Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «R» – 51
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
RA RE RO RU
 

RADARA DÜŞMƏK

slenq. arzu olunmayan hər hansı hərəkəti qeydiyyata alınmaq, bilinmək, fiksasiya olunmaq; ~ kameraya
подробнее

RAHAT BURAXMAMAQ

incitmək, daim narahat etmək; ~ qır-saqqız olub yapışmaq.

RAHAT DURMAMAQ

bax: dinc durmamaq.

RAHAT NƏFƏS ALMAQ

ağır, məsuliyyətli bir işdən azad olmaq, yüngülləşmək; ~ çiynindən dağ götürülmək, üstündən ağır yük
подробнее

RAST GƏLMƏK

təsadüf etmək, görmək; ~ rastına çıxmaq.

RAST GƏTİRMƏK

müvafiq, uyğun olmaq; ~ yerinə düşmək, işi düz gətirmək.

RASTINA ÇIXMAQ

bax: rast gəlmək.

RAZI SALMAQ

razı etmək, məmnun etmək; ~ razılıq almaq, ələ almaq, ələ gətirmək, yola gətirmək, ürəyini ələ almaq
подробнее

RAZILIQ ALMAQ

müəyyən bir iş üçün müsbət cavab almaq; ~ razı salmaq, saqqızını oğurlamaq.

RAZILIQ VERMƏK

təklifi ilə razılaşmaq; ~ icazə vermək, yola gəlmək.

REAKSİYA VERMƏMƏK

soyuqqanlı olmaq, münasibət bildirməmək, əhəmiyyət verməmək; ~ baş qoşmamaq.

REKORD QIRMAQ

müəyyən sahədə ən böyük nailiyyət qazanmaq, əvvəlki nailiyyətləri kölgədə qoymaq.

RELSƏ DÜŞMƏK

dan. çətinlik və maneələrdən qurtarmaq, işləri sahmana düşmək; ~ yolu açılmaq, asfalta çıxmaq.

RƏĞBƏT BƏSLƏMƏK

meyil etmək, yaxınlıq etmək, bəyənmək, istəmək.

RƏHBƏR TUTMAQ

bir şeyə əsaslanmaq, nəyisə əsas götürmək.

RƏHMƏ GƏLMƏK

sərtliyi keçmək, mülayimləşmək; ~ insafa gəlmək, ürəyi yumşalmaq.

RƏHMƏ GƏTİRMƏK

bax: ürəyini yumşaltmaq.

RƏHMƏT QAZANMAQ

sağlığında savab işlər görmək, yaxşılıq etmək.

RƏHMƏTƏ GETMƏK

ölmək; ~ canını tapşırmaq, ruhunu təslim etmək.

RƏHMİ GƏLMƏK

acımaq, canıyananlıq etmək; ~ yazığı gəlmək, ürəyi yanmaq, ürəyi ağrımaq, canı yanmaq.