Фразеологический словарь азербайджанского языка

  • MİKROSKOPLA BAXMAQ

    bir şeyə çox diqqətlə yanaşmaq, yoxlamaq, səhv və nöqsan tapmağa çalışmaq; ~ lupa ilə baxmaq.

    Полностью »
  • MİL DURMAQ (DAYANMAQ)

    əmrinə tabe olmaq, əmrə hazır olmaq, qorxudan hərəkət edə bilməmək; ~ bir sözünü iki eləməmək.

    Полностью »
  • MİLÇƏK QOVMAQ

    avaralanmaq, heç bir işlə məşğul olmamaq.

    Полностью »
  • MİLÇƏK TUTMAQ

    işsiz, avara və bikar olmaq.

    Полностью »
  • MİLÇƏK UÇSA, SƏSİ EŞİDİLƏR

    tam səssizliyə, sükuta qərq olmuş yer, mühit haqqında işlədilən ifadə.

    Полностью »
  • MİLÇƏKDƏN FİL DÜZƏLTMƏK

    kiçik bir işi böyütmək, şişirtmək (mübaliğə mənasında).

    Полностью »
  • MİLÇƏYİN DƏ BURNUNU QANATMAYIB

    çox mülayim, sakit, mərhəmətli insan haqqında işlədilən ifadə; ~ qarışqanı da ayaqlamaz (tapdalamaz)

    Полностью »
  • MİLÇƏYİNİ QORUMAQ

    1. Çox kasıb yaşamaq, başını birtəhər dolandırmaq; ~ baş girləmək.  2. Heç kimlə işi olmamaq, heç nəyə qarışmamaq

    Полностью »
  • MİN BİR DONA GİRMƏK

    bax: dona girmək.

    Полностью »
  • MİN DƏRƏDƏN SU GÖTÜRMƏK

    çox yerlərə baş vurmaq, çox şeydən danışmaq.

    Полностью »
  • MİN HOQQADAN ÇIXMAQ

    fırıldaqçı, bic və hiyləgər olmaq; adı çox işlərdə hallanmaq; ~ oyunlardan çıxmaq, çox qazanlarda qaynamaq, min oyundan çıxmaq

    Полностью »
  • MİN OYUNDAN ÇIXMAQ

    bax: min hoqqadan çıxmaq.

    Полностью »
  • MİNNƏT GÖTÜRMƏMƏK

    təmənnalı, məqsədli yaxşılığı qəbul etməmək.

    Полностью »
  • MİNNƏT QOYMAQ

    etdiyi hörmət və yaxşılıq müqabilində kimisə özünə borclu saymaq; ~ başına qaxmaq, başına vurmaq, başa qaxınc etmək

    Полностью »
  • MİNNƏTÇİ DÜŞMƏK

    özgəsi üçün xahiş etmək, vasitəçi olmaq.

    Полностью »
  • MİSQALLA ÖLÇMƏK

    bir şeyin ölçü və vəznini çox diqqətlə, dəqiq təyin etmək; bir şeyi eyni, bərabər bölmək.

    Полностью »
  • MİTİLİ ÇIXMAQ

    1. Tamam köhnəlmək, tökülmək; ~ cındırı çıxmaq.  2. Yorulub əldən düşmək.

    Полностью »
  • MİTİLİNƏ DÖŞƏMƏK

    ağır sözlər demək, çox ciddi tənqid etmək; döymək.

    Полностью »
  • MİTİLİNİ BAYIRA ATMAQ

    işdən çıxarmaq, uzaqlaşdırmaq, kobudcasına qovmaq; ~ şələ-küləsini qoltuğuna vermək.

    Полностью »
  • MİZAN-TƏRƏZİ QURMAQ

    sorğu-suala tutmaq, məsələyə aydınlıq gətirmək; ~ haqq-hesab çəkmək, məhşər ayağına çəkmək.

    Полностью »
  • MİZANA VURMAQ

    tərəzidə çəkmək, kütləsini, ağırlığı bilmək; ölçüb-biçmək, mülahizə etmək; ~ tərəziyə vurmaq.

    Полностью »
  • MOLLA AŞI GÖRDÜ, QURAN YADDAN ÇIXDI

    maddi maraq mənəvi dəyərləri üstələyərkən işlədilən ifadə.

    Полностью »
  • MOLLA GƏLMİŞKƏN ÖLƏN ÖLSÜN

    dan. bir yerə mütəxəssis (həkim, usta və s.) gələrkən onun sahəsi ilə bağlı bütün (hətta olmayan)  problemləri həll etməyə çağırış mənasında işlədilən

    Полностью »
  • MOTAL ATMAQ

    yalançı bəraətlərlə özünü təmizə çıxarmağa çalışmaq.

    Полностью »
  • MÖHTAC QALMAQ

    nəyəsə ciddi ehtiyacı olmaq, nədənsə asılı olmaq, ehtiyacı olan nəyisə əldə edə bilməmək.

