Фразеологический словарь азербайджанского языка

  • QİSAS ALMAQ

    bax: intiqam almaq.

    Полностью »
  • QİSASI YERDƏ QALMAQ

    əvəz çıxa bilməmək, intiqamını almamaq.

    Полностью »
  • QİYAMƏT ELƏMƏK

    bax: qan eləmək.

    Полностью »
  • QİYAMƏT QOPARMAQ

    qışqırmaq; ~ hay-küy salmaq, hay-küy qaldırmaq, haray-həşir salmaq (qoparmaq), vəlvələ salmaq.

    Полностью »
  • QİYAMƏT QOPMAQ

    səs-küy yaranmaq, qarışıqlıq düşmək; ~ ara qarışmaq.

    Полностью »
  • QİYAMƏTƏ QALMAQ

    bir işin nə vaxt gerçəkləşəcəyini bilməmək.

    Полностью »
  • QİYMƏT QOYMAQ

    qiymətini müəyyən etmək; ~ nırx kəsmək (qoymaq).

    Полностью »
  • QİYMƏT VERMƏK

    dəyərləndirmək; ~ qədrini bilmək.

    Полностью »
  • QİYMƏTDƏN SALMAQ

    aşağılamaq; ~ gözdən salmaq.

    Полностью »
  • QİYMƏTƏ MİNDİRMƏK

    dəyərini artırmaq.

    Полностью »
  • QİYMƏTİ CEYRAN BELİNƏ ÇIXMAQ

    çox baha olmaq.

    Полностью »
  • QOCA AT ARPA YEMİR?

    dan. yaşına uyğun olmayan hərəkətlərinə bəraət qazandırmaq üçün ahıl adamın zarafatla işlətdiyi ifadə

    Полностью »
  • QOCA QURD

    çox şeyi bilən, təcrübəli, çox hiyləgər adam; ~ köhnə qurd.

    Полностью »
  • QOCALIQDA YORĞALIQ

    yaşlı adama yaraşmayan hərəkət; ~ qırxında yorğalamaq.

    Полностью »
  • QOHUM ÇIXMAQ

    qohumluq əlaqələrinin olduğunu aşkarlamaq.

    Полностью »
  • QOL ATMAQ

    bax: qol-budaq atmaq.

    Полностью »
  • QOL-BUDAQ ATMAQ

    inkişaf etmək, tərəqqi etmək, artmaq; şaxələnmək, ətrafa yayılmaq, genişlənmək; ~ qol atmaq.

    Полностью »
  • QOL ÇƏKMƏK

    imzalamaq, imza qoymaq.

    Полностью »
  • QOL-QABIRĞASINI SINDIRMAQ

    1. Möhkəm döymək, əzişdirmək, şil-küt etmək.  2. Korlamaq, bərbad hala salmaq; təhrif etmək (şeir, mahnı ifası və s

    Полностью »
  • QOL-QANAD AÇMAQ

    şaxələnmək, yayılmaq, inkişaf etmək, böyümək.

    Полностью »
  • QOL-QANAD VERMƏK

    ruhlandırmaq, qüvvətləndirmək, daha da canlandırmaq.

    Полностью »
  • QOL-QANADI AÇILMAQ

    ruhlanmaq, canlanmaq, inkişaf etmək; sərbəstləşmək.

    Полностью »
  • QOL-QANADI QIRILMAQ

    köməksiz, adamsız qalmaq; aciz bir hala düşmək; ~  ruhdan düşmək, qol-qanadı sınıb yanına düşmək.

    Полностью »
  • QOL-QANADI SINIB YANINA DÜŞMƏK

    sarsılmaq; ~ ruhdan düşmək, qol-qanadı qırılmaq.

    Полностью »
  • QOL-QANADINI QIRMAQ

    birini köməksiz, kimsəsiz qoymaq; aciz hala salmaq; ~ ruhdan salmaq.

    Полностью »
  • QOL QOYMAQ

    razılaşmaq, razılıq vermək, qəbul etmək.

    Полностью »
  • QOLLARINI ÖLÇMƏK

    danışarkən qolları ilə hərəkət etmək; ~ əl-qolunu ölçmək.

    Полностью »
  • QOLTUĞU QALXMAQ

    bax: qoltuğunun altı şişmək.

