Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «O» – 87
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
O OB OC OD OX OL ON OR OT OV OY
 

O, ATLI OLUB, MƏN PİYADA

“çox axtarıram, ancaq tapa bilmirəm” mənasında işlədilən ifadə.

O BABAN ÖLÜB

“əvvəlki yaxşı işlər daha olmayacaq” mənasında işlədilən ifadə.

O DÜNYANI GÖRÜB GƏLMƏK (QAYITMAQ)

ağır fəlakətdən, ciddi təhlükədən xilas olmaq, ölümün bir addımlığından qayıtmaq; ~ ölümdən dönmək (
подробнее

O DÜNYAYA GEDİB-GƏLMƏK

sarsılmaq, ağır vəziyyət yaşamaq, ölüb-dirilmək.

O GEDƏN GETDİ

“birdəfəlik getdi”, “daha qayıtmadı” mənalarında işlədilən ifadə.

O GÜNƏ DAŞ DÜŞƏYDİ (YAĞAYDI)

bax: ... daş düşəydi (yağaydı).

O Kİ VAR

lazım olduğundan da çox, həddən artıq.

O VAXTDAN ÇOX SULAR AXIB

“uzun bir zaman keçib” mənasında işlədilən ifadə.

OBA BİZDƏ, BİZ OBADA

bir-birinin evinə həddən çox get-gələ mənfi münasibət, kinayə bildirən ifadə.

OCAĞA ODUN ATMAQ

bax: odun üstünə yağ tökmək.

OCAĞI KOR QALMAQ

uşaqsız qalmaq, övladı olmamaq, sonsuz olmaq, soyu, nəsli kəsilmək üzrə olmaq.

OCAĞI SÖNMƏK (QARALMAQ)

evi xaraba qalmaq, ailəsi dağılmaq; ~ çırağı sönmək, işığı sönmək, damı başına uçmaq, evi dağılmaq,
подробнее

OCAĞI YANMAQ

yaşamaq, ailəsi, nəsli, soyu davam etmək.

OCAĞINDAN TÜSTÜ ÇIXMAMAQ

bax: ocağı sönmək (qaralmaq).

OCAĞINI KOR QOYMAQ (SÖNDÜRMƏK)

evini xaraba qoymaq, ailəsini dağıtmaq.

OD ALMAĞA GƏLİB

oturmağı ilə durmağı bir olmaq, tez gəlib tez də getmək.

OD AYAQLAMAQ

əzablardan keçmək, çox çalışmaq, səy göstərmək.

OD GÖTÜRMƏK

bərk hirslənmək, qəzəblənmək; ~ hirsindən qovrulmaq, özündən çıxmaq, od tutub yanmaq.

OD QALAYIB, ODA DÜŞÜB

etdiyi yaxşılıqlar müqabilndə pislik görən, yaxşılığı başına bəla olan adam haqqında işlədilən ifadə
подробнее

OD QİYMƏTİNƏ

çox baha, həddindən artıq baha qiymətə.