    Полностью »
  • MÖHÜRÜNÜ VURMAQ

    hər hansı bir sahədə peşəkarlıq baxımından nümunə olmaq, yüksək standartlar yaratmaq, öz izini qoymaq

    Полностью »
  • MUMA DÖNMƏK

    yumşalmaq, deyilənlərlə razılaşmaq.

    Полностью »
  • MURAD ALMAQ

    istəyinə, arzusuna nail olmaq; ~ kam almaq.

    Полностью »
  • MURADI GÖYƏRMƏK

    istəyi, niyyəti həyata keçmək, reallaşmaq.

    Полностью »
  • MURADI HASİL OLMAQ

    istəyi, niyyəti həyata keçmək, arzuları gerçəkləşmək.

    Полностью »
  • MURADINI VERMƏK

    arzusuna çatdırmaq, istəyini yerinə yetirmək.

    Полностью »
  • MUS-MUS DEYİNCƏ MUSTAFA DE

    açıq danışmayan, sözü uzadan, sözünün canını deməyə tələsməyən, əsas mətləbə gec gələn adama müraciətlə işlədilən ifadə; ~ su-su deyincə sumaq de

    Полностью »
  • MÜHAKİMƏ YÜRÜTMƏK

    bir məsələ haqqında fikir və mülahizələrini söyləmək.

    Полностью »
  • MÜRƏKKƏBİ QURUMAMIŞ

    tez-tələsik, isti-isti; ala-çiy, yenidən işlənməyə, üstündə əl gəzdirilməyə ehtiyacı olan.

    Полностью »
  • MÜRGÜ DÖYMƏK (VURMAQ)

    ani yuxulamaq, yarıyuxulu olmaq, mürgüləmək; ~ yuxu basmaq, yuxu aparmaq (tutmaq).

    Полностью »
  • MÜSƏLMANIN SONRAKI AĞLI

    bir məsələnin sonradan ağıla gələn ən düzgün, optimal həlli yolu, peşmanlıqdan, səhv addımdan sonra yaranmış və daha düzgün hesab edilən qənaət

    Полностью »
  • MÜSİBƏT ÇƏKDİRMƏK

    başına bəla gətirmək, çox incitmək; ~ əziyyət vermək.

    Полностью »
  • MÜŞTƏRİ GÖZÜ İLƏ BAXMAQ

    nəyisə almağı, ona sahib olmağı və ya ondan istifadə etməyi ürəyindən keçirmək.

    Полностью »
  • MÜŞTƏRİYƏ DÜŞMƏK (SALMAQ)

    satışı artmaq, yaxşı alınmaq, davamlı və çoxlu sayda müştəri toplamaq.

    Полностью »
  • MÜVAZİNƏTDƏN ÇIXMAQ

    bax: müvazinətini itirmək.

    Полностью »
  • MÜVAZİNƏTİNİ İTİRMƏK

    səndələmək, ayağı bir-birinə dolaşmaq; ~ ləngər vurmaq, ayaqları dolaşmaq, müvazinətdən çıxmaq.

    Полностью »
  • MÜVƏFFƏQİYYƏTDƏN BAŞI GİCƏLLƏNMƏK

    müəyyən uğurlar qazandıqdan sonra arxayınlaşmaq, səhvə yol vermək.

    Полностью »
  • NADİRİ TAXTDA GÖRÜB, SÜLEYMANI QUNDAQDA

    dünyagörmüş, yaşı çox olan, uzunömürlü, qoca adam haqqında yumorla işlədilən ifadə; ~ Şah Abbası taxtda görüb, Nadiri qundaqda

    Полностью »
  • NAFTALİN İYİ VERMƏK

    köhnəlmək, vaxtı keçmək.

    Полностью »
  • NAFTALİNƏ QOYMAQ

    köhnəltmək, işlətməmək, istifadə etməmək.

    Полностью »
  • NAĞDI QOYUB NİSYƏ DALINCA GETMƏK (DÜŞMƏK)

    asan işi qoyub ağır işdən yapışmaq, özünü ikiqat əziyyətə salmaq; ~ nağdı nisyəyə satmaq.

    Полностью »
  • NAĞDI NİSYƏYƏ SATMAQ

    bax: nağdı qoyub nisyə dalınca getmək (düşmək).

    Полностью »
  • NAĞIL DANIŞMAQ

    uydurma və əsassız söhbətlər etmək.

    Полностью »
  • NAXƏLƏF ÇIXMAQ

    nankor, nanəcib olmaq, etibarsız olmaq; ~ yaxşılığı itirmək, çörəyi itirmək, çörəyi dizinin üstündə olmaq

    Полностью »
  • NAXIŞI GƏTİRMƏK (TUTMAQ)

    işi uğurlu olmaq, şanslı olmaq; ~ bəxti gətirmək.

    Полностью »