Фразеологический словарь азербайджанского языка

  • FIRI ÇIXMAQ (YATMAQ)

    hirsi keçmək, sakitləşmək.

    Полностью »
  • FIRI TUTMAQ

    hirslənmək, qeyzlənmək, əsib-coşmaq.

    Полностью »
  • FIRILDAĞA ƏL ATMAQ

    bax: hiyləyə əl atmaq.

    Полностью »
  • FIRILDAQ GƏLMƏK

    bax: hiylə gəlmək (işlətmək).

    Полностью »
  • FIRILDAQ İŞLƏTMƏK

    bax: hiylə gəlmək (işlətmək).

    Полностью »
  • FIRT ELƏYİB BURNUNDAN DÜŞÜB

    oxşamaq, tam bənzəri olmaq mənasında işlədilən ifadə.

    Полностью »
  • FIS ÇIXMAQ

    dan. ümidi doğrultmamaq, gözlənilən nəticəni verməmək; boş, mənasız olmaq; ~ boşa çıxmaq (getmək), lax çıxmaq

    Полностью »
  • FISI YATMAQ

    bax: köpü yatmaq.

    Полностью »
  • FİKİR APARMAQ

    bax: fikir götürmək.

    Полностью »
  • FİKİR ÇƏKMƏK (ELƏMƏK)

    qayğılı olmaq, qəm-qüssə etmək; ~ ürəyinə salmaq, ürəyini sıxmaq.

    Полностью »
  • FİKİR DƏRYASINA QƏRQ OLMAQ

    bax: fikir çəkmək (eləmək).

    Полностью »
  • FİKİR GÖTÜRMƏK

    qayğılanmaq, narahatlıq keçirmək, bir məsələ ilə bağlı dərindən düşünmək; ~ fikrə getmək, düşüncələrə dalmaq, fikir aparmaq

    Полностью »
  • FİKİR İRƏLİ SÜRMƏK

    bax: fikir yürütmək.

    Полностью »
  • FİKİR OYANMAQ

    rəy, qənaət formalaşmaq, nəsə aydınlaşmaq.

    Полностью »
  • FİKİR YÜRÜTMƏK

    mülahizələrini söyləmək, yeni, fərqli söz demək; ~ fikir irəli sürmək.

    Полностью »
  • FİKRƏ DÜŞMƏK

    niyyətində olmaq, bir iş görmək qərarına gəlmək.

    Полностью »
  • FİKRƏ GETMƏK

    fikirləşmək, düşünmək, fikrə dalmaq, düşüncələrə dalmaq.

    Полностью »
  • FİKRƏ GƏLMƏK

    qənaətini dəqiqləşdirmək, konkret qərara, nəticəyə gəlmək.

    Полностью »
  • FİKRƏ SALMAQ

    fikirləşməyə, düşünməyə məcbur etmək.

    Полностью »
  • FİKRİ ALT-ÜST OLMAQ

    qənaəti yanlış olmaq; düşündükləri baş tutmamaq.

    Полностью »
  • FİKRİ BAŞINDAN ÇIXARTMAQ

    nəyisə unutmaq.

    Полностью »
  • FİKRİ DAĞDA-DAŞDA OLMAQ

    dalğın, fikri yayğın halda olmaq, diqqəti orda-burda olmaq; ~ fikri özündə olmamaq.

    Полностью »
  • FİKRİ DAĞILMAQ

    1. Dərdini, kədərini unutmaq, pis fikirlərdən uzaqlaşmaq, rahatlanmaq.  2. Diqqətini cəmləyə bilməmək, fikri dağınıq olmaq; ~ diqqəti yayınmaq, fikri

    Полностью »
  • FİKRİ DOLAŞMAQ

    yaxşı fikirləşə bilməmək, dalğın olmaq; ~ beyni dumanlanmaq, fikri göylərdə olmaq.

    Полностью »
  • FİKRİ GÖYLƏRDƏ OLMAQ

    hərdəmxəyal olmaq, diqqətini cəmləyə bilməmək; ~  fikri özündə olmamaq, fikri dolaşmaq, fikri yayınmaq

    Полностью »
  • FİKRİ ÖZÜNDƏ OLMAMAQ

    fikirli olmaq; ~ fikri dağda-daşda olmaq, fikri göylərdə olmaq, xəyalı göylərdə olmaq.

