Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «L» – 55
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
LA LE LI LO LU
 

LAF VURMAQ

uzun-uzadı danışmaq, çərənləmək, boşboğazlıq etmək; ~ laqqırtı vurmaq, ağzı qızışmaq.

LAĞA QOYMAQ

istehza etmək, dolamaq; ~ araya qoymaq, ələ salmaq, məsxərəyə qoymaq, hoydu-hoyduya götürmək, məzhək
подробнее

LAX ÇIXMAQ

baş tutmamaq, düzəlməmək, nəticəsi olmamaq, zay olmaq; etibarı doğrultmamaq; ~ fıs çıxmaq.

LAQQIRTI VURMAQ

boş, mənasız danışmaq; ~ laf vurmaq.

LAL AXMAQ

səssiz, səs-küy çıxarmadan, sakit axıb getmək.

LAL-KAR OTURMAQ

susmaq, ağzını açmamaq, danışmamaq.

LAS QALMAQ

halsız olmaq, zəifləmək, yorulmaq; hərəkətsiz olmaq, yerə yatmaq, yatıb qalmaq; ~ yorğun düşmək.

LAT-LÜT QALMAQ

hər şeyi əlindən çıxmaq, tamam yoxsullaşmaq, kasıblaşmaq.

LAVAŞ QIRAĞI SULAMAQ

yaltaqlanmaq, müzakirə edilən bir mövzu haqqında məlumatı olmadan birinin tərəfini tutmaq.

LAY BAĞLAMAQ

bir-birinin üstünə yığılmaq, üst-üstə gəlmək.

LAYLA DEMƏK

arxayınlaşdırmaq, qəflətdə saxlamaq; ~ arxayın salmaq.

LAYLASI AĞIYA DÖNMƏK

uşağını itirmək, övlad acısı yaşamaq, gözüyaşlı qalmaq.

LEŞİNİ YERƏ SƏRMƏK

vurub yıxmaq, məğlub etmək; öldürmək.

LƏBBEYK DEMƏK

fərqinə varmadan hər deyiləni təsdiqləmək, yarınmaq, əmrə müntəzir olmaq.

LƏC DÜŞMƏK

bir məsələ üzərində kiminləsə barışmaz vəziyyətə gəlmək, düşmən olmaq, rəqib olmaq; ~ arası dəymək.

LƏC SALMAQ

ixtilaf, konflikt yaratmaq; vuruşdurmaq; ~ ara vurmaq, ara qatmaq, ara qarışdırmaq.

LƏÇƏK ÖRTMƏK (BAĞLAMAQ)

öz namusuna, şərəfinə, mənliyinə toxunacaq hərəkət etmək, qorxaqlıq göstərmək, şərəfsizliyi boynuna
подробнее

LƏKƏ DÜŞMƏK

adına, şöhrətinə, nüfuzuna xələl gəlmək.

LƏKƏ GƏTİRMƏK

hörmətinə, nüfuzuna zərbə dəymək; ~ ləkə salmaq.

LƏKƏ SALMAQ

hörmətinə, nüfuzuna xələl gətirmək; ~ ləkə gətirmək.