Фразеологический словарь азербайджанского языка

  • HAKİM KƏSİLMƏK

    təsiri altına almaq.

    Полностью »
  • HAQQ DİLİNDƏ DANIŞMAQ

    ədalətli, insaflı olmaq, haqqı müdafiə etmək.

    Полностью »
  • HAQQ EVİNƏ TAPŞIRMAQ

    dəfn etmək.

    Полностью »
  • HAQQ-HESAB ÇƏKMƏK

    1. Hesabat tələb etmək, sorğu-suala tutmaq, problemi, münaqişəni həll etmək, mübahisəyə son qoymaq; ~ mizan-tərəzi qurmaq, məsələni çürütmək

    Полностью »
  • HAQQ-HESABI ÇÜRÜTMƏK

    aralarındakı məsələni birdəfəlik həll etmək, problemə aydınlıq gətirmək

    Полностью »
  • HAQQ-HESABI İÇƏRİ VERMƏK

    bax: hesabı içəri vermək.

    Полностью »
  • HAQQ QAZANDIRMAQ

    doğru saymaq, düzgün, haqlı hesab etmək; ~ haqq vermək.

    Полностью »
  • HAQQ OLDU

    bax: əcəb oldu.

    Полностью »
  • HAQQ-SAY QOYMAQ

    hörmət etmək, qiymətləndirmək.

    Полностью »
  • HAQQ-SAYI İTİRMƏMƏK

    edilmiş yaxşılığı, xeyirxahlığı unutmamaq.

    Полностью »
  • HAQQ SƏSİNİ UCALTMAQ

    həqiqəti çəkinmədən söyləmək, doğrunu müdafiə etmək.

    Полностью »
  • HAQQ VERMƏK

    bax: haqq qazandırmaq.

    Полностью »
  • HAQQ YOLUNA QAYITMAQ

    pis əməllərindən peşman olub düz yola gəlmək; ~ Allahu-əkbər yoluna qayıtmaq.

    Полностью »
  • HAQQ YOLUNA QAYTARMAQ

    kimisə pis əməlindən çəkindirmək.

    Полностью »
  • HAQQI ÇATMAQ

    1. İxtiyarı, səlahiyyəti olmaq.  2. Kiməsə düşən payı, pulu, rüşvəti və s.-ni vermək; ~ tasa düşmək.

    Полностью »
  • HAQQI TAPDANMAQ

    hüququ pozulmaq, ədalətsizliyə məruz qalmaq.

    Полностью »
  • HAQQIN YOLUNU TAPMAQ

    işin çəmini tapmaq və mühitə uyğunlaşmaqla problemini həll etmək; marağı naminə şəraitə uyğunlaşmaq.

    Полностью »
  • HAQQINI HALAL ETMƏK

    çəkdiyi əziyyəti, olub-keçənləri bağışlamaq.

    Полностью »
  • HAQQINI YEMƏK

    hüququnu pozmaq, başqasına aid olan bir şeyi mənimsəmək.

    Полностью »
  • HAQLI ÇIXARMAQ

    doğrultmaq; ~ bəraət qazandırmaq.

    Полностью »
  • HAQLI ÇIXMAQ

    bir mübahisədə, tələbdə, fikirdə və s.-də doğru olduğu aşkarlanmaq.

    Полностью »
  • HAL APARMAQ

    bax: huşunu itirmək.

    Полностью »
  • HAL ƏHLİ

    1. Kef çəkməyi, vaxtını kefdə keçirməyi sevən adam.  2. Vəziyyəti, eyhamı tez başa düşən; irfan və təsəvvüf elmi ilə məşğul olan

    Полностью »
  • HAL-ƏHVAL TUTMAQ

    salamlaşmaq, halını soruşmaq.

    Полностью »
  • HALA GƏLMƏK

    1. Gücü, qüvvəti, taqəti özünə qayıtmaq, dirçəlmək; ~ özünə gəlmək.  2. Müəyyən ruhi vəziyyət almaq.

    Полностью »
  • HALAL SÜD ƏMMİŞ

    namuslu, dürüst, təmiz, vicdanlı.

    Полностью »
  • HALALLIQ ALMAQ

    nəyisə əldə edəndə, alanda əvvəlki sahibindən xeyir-dua almaq, dil-ağız etmək.

