Фразеологический словарь азербайджанского языка

  • PƏL VURMAQ (QATMAQ)

    mane olmaq, bir işi müxtəlif yollarla pozmaq; ~ işini burmaq, arğac keçmək, əngəl çıxarmaq, qapıları üzünə bağlamaq

    Полностью »
  • PƏNAH APARMAQ (GƏTİRMƏK)

    nicat, xilas və ümid yeri hesab etdiyi şəxsə, məkana sığınmaq, kömək, imdad istəmək.

    Полностью »
  • PƏNAHINDA SAXLAMAQ

    himayə etmək, qorumaq, hifz etmək; ~ qayğısını çəkmək.

    Полностью »
  • PƏNCƏSİNDƏN QURTULMAQ

    azad olmaq, xilas olmaq, canını qurtarmaq.

    Полностью »
  • PƏNCƏSİNƏ DÜŞMƏK

    bax: pəncəsinə keçmək.

    Полностью »
  • PƏNCƏSİNƏ KEÇİRMƏK

    tutmaq, sahib olmaq, mənimsəmək; ~ ələ gətirmək, çənginə keçirmək, girinə keçirmək.

    Полностью »
  • PƏNCƏSİNƏ KEÇMƏK

    tutulmaq; ~ kəməndə düşmək, ələ keçmək, pəncəsinə düşmək.

    Полностью »
  • PƏRDƏ ÇƏKMƏK

    gizlətmək, ört-basdır etmək.

    Полностью »
  • PƏRDƏ SAXLAMAQ

    ədəb-ərkan gözləmək, qarşılıqlı hörmət saxlamaq, hörmətlə davranmaq; ~ böyük-kiçik yeri bilmək, hörmətini saxlamaq (gözləmək), ədəb-ərkan gözləmək (sa

    Полностью »
  • PƏRDƏNİ GÖTÜRMƏK

    ədəbsizlik etmək, həya gözləməmək; ~ abır-həyanı itirmək, aranı açmaq.

    Полностью »
  • PƏRƏN-PƏRƏN DÜŞMƏK

    dağılmaq, mütəşəkkilliyini, birliyini itirmək, bir-birindən ayrılmaq, ayrı düşmək.

    Полностью »
  • PƏRƏN-PƏRƏN SALMAQ

    dağıtmaq, birliyi pozmaq, bir-birindən ayırmaq.

    Полностью »
  • PƏRSƏNG APARMAQ

    yüngül, qeyri-ciddi hərəkətlər etmək, sözünün yerini bilməmək, yerli-yersiz danışmaq, ağıldanseyrək olmaq

    Полностью »
  • PƏRSƏNG SAXLAMAQ

    tarazlığı qorumaq, bərabərliyi təmin etmək.

    Полностью »
  • PƏRSƏNG YERİNDƏN OYNAMAQ

    bax: tərəzinin gözünü əymək.

    Полностью »
  • PƏTƏNƏYİNİ DAĞITMAQ

    şil-küt etmək, döyərək öldürmək.

    Полностью »
  • PİNƏ BAĞLAMAQ

    döyənək olmaq.

    Полностью »
  • PİR MƏNİMDİR, KƏRAMƏTİNƏ BƏLƏDƏM

    hədsiz çox təriflənən birisinə mənfi münasibət bildirən, “yaxşı tanıyıram”, “qabiliyyətinə, imkanlarına bələdəm” mənasında işlədilən ifadə

    Полностью »
  • PİS GÜNƏ DÜŞMƏK (QALMAQ)

    vəziyyəti pisləşmək; sıxıntı çəkməkdən çox arıqlamaq; ~ yaman günə düşmək (qalmaq).

    Полностью »
  • PİS GÜNƏ QOYMAQ (SALMAQ)

    ağır və çətin vəziyyətə salmaq; korlamaq, xarab etmək; ~ yaman günə qoymaq (salmaq).

    Полностью »
  • PİS NƏFƏSƏ GƏLMƏK

    baxışından ziyan çəkmək; ~ göz dəymək, gözə gəlmək, nəzər dəymək, nəzərə gəlmək; işi avand olmamaq, uğursuzluq baş vermək; ~ tərs gətirmək, bəd gətirm

    Полностью »
  • PİS ÜZ GÖSTƏRMƏK

    bax: üz göstərmək.

    Полностью »
  • PİS YERDƏ AXŞAMLAMAQ

    bax: yaman yerdə axşamlamaq.

    Полностью »
  • PİS YOLA ÇƏKMƏK (SALMAQ)

    zərərli, təhlükəli işlərə cəlb etmək; ~ ağlını başından çıxarmaq, yoldan çıxarmaq.

