Фразеологический словарь азербайджанского языка / P
Всего статей – 6867,
статей на «P» – 79
-
PADŞAHIN PİYADA GETDİYİ YER
ayaqyolu, tualet.
-
PAXILLIĞI TUTMAQ
paxıllıq etmək, qibtə etmək; ~ həsəd aparmaq.
-
PAXILLIĞINI ÇƏKMƏK
istəməmək, uğurlarından qıcıqlanmaq, haqqında pis sözlər danışmaq; ~ əl-ayağını yemək.
-
PAXIRI AÇILMAQ
mənfi xasiyyəti, nöqsanı üzə çıxmaq, aşkarlanmaq.
-
PAKETƏ OTURMAQ
1. Maaşdan əlavə pul almaq.
2. Aylıq maddi ödəniş müqabilində hansısa fəaliyyətindən əl çəkmək.
-
PALTARI BOĞÇALANMAQ
ölmək.
-
PAMBIQLA BAŞ KƏSMƏK
pisliyi açıq yox, hiyləgərliklə etmək, şirin dilini işə salaraq məkrli niyyətlərini həyata keçirmək.
-
PAPAĞI GÜNƏ YANDIRMAQ
heç bir iş görməmək, veyillənmək, boş yerə gözləmək, vaxtı boş yerə sərf etmək.
-
PAPAĞIN BOŞ QALSIN!
hər hansı bir işi yarıtmayan, bacarıqsız adama deyilən qınayıcı ifadə.
-
PAPAĞINI FIRLADINCA
tez, sürətlə, qısa bir zamanda.
-
PAPAĞINI GÖYƏ ATMAQ
sevinmək; şükür etmək, bir şeyə razı olmaq.
-
PAPAĞINI QABAĞINA QOYUB FİKİRLƏŞMƏK
yaxşı-yaxşı düşünmək, hərtərəfli düşünmək, götür-qoy etmək.
-
PAPAĞINI QOLTUĞUNA VERMƏK
bax: xoruzunu qoltuğuna vermək.
-
PAPAĞINI YAN (ƏYRİ, ÇƏP) QOYMAQ
kefi kök olmaq, dünyanı vecinə almamaq, lovğalanmaq, forslanmaq; ~ kefi doxsan doqquz vurmaq.
-
PAPAĞINI YERƏ SOXMAQ
yarıtmamaq, biabır etmək, hörmətdən, nüfuzdan salmaq, rüsvay eləmək.
-
PAPAQ ALTINDA OĞLANLAR VAR
əvvəllər üzdə olmayan, lakin müəyyən bir situasiyada gözlənilmədən parlaq keyfiyyət nümayiş etdirən
-
PAPAQ ELƏMƏK
çağırmaq, dəvət etmək, işarə ilə bildirmək.
-
PARTLAMAYA DÜŞMƏK
dan. çox yeməkdən halı pisləşmək, halı xarab olmaq.
-
PASI AÇILMAQ
bax: paxırı açılmaq.
-
PAYI İTƏ-QURDA QİSMƏT OLMAQ
nəsib olmamaq, başqasına qismət olmaq.
-
PAYINA ÇIXMAQ (DÜŞMƏK)
bax: bəxtinə çıxmaq (düşmək).
-
PAYINI ALMAQ
cəzalanmaq, etdiyi pisliyin cəzasını almaq.
-
PAYINI VERMƏK
ciddi cəzalandırmaq, tənbeh etmək; ~ burnuna duzlu su qoymaq, ciyərini çıxartmaq.
-
PAZA KEÇMƏK
dan. çətinlik yaranmaq, çətinliklə üzləşmək; ~ başına qəza gəlmək, başını cəncələ salmaq.
-
PAZI PAZLA ÇIXARMAQ
bir mürəkkəb işi eyni dərəcədə mürəkkəb situasiya yaratmaqla həll etmək; bir problemi onun həllinə z
-
PEYĞƏMBƏR QURŞAĞI
yağışdan sonra göy üzündə görünən qövsi-qüzeh, göyqurşağı.
-
PƏL VURMAQ (QATMAQ)
mane olmaq, bir işi müxtəlif yollarla pozmaq; ~ işini burmaq, arğac keçmək, əngəl çıxarmaq, qapıları
-
PƏNAH APARMAQ (GƏTİRMƏK)
nicat, xilas və ümid yeri hesab etdiyi şəxsə, məkana sığınmaq, kömək, imdad istəmək.
-
PƏNAHINDA SAXLAMAQ
himayə etmək, qorumaq, hifz etmək; ~ qayğısını çəkmək.
-
PƏNCƏSİNDƏN QURTULMAQ
azad olmaq, xilas olmaq, canını qurtarmaq.