    Полностью »
  • FİKRİ ... YANINDA QALMAQ

    daim kiminsə, nəyinsə haqqında fikirləşmək.

    Полностью »
  • FİKRİ YAYINMAQ

    diqqətini cəmləyə bilməmək, fikri dağınıq olmaq; ~ diqqəti yayınmaq, fikri dağılmaq, fikri dolaşmaq.

    Полностью »
  • FİKRİNDƏ QALMAQ (DURMAQ)

    bax: fikrinin üstündə durmaq (dayanmaq).

    Полностью »
  • FİKRİNDƏ TUTMAQ

    unutmamaq; ~ nəzərdə tutmaq.

    Полностью »
  • FİKRİNDƏN ÇIXMAQ

    bax: yaddan çıxmaq.

    Полностью »
  • FİKRİNDƏN DAŞINDIRMAQ

    fikrindən əl çəkməyə məcbur etmək, fikrini dəyişdirmək; ~ fikrindən döndərmək.

    Полностью »
  • FİKRİNDƏN DAŞINMAQ (DÖNMƏK)

    qərarını, fikrini dəyişmək; ~ vaz keçmək.

    Полностью »
  • FİKRİNDƏN DÖNDƏRMƏK

    bax: fikrindən daşındırmaq.

    Полностью »
  • FİKRİNDƏN KEÇMƏK

    nəyinsə haqqında düşünmək, arzulamaq, istəmək; ~ ürəyindən keçmək, xəyalından keçmək.

    Полностью »
  • FİKRİNƏ DÜŞMƏK

    bir işi görmək qərarına gəlmək; ~ qərara gəlmək, fikrinə gəlmək.

    Полностью »
  • FİKRİNƏ GƏLMƏK

    1. Bir işi görmək qərarına gəlmək; ~ qərara gəlmək, fikrinə düşmək.  2. Təsəvvür etmək, düşünmək; ~ ağlına gəlmək (gətirmək), xəyalına gəlmək (gətirmə

    Полностью »
  • FİKRİNƏ GƏTİRMƏK

    təsəvvür etmək; ~ təsəvvürünə gətirmək.

    Полностью »
  • FİKRİNİ AZDIRMAQ

    çaşdırmaq, karıxdırmaq, əsas məsələdən yayındırmaq.

    Полностью »
  • FİKRİNİ CƏMLƏMƏK (TOPLAMAQ)

    nəzərini, diqqətini bir istiqamətə yönəltmək; hərtərəfli düşünmək, hər şeyi götür-qoy etmək; ~ diqqətini cəmləmək (toplamaq)

    Полностью »
  • FİKRİNİ ÇƏKMƏK

    kiminsə problemini özünə dərd eləmək; ~ qayğısını çəkmək, dərdinə şərik olmaq, hayına qalmaq.

    Полностью »
  • FİKRİNİ DAĞITMAQ

    1. Dərdini, kədərini unutdurmaq, pis fikirlərdən uzaqlaşdırmaq. 2. Fikirləşməsinə, fikrini toplamasına mane olmaq; ~ fikrini yayındırmaq

    Полностью »
  • FİKRİNİ OXUMAQ

    başqasının ürəyindən keçəni duymaq, nə fikirləşdiyini əvvəlcədən bilmək.

    Полностью »
  • FİKRİNİ YAYINDIRMAQ

    qəsdən birinin diqqətini başqa şeyə yönəltmək; ~ başını qatmaq, fikrini dağıtmaq.

    Полностью »
  • FİKRİNİN ÜSTÜNDƏ DURMAQ

    mövqeyini dəyişməmək, israr etmək, fikrindən dönməmək; ~ sözünün üstündə durmaq (dayanmaq).

    Полностью »
  • FİL QULAĞINDA YATMAQ

    heç bir şeylə maraqlanmamaq, heç bir şeydən xəbəri olmamaq, qəflət yuxusunda olmaq.

    Полностью »
  • FİRONLUQ ETMƏK

    azğınlıq etmək, əzazil olmaq, zülm etmək.

    Полностью »
  • FİTİL QOYMAQ

    qızışdırmaq, təhrik etmək; ~ fitnə-fəsad salmaq.

    Полностью »
  • FİTNƏ-FƏSAD SALMAQ

    araya nifaq salmaq, fəsad törətmək; ~ ara qarışdırmaq.

    Полностью »
  • FİTNƏ SALMAQ

    bax: fitnə-fəsad salmaq.

    Полностью »