Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «H» – 232
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
HA HE HI HO HU
 

HAKİM KƏSİLMƏK

təsiri altına almaq.

HAQQ DİLİNDƏ DANIŞMAQ

ədalətli, insaflı olmaq, haqqı müdafiə etmək.

HAQQ EVİNƏ TAPŞIRMAQ

dəfn etmək.

HAQQ-HESAB ÇƏKMƏK

1. Hesabat tələb etmək, sorğu-suala tutmaq, problemi, münaqişəni həll etmək, mübahisəyə son qoymaq;
подробнее

HAQQ-HESABI ÇÜRÜTMƏK

aralarındakı məsələni birdəfəlik həll etmək, problemə aydınlıq gətirmək

HAQQ-HESABI İÇƏRİ VERMƏK

bax: hesabı içəri vermək.

HAQQ QAZANDIRMAQ

doğru saymaq, düzgün, haqlı hesab etmək; ~ haqq vermək.

HAQQ OLDU

bax: əcəb oldu.

HAQQ-SAY QOYMAQ

hörmət etmək, qiymətləndirmək.

HAQQ-SAYI İTİRMƏMƏK

edilmiş yaxşılığı, xeyirxahlığı unutmamaq.

HAQQ SƏSİNİ UCALTMAQ

həqiqəti çəkinmədən söyləmək, doğrunu müdafiə etmək.

HAQQ VERMƏK

bax: haqq qazandırmaq.

HAQQ YOLUNA QAYITMAQ

pis əməllərindən peşman olub düz yola gəlmək; ~ Allahu-əkbər yoluna qayıtmaq.

HAQQ YOLUNA QAYTARMAQ

kimisə pis əməlindən çəkindirmək.

HAQQI ÇATMAQ

1. İxtiyarı, səlahiyyəti olmaq.  2. Kiməsə düşən payı, pulu, rüşvəti və s.-ni vermək; ~ tasa düşmək.
подробнее

HAQQI TAPDANMAQ

hüququ pozulmaq, ədalətsizliyə məruz qalmaq.

HAQQIN YOLUNU TAPMAQ

işin çəmini tapmaq və mühitə uyğunlaşmaqla problemini həll etmək; marağı naminə şəraitə uyğunlaşmaq.
подробнее

HAQQINI HALAL ETMƏK

çəkdiyi əziyyəti, olub-keçənləri bağışlamaq.

HAQQINI YEMƏK

hüququnu pozmaq, başqasına aid olan bir şeyi mənimsəmək.

HAQLI ÇIXARMAQ

doğrultmaq; ~ bəraət qazandırmaq.