    Полностью »
  • PİS YOLA DÜŞMƏK

    tərbiyəsiz, zərərli, təhlükəli işlərlə məşğul olmaq; avaralanmaq; ~ əməli azmaq, düz yoldan çıxmaq.

    Полностью »
  • PİSİNƏ GƏLMƏK

    hansısa hərəkətdən, yaxud sözdən narazı qalmaq, xoşu gəlməmək.

    Полностью »
  • PİŞİK ASQIRDI

    dan. verdiyi sözdən qaçan, sözünün üstündə durmayan, müəyyən bəhanələr gətirən adama müraciətlə “nə oldu?”, “niyə belə oldu?” mənalarında işlədilən if

    Полностью »
  • PİŞİK BAŞI BƏZƏMƏK

    ağ yalan danışmaq; verdiyi sözü tutmadığı üçün bəhanələr gətirərək birini aldatmağa çalışmaq.

    Полностью »
  • PİŞİK BƏZƏYİ

    bax: üstü bəzək, altı təzək.

    Полностью »
  • PİŞİK GÖRMÜŞ SİÇANA DÖNMƏK

    büzüşmək, qorxmaq; ~ özünü itirmək.

    Полностью »
  • PİŞİK QIRI VERMƏK

    bax: qır vermək.

    Полностью »
  • PİŞİYİN AĞZI ƏTƏ ÇATMAYANDA

    məqsədinə nail ola bilməyəndə, marağı təmin olunmayanda.

    Полностью »
  • PİŞİYİNİ AĞACA DIRMAŞDIRMAQ

    möhkəm cəzalandırmaq, sıxışdırmaq.

    Полностью »
  • PİY BAĞLAMAQ

    çox kökəlmək; ~ dərisinə sığmamaq, ət basmaq.

    Полностью »
  • PORSUQ BOĞMAQ

    bir yerə çox tüstü buraxmaq, qapalı məkanda aramsız siqaret çəkmək.

    Полностью »
  • PORSUQ OYUNU OYNAMAQ

    bir neçə yerdən təzyiq edərək əsas çıxış yolunu kəsmək, bir neçə nöqtədən təsirə məruz qoymaq.

    Полностью »
  • PRİNSİP APARMAQ

    çəkişmək, öcəşmək; ~ acığa düşmək, bəhsə düşmək, prinsipə düşmək (getmək), ayaq-ayağa qoymaq.

    Полностью »
  • PRİNSİPƏ DÜŞMƏK (GETMƏK)

    bax: prinsip aparmaq.

    Полностью »
  • PROBLEM ÇIXARMAQ

    gözlənilmədən əlavə qayğı yaratmaq, işin gedişinə mane olmaq, əngəl yaratmaq; ~ iş qarışdırmaq.

    Полностью »
  • PUÇA ÇIXMAQ

    heç bir nəticəsi olmamaq; ~ boşa çıxmaq (getmək), hədər getmək, heçə çıxmaq, əldən getmək.

    Полностью »
  • PUÇUNU BURMAQ

    dan. 1. Cəzalandırmaq, iradını bildirmək, təpinmək. 2. Özbaşınalığa son qoymaq, əyri yoldan çəkindirmək; ~ əl-ayağını yığışdırmaq

    Полностью »
  • PUL ÇIXARMAQ

    pul əldə etmək, qazanmaq, gəlir əldə etmək.

    Полностью »
  • PUL GÖZÜNÜ TUTUB

    harınlaşmış, ədalət hissini itirmiş adam haqqında işlədilən ifadə.

    Полностью »
  • PUL QIRMAQ

    yaxşı qazanc əldə etmək, varlanmaq.

    Полностью »
  • PUL QOPARMAQ (DARTMAQ)

    birisindən hər hansı yolla pul almaq.

    Полностью »
  • PUL QOYMAQ

    bir işə çoxlu pul xərcləmək; ~ vəsait yatırmaq, pul tökmək.

    Полностью »
  • PUL SƏPƏLƏMƏK

    sağa-sola xərcləmək, bədxərclik etmək, qənaətcil olmamaq.

    Полностью »
  • PUL TÖKMƏK

    çoxlu pul xərcləmək; ~ maya buraxmaq (qoymaq), pul qoymaq.

    Полностью »
  • PUL YEMƏK

    ayrılmış maliyyə vəsaitini mənimsəmək.

    Полностью »
  • PULA PUL DEMƏMƏK

    pulu çox olmaq, çox zəngin olmaq; ~ var-dövləti başından aşmaq, pulunu balta kəsməmək.

    Полностью »