Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «K» – 254
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
KA KE KO KR
 

KAĞIZ ÜZƏRİNDƏ QALMAQ

əməl olunmamaq, reallaşmamaq, yerinə yetirilməmək; ~ havada qalmaq.

KAĞIZI QARA YAZILMAQ

gənc yaşında ölmək, həyatdan nakam köçmək.

KAİNATINA ÇIXMAQ (ÇATMAQ)

bir işin axırına çıxmaq, bir şeyi axıra kimi öyrənmək, dəqiqləşdirmək, aydınlaşdırmaq; ~ kökünə çatm
подробнее

KAL ARMUD

yarımçıq, qeyri-yetkin, bişməmiş, çiy adam.

KAM ALMAQ

məqsədinə çatmaq, istək və arzusuna nail olmaq; ~ murad almaq.

KAMALA ÇATMAQ (YETMƏK)

kamilləşmək, zəkalı olmaq, yetkinləşmək; ~ ərsəyə  çatmaq (yetmək).

KAMERAYA DÜŞMƏK

bax: radara düşmək.

KAMINA ÇƏKMƏK

udmaq (adətən, nağıllarda əjdahaya aid edilən ifadə).

KANDARI YAĞIR ELƏMƏK

bir yerə hədsiz çox gedib-gəlmək.

KANDARINA AYAQ BASMAMAQ

bir yerə gedib-gəlməmək, qapısını açmamaq, uzaq gəzmək, həndəvərinə getməmək; ~ kənar gəzmək (dolanm
подробнее

KAR AŞMAMAQ

faydası, xeyri olmamaq, bir işə yaramamaq.

KAR SALMAQ

təsir etmək, getdikcə təsirini göstərmək.

KARA GƏLMƏK (YETMƏK)

bax: karına gəlmək.

KARDAN DÜŞMƏK

yararsız hala gəlmək, effekti olmamaq; qocalmaq, zəifləmək; ~ heydən düşmək, zırdan düşmək.

KARIN KÖNLÜNDƏKİ

şəraitdən asılı olmayaraq yalnız əvvəlcədən öz beynində tutduğu niyyət barədə düşünən, buna uyğun da
подробнее

KARINA GƏLMƏK

gərəkli, yararlı olmaq, köməyi, xeyri dəymək; ~ işə yaramaq.

KARVAN BAĞLAMAQ

sıraya düzülmək, dəstə düzəltmək.

KARVAN YÜKÜNÜ MƏNZİLƏ ÇATDIRMAQ

yaşlanmaq, qocalmaq, bir ömür yaşamaq.

KASIBLIĞIN DAŞINI ATMAQ

varlanmaq, qazanc əldə etmək, kasıblıqdan qurtulmaq; ~ ehtiyacdan çıxmaq, ehtiyacdan qurtarmaq.

KASIBLIĞIN ÜZÜ QARA OLSUN

imkansızlıq, yoxsulluq və ehtiyac içərisində yaşamağı bildirmək üçün işlədilən ifadə.