Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «Q» – 565
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
QA QE QI QO QU
 

QAB DİBİ YALAMAQ

yaltaqlanmaq, yaltaqlıqdan bəhrələnmək; ~ qazan dibi yalamaq.

QABAĞA APARMAQ

yardımçı olmaq, dəstək olmaq; irəlilətmək, inkişaf etdirmək.

QABAĞA ATMAQ

bax: qabağa salmaq.

QABAĞA ÇƏKMƏK

etimad göstərmək, vəzifə vermək, vəzifəsini artırmaq, inkişafı üçün imkan yaratmaq; ~ qapı açmaq.

QABAĞA DURMAQ

hansısa işin icrasını və ya məsuliyyətini üzərinə götürmək.

QABAĞA DÜŞMƏK

1. Rəhbərlik etmək, bələdçilik etmək; ~ yol göstərmək.  2. Nəzərdə tutulduğundan, gözlənildiyindən ç
подробнее

QABAĞA GETMƏK

irəliləmək, inkişaf etmək, artmaq; qabaqlamaq.

QABAĞA QAÇMAQ

tələsmək, qabaqlamağa çalışmaq, irəliyə can atmaq.

QABAĞA SALMAQ

1. Gəlir gətirmək, maddi cəhətdən qazandırmaq.  2. Bir işi tezləşdirmək; ~ irəli atmaq, qabağa atmaq
подробнее

QABAĞA VERMƏK

məsuliyyəti, cavabdehliyi boynuna qoymaq.

QABAĞI AÇILMAQ

çoxlu, kütləvi şəkildə gəlməyə başlamaq, axışıb gəlmək, getdikcə çoxalmaq; ~ ağzı açılmaq.

QABAĞINA ÇIXMAQ

1. Səfərdən gələn adamı qarşılamaq; hörmət əlaməti olaraq qonağı kandarda qarşılamaq; güc tətbiq edə
подробнее

QABAĞINA DAŞ DIĞIRLAMAQ (YUMALAMAQ)

bax: qabağına kötük itələmək.

QABAĞINA DÜŞMƏK

başçılıq etmək; ~ yol göstərmək.

QABAĞINA KEÇMƏK

əksinə, ziddinə olmaq.

QABAĞINA KÖTÜK İTƏLƏMƏK

mane olmaq, irəli getməsinin və inkişaf etməsinin qarşısını almaq; ~ qarşısını almaq (kəsmək), qabağ
подробнее

QABAĞINA QATMAQ

qabağına salıb aparmaq, qova-qova aparmaq.

QABAĞINA QOZ QOYMAQ

cavabını vermək, üstün gəlmək; məğlub etmək; ~ yerində oturtmaq, yerini göstərmək, cavabını vermək.

QABAĞINA SÜMÜK ATMAQ

susdurmaq və ya özünə tabe etmək üçün əhəmiyyətsiz, kiçik bir şeylə başını aldatmaq.

QABAĞINA YÜYÜRMƏK

hədsiz hörmət, ehtiram və itaətkarlıq göstərmək.