Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «S» – 333
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
SA SE SI SO ST SU
 

SABAH-SABAHA SALMAQ

məqsədli şəkildə çox yubatmaq, gecikdirmək, süründürmək; ~ get-gələ salmaq, bugün-sabaha salmaq.

SABAHI DİRİGÖZLÜ AÇMAQ

hər hansı səbəbdən gecəni səhərə qədər yatmamaq, yuxusuz qalmaq; ~ səhəri dirigözlü açmaq.

SABAHIN GÖZÜ AÇILMAMIŞ

çox erkən, tez, dan yeri ağaranda.

SABUN KÖPÜYÜ

boş, mənasız bir şey.

SAÇ AĞARTMAQ

bir işdə uzun müddət işləmək, böyük təcrübə qazanmaq.

SAÇ-SAQQALINA QAR YAĞMAQ

saçları ağarmağa başlamaq; yaşlanmaq, qocalmaq; ~ dən düşmək.

SAÇ-SAQQALINI AĞARTMAQ

yaşlanmaq, qocalmaq; bir işdə böyük təcrübə qazanmaq; ~ saqqal ağartmaq.

SAÇI-SAQQALI BİR-BİRİNƏ QARIŞMAQ

səliqəsiz, pinti, dalğın halda olmaq.

SAÇI TOPUĞUNU DÖYMƏK

hörükləri uzun olmaq, saçını uzatmaq.

SAÇINA DƏN DÜŞMƏK

bax: dən düşmək.

SAÇINI SÜPÜRGƏ ELƏMƏK

qayğısına qalmaq, əziyyətini çəkmək, sevdiyi və hörmət etdiyi bir insana diqqət və qayğı ilə yanaşma
подробнее

SAÇININ BİRİNİ AĞ, BİRİNİ QARA HÖRMƏK

həyat yoldaşını tez itirsə də, çətinlik və məhrumiyyətlərə dözərək namus və qeyrətlə yaşamaq; ~ bir
подробнее

SAÇYOLDUYA ÇIXMAQ

bərk dalaşmaq, dava etmək, bir-birinin saçını yolmaq (adətən, qadınlar haqqında işlədilən ifadə).   
подробнее

SAĞ CANA HƏSRƏT QALMAQ

tez-tez xəstələnmək; ~ döşəyə düşmək.

SAĞ ƏL

ən yaxın və etibarlı adam, köməkçi, sirdaş, dost.

SAĞ ƏLİM BAŞINA

özünə qismət olan yaxşı bir şeyi, xoş günü başqası üçün də arzulayarkən işlədilən ifadə.

SAĞ ƏLİYLƏ SOL QULAĞINI QAŞIMAQ (GÖSTƏRMƏK)

qısa, kəsə yolu qoyub uzaq yolla getmək, asan yolu qoyub çətin yolla getmək.

SAĞ QULAĞINDAN ALIB SOL QULAĞINDAN VERMƏK (ÖTÜRMƏK)

bax: bir qulağından alıb o biri qulağından vermək (ötürmək).

SAĞ-SOLUNA GÖZ GƏZDİRMƏK

diqqətlə baxmaq, ehtiyatlı olmaq, hər tərəfə nəzər yetirmək, hər tərəfi gözdən keçirmək.

SAĞ-SOLUNU TANIMAMAQ

heç kimi saymamaq, özünü təkəbbürlü aparmaq.