Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «M» – 146
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 

MAAŞ KƏSMƏK

aylıq məvacib təyin etmək.

MAAŞA BAXMAQ

yalnız əməkhaqqı ilə dolanmaq, əlavə gəlir mənbəyi olmamaq.

MACƏRA AXTARMAQ

qeyri-standart, düşünülməmiş hərəkətlərə yol vermək; ağılla deyil, hislərlə hərəkət etmək, nəticəsin
подробнее

MAL YİYƏSİNƏ OXŞAYAR

“səliqəsiz adamın malı da yöndəmsiz olar”, yaxud “səliqəli adamın malı da təzə, təmiz olar” mənasınd
подробнее

MALI MALA QATMAQ

bəzi şeyləri yanlış olaraq eyniləşdirmək; fərqli problemləri eyni zamanda həll etməyə çalışmaq; məsə
подробнее

MALIM YOX, DİVAN APARA, İMANIM YOX, ŞEYTAN APARA

heç nədən qorxusu, itirəcək bir şeyi olmayan adamın işlətdiyi ifadə.

MALLARI ŞƏRİKLİ DÜŞMƏK

yersiz, lazımsız mübahisə etmək, münaqişəyə girmək.

MARAQ GÖTÜRMƏK

diqqəti bir şeyə cəlb olunmaq, təəccüb, heyrət içində olmaq; nəyisə öyrənməyə həvəslənmək.

MARAQ GÜDMƏK

öz mənfəətini, mənafeyini düşünmək; ~ xeyir güdmək.

MARIĞA DURMAQ (YATMAQ)

pusmaq, güdmək, gözləmək; bir işi görmək üçün fürsət axtarmaq.

MARS VERMƏK

nərd oyununda iki xal qazanmaqla rəqibə qalib gəlmək.

MASKA GEYMƏK (TAXMAQ)

həqiqi simasını, mahiyyətini, iç üzünü gizlətmək.

MASKASINI YIRTMAQ (ÇIXARMAQ)

ifşa etmək, gizli niyyətlərini aşkara çıxarmaq, iç üzünü açıb göstərmək.

MAT QALMAQ

1. Təəccüblənmək, heyrət etmək; ~ yerində quruyub qalmaq, barmağı ağzında qalmaq.  2. Şahmatda məğlu
подробнее

MAT QOYMAQ

hədsiz təəccübləndirmək, heyrətləndirmək.

MAT VERMƏK

şahmat oyununda qalib gəlmək.

MATƏMƏ BATMAQ

bax: yasa batmaq.

MATI-QUTU QURUMAQ

təəccüblənmək, heyrətdən donub-qalmaq, heyrət içində olmaq; ~ tüpürcəyi qurumaq.

MAYA BURAXMAQ (QOYMAQ)

pul sərf etmək, sərmayə qoymaq; ~ pul tökmək.

MAYADAN YEMƏK

ticarətdə qazanc əldə edə bilməmək, qoyduğu pulu çıxara bilməmək; ~ ziyana düşmək.