    Полностью »
  • QOLTUĞU QARPIZLANMAQ

    bax: qoltuğunun altı şişmək.

    Полностью »
  • QOLTUĞU ŞİŞMƏK

    bax: qoltuğunun altı şişmək.

    Полностью »
  • QOLTUĞUNA GİRMƏK

    1. Gəzməyə, yeriməyə çətinlik çəkən bir adamın qolundan tutub yeriməsinə kömək etmək.  2. Kiminsə himayəsinə sığınmaq, özünü gizləmək, ortaya çıxmamaq

    Полностью »
  • QOLTUĞUNA QARPIZ VERMƏK

    kimisə həvəsləndirərək hansısa işi gördürmək; ələ salmaq üçün yalandan üzünə tərifləmək; ~ belinə palan basmaq, ayağının altına daş qoymaq

    Полностью »
  • QOLTUĞUNUN ALTI ŞİŞMƏK

    tərifdən və ya bir xoş sözdən qürrələnmək, lovğalanmaq, təşəxxüslənmək; ~ qoltuğu qarpızlanmaq, qoltuğu şişmək, qoltuğu qalxmaq

    Полностью »
  • QOLUNDAN YAPIŞMAQ

    kömək etmək, çətin vəziyyətdən çıxarmaq; ~ əlindən tutmaq.

    Полностью »
  • QOPARAĞINI GÖTÜRMƏK

    qorxudaraq qovmaq, qaçmağa məcbur etmək, arxasına düşüb qovmaq; ~ təzərəyini qoparmaq, tozanağını qoparmaq

    Полностью »
  • QORXUDAN TÜK SALMAQ

    bax: tük salmaq.

    Полностью »
  • QORXUYA DÜŞMƏK

    həyəcanlanmaq, narahat olmaq; ~ vahimə basmaq, təşvişə düşmək, qarınağrısına düşmək.

    Полностью »
  • QORXUYA SALMAQ

    həyəcanlandırmaq, qorxutmaq; ~ təşvişə salmaq, canına qorxu salmaq, canına vəlvələ (vicvicə) salmaq.

    Полностью »
  • QOŞA GƏTİRMƏK

    bax: cüt gətirmək.

    Полностью »
  • QOŞUN ÇƏKMƏK

    hücum etmək.

    Полностью »
  • QOVĞA SALMAQ

    dava-dalaş, fitnə-fəsad törətmək, vuruşdurmaq; ~ çaxnaşma salmaq, dava salmaq.

    Полностью »
  • QOYNUNU AÇMAQ

    məmnuniyyətlə qəbul etmək, yer vermək.

    Полностью »
  • QOYUN CİLDİNƏ GİRMİŞ QURD

    pis niyyətlərini xeyirxahlıq pərdəsi altında gizlədən qəddar, riyakar adam.

    Полностью »
  • QOYUNU QOYUN, KEÇİNİ KEÇİ AYAĞINDAN ASMAQ

    hər kəsə qabiliyyətinə, işinə görə qiymət vermək; hər kəsi öz əməlinə görə cəzalandırmaq.

    Полностью »
  • QOYUNU QURDA TAPŞIRMAQ

    bir şey üçün təhlükə yaradan, onun qənimi olan adama həmin şeyi etibar etmək; işi etibarsız adama həvalə etmək

    Полностью »
  • QOZ QABIĞINA SOXMAQ (SALMAQ)

    çox sıxışdırmaq, təzyiq etmək, çıxılmaz vəziyyətə salmaq, incitmək ~ göz verib işıq verməmək, gözümçıxdıya salmaq

    Полностью »
  • QOZ-QOZ OYNAMAQ

    bəhsləşmək, iddialı olduğunu göstərmək, dikbaşlıq etmək; ~ ayaq-ayağa qoymaq, çilingağac oynamaq.

    Полностью »
  • QOZUNUN ÜSTÜNƏ QOZ QOYMAQ

    dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək, əlavə problem yaratmaq.

    Полностью »
  • QU DESƏN, QULAQ TUTULAR

    olduqca sakit, boş, adamsız yer haqqında işlədilən ifadə.

    Полностью »
  • ... QUBAR BAĞLAMAQ

    son dərəcə kədərlənmək, qəmlənmək, qüssələnmək (əsasən, “könül”, “ürək” və s. sözlərlə işlədilir).

    Полностью »