    Полностью »
  • HALALLIQ VERMƏK

    nəyisə bağışlayanda xeyir-dua vermək, arxasınca gözü qalmadığını bildirmək; ~ xeyir-dua vermək.

    Полностью »
  • HALDAN ÇIXMAQ

    hirslənmək, əhvalı dəyişmək; ~ özündən çıxmaq, təbdən çıxmaq.

    Полностью »
  • HALDAN DÜŞMƏK

    üzülmək, çox yorulmaq; ~ əldən düşmək.

    Полностью »
  • HALDAN-HALA DÜŞMƏK

    əhvalı tez-tez dəyişmək; ~ halı dəyişmək, halı qarışmaq.

    Полностью »
  • HALDAN SALMAQ

    çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, taqətdən salmaq, kələyini kəsmək, əhədini kəsmək, nəfəsini kəsmək

    Полностью »
  • HALI DƏYİŞMƏK

    əhvali-ruhiyyəsi korlanmaq, pisləşmək; ~ haldan-hala düşmək, halı xarab olmaq, halı qarışmaq, təbdən-təbə düşmək, əhvalı pozulmaq

    Полностью »
  • HALI XARAB OLMAQ

    vəziyyəti pisləşmək, halı, əhvalı pozulmaq; ~ halı dəyişmək, halı qarışmaq, partlamaya düşmək.

    Полностью »
  • HALI QARIŞMAQ

    normal halından çıxmaq, pisləşmək; ~ haldan-hala düşmək, halı dəyişmək, halı xarab olmaq, halı pozulmaq

    Полностью »
  • HALI POZULMAQ

    vəziyyəti pisləşmək, əhvali-ruhiyyəsi korlanmaq; ~ ürəyi bulanmaq, halı qarışmaq, halı dəyişmək.

    Полностью »
  • HALINI QATMAQ

    bax: halını pozmaq.

    Полностью »
  • HALINI POZMAQ

    hirsləndirmək; ~ qanını qaraltmaq, kefini pozmaq, halını qatmaq.

    Полностью »
  • HALVA ELƏYİB AĞZINA QOYMAQ

    bir işi asanlaşdırmaq, hazır şəkildə təqdim etmək.

    Полностью »
  • HALVASINI ÇALMAQ

    məhvini, ölümünü hazırlamaq.

    Полностью »
  • HAMAM SUYU İLƏ DOST TUTMAQ

    asan yolla, havayıdan, başqasının hesabına, heç bir xərc və zəhmət çəkmədən kiminsə rəğbətini qazanmağa çalışmaq

    Полностью »
  • HAMISI QIRILAN QOŞUNDANDIR

    Görüləcək işdə "nə etsək kardır" mənasında işlənir.

    Полностью »
  • HAMIYA BİR GÖZLƏ BAXMAQ

    heç kimi üstün tutmamaq, ayrı-seçkilik etməmək; ~ eyni gözdə görmək, fərq qoymamaq.

    Полностью »
  • HANSI İLAN ÇALIB (VURUB)

    çox əsəbiləşmiş, ətrafdakılarla pis davranan, dəqiqəbaşı onları acılayan qanıqara adam haqqında işlədilən ifadə

    Полностью »
  • HANSI YUVANIN QUŞU OLDUĞUNU BİLMƏK

    pis, bədniyyət adam olduğundan xəbəri olmaq.

    Полностью »
  • HARAM ELƏMƏK

    peşman etmək; ~ burnundan gətirmək (tökmək), gözündən gətirmək (tökmək).

    Полностью »
  • HARAM QATMAQ

    təmiz, düz, halal yolla əldə edilmiş bir şeyi dəyərdən salmaq, korlamaq, təmizlikdən məhrum etmək.

    Полностью »
  • HARAM TİKƏ

    düzgün və halal sayılmayan yollarla əldə edilmiş hər hansı bir şey.

    Полностью »
  • HARAY-HƏŞİR SALMAQ (QOPARMAQ)

    səs-küy yaratmaq, dava-dalaş etmək, həyəcanla qışqırmaq; ~ haray salmaq, qiyamət qoparmaq, mərəkə qoparmaq, hay-həşir salmaq, özünü cırmaq

    Полностью »
  • HARAY QALDIRMAQ

    bax: haray salmaq.

    Полностью »