ fala baxmaq.

FAL APARIR

toyuq yumurtladığı həmişəki yeri yaddan çıxardıqda işlədilən ifadə.

FALA BAXMAQ

bax: fal açmaq.

FARAĞAT DURMAMAQ (OTURMAMAQ)

bax: dinc durmamaq (oturmamaq).

FATIYA TUMAN ÇIXMAZ (OLMAZ)

az, kifayət qədər olmadığını və ya çatmadığını bildirən ifadə.

FATİHƏSİ OXUNMAQ (VERİLMƏK)

sonu çatmaq, ləğv olunmaq, bərk cəzalanmaq; ~ işi bitmək, qanı getmək, kəlmeyi-şəhadəti oxunmaq, qəb
подробнее

FEİLƏ SALMAQ

hiylə işlədərək dolaşdırmaq, özünə tabe etmək; ~ girə vermək.

FEİLİNƏ DÜŞMƏK

kiminsə hiyləsinə aldanmaq, aldadılaraq ziyana düşmək, sadəlövh olmaq, hər sözə inanmaq.

FƏLAKƏTƏ DÜŞMƏK (DÜÇAR OLMAQ)

həyatı üçün olduqca çətin, qorxulu və təhlükəli vəziyyətlə üzləşmək.

FƏLAKƏTƏ SÜRÜKLƏMƏK

həyatı üçün təhlükə yaratmaq, çətin, qorxulu və dolaşıq vəziyyətə salmaq; ~ güllə qabağına vermək, ö
подробнее

FƏLƏK GƏLSƏ DƏ

bax: fələk göydən yerə ensə də.

FƏLƏK GÖYDƏN YERƏ ENSƏ DƏ

“qətiyyən, heç bir vəchlə, qəti surətdə, əsla” mənalarında işlədilən ifadə.

FƏLƏK ÜZ DÖNDƏRDİ

bax: bəxti qara gəlmək.

FƏLƏK VURMAQ

bəxti, taleyi gətirməmək.

FƏLƏYİN BADINA GETMƏK

1. Gözlənilməz hadisə (qəza və s.) nəticəsində dünyasını dəyişmək.  2. Heç nədən zərər çəkmək; imkan
подробнее

FƏLƏYİN ÇƏRXİ DÖNÜB

“uğursuzluğa  düçar olmaq”, “işi düz gətirməmək”, “işləri tərs gətirmək” mənasında işlədilən ifadə;
подробнее

FƏLƏYİN QƏZƏBİNƏ GƏLMƏK

ciddi zərər çəkmək, fəlakətə düçar olmaq.

FƏND İŞLƏTMƏK

bir işdə müəyyən nəticəyə nail olmaq məqsədilə müxtəlif üsullardan istifadə etmək; ~ hiylə gəlmək (i
подробнее

FƏND QURMAQ

birisinin işlərinə mane olmaq üçün plan hazırlamaq; ~ tələ qurmaq, hiylə gəlmək (işlətmək).