Фразеологический словарь азербайджанского языка

  • TOXTAQLIQ TAPMAQ

    sakitləşmək, rahatlanmaq.

    Полностью »
  • TOXTAQLIQ VERMƏK

    bax: təsəlli vermək.

    Полностью »
  • TOQQANI SIXMAQ

    bax: kəməri sıxmaq.

    Полностью »
  • TOQQANIN ALTINI BƏRKİTMƏK

    yaxşı yeyib-içmək; ~ qurşağının altını bərkitmək, kəmərin altını bərkitmək.

    Полностью »
  • TOP AĞZINA GETMƏK

    göz görə-görə ölümə getmək; ~ ölümü gözünün altına almaq.

    Полностью »
  • TOP-TÜFƏNGƏ TUTMAQ

    bax: topa tutmaq.

    Полностью »
  • TOPA GÜLLƏ QOYAN

    aranı qızışdıran, davaya təhrik edən.

    Полностью »
  • TOPA TUTMAQ

    sərt tənqid etmək; ciddi şəkildə əleyhinə olmaq; ~ tənqid atəşinə tutmaq, top-tüfəngə tutmaq.

    Полностью »
  • TOR QURMAQ

    bax: tələ qurmaq.

    Полностью »
  • TORA DÜŞMƏK

    kiminsə hiyləsinə aldanmaq, ilişmək, dolaşmaq; ~ tələyə düşmək, kəməndə keçmək, qarmağa keçmək, kələyə düşmək, qəfəsə düşmək, girə keçmək

    Полностью »
  • TORA SALMAQ

    bax: tələyə salmaq.

    Полностью »
  • TORAN ÇALMAQ (QARIŞMAQ)

    tədricən qaranlıq düşmək.

    Полностью »
  • TORBADA PİŞİK VAR

    “burada bir sirr var”, “deyəsən, işin içində iş var” mənasında işlədilən ifadə.

    Полностью »
  • TORBASINI TİKMƏK

    aldadaraq səhv addıma sürükləmək, dolaşdırmaq, pis vəziyyətə salmaq; ~ tora salmaq, tələyə salmaq.

    Полностью »
  • TORPAĞA TAPŞIRMAQ

    basdırmaq, dəfn etmək; ~ son mənzilə yola salmaq.

    Полностью »
  • TORPAĞA TƏSLİM ETMƏK

    bax: torpağa tapşırmaq.

    Полностью »
  • TORPAĞI BİR YERDƏN GÖTÜRÜLMƏK

    xasiyyəti oxşar olmaq (ən çox ər-arvad haqqında işlədilir).

    Полностью »
  • TORPAĞI SANI YAŞASIN

    uşaq və ya gənci dünyasını dəyişmiş birisi ilə (əsasən, yaxın qohumla) müqayisə edərkən və ya mərhumu xatırlayarkən uzun ömür diləmək mənasında işlədi

    Полностью »
  • TORPAĞINI TORBA İLƏ DAŞITDIRMAQ

    dağıtmaq, məğlub etmək, xaraba qoymaq; ~ daşı daş üstə qoymamaq.

    Полностью »
  • TOY TUTMAQ

    1. Bərk cəzalandırmaq, zülm etmək; ~ divan tutmaq, ot yoldurmaq.  2. Toyda oxumaq üçün sifariş almaq

    Полностью »
  • TOYDAN SONRA NAĞARA

    vaxtı keçəndən sonra görülən faydasız bir iş, tədbir haqqında işlədilən ifadə; ~ aş daşandan sonra çömçə axtarmaq

    Полностью »
  • TOYU GÖRDÜ, TƏRƏNGƏ YADINDAN ÇIXDI

    bax: təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.

    Полностью »
  • TOYU KÜLLÜKDƏ ÇALINMAQ

    dan. tələsmək, bir işi tələsik görmək.

    Полностью »
  • TOYUQ BİRQIÇLIDIR

    birisi səhv etsə də, dediyindən əl çəkməyəndə, tərslik edəndə işlədilən ifadə.

    Полностью »
  • TOYUQ TARA ÇIXANDA

    hava qaralan vaxt, qaranlıq düşəndə, axşam vaxtı.

    Полностью »
  • TOYUQ TARDAN DÜŞƏNDƏ

    hava işıqlaşanda, sübh vaxtı, tezdən; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), ala it tayadan düşməmiş

    Полностью »
  • TOYUQ YUMURTLAMADI, YUMURTLAMADI, FALINI DA YEDİ?

    zərərə düşmüş şəxsin qoyduğu maya da batdıqda işlətdiyi ifadə.

    Полностью »
  • TOZANAĞINI QOPARMAQ

    bax: qoparağını götürmək.

    Полностью »
  • TOZANAQ QALDIRMAQ (QOPARMAQ)

    hədsiz fəal olmaq (toyda, kütləvi tədbirdə və s.), hansısa hərəkəti ilə diqqəti cəlb etmək; araya şuluqluq salmaq

    Полностью »
  • TOZUNU GÖYƏ SOVURMAQ

    məhv etmək, dağıtmaq; ~ axırına çıxmaq, xaraba qoymaq, daşı daş üstə qoymamaq.

    Полностью »
  • TÖHMƏT ALTINDA QALMAQ

    yanlışlığa yol vermək, tapşırılan hansısa vacib işi yarıtmamaq;  hörmətsiz və nüfuzsuz olmaq; ~ üzü olmamaq

    Полностью »
  • TROYA ATI

    bir şeylə pərdələnmiş məkrli  niyyət, gizli təhlükə, xəyanət vasitəsi.

    Полностью »
  • TULA TAYADAN DÜŞMƏMİŞ

    lap tezdən, sübh vaxtı; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), ala it tayadan düşməmiş, toyuq tardan düşəndə

    Полностью »
  • TULAYA ÖZ SAMOVARI İLƏ GETMƏK

    bax: meşəyə odunla getmək.

    Полностью »
  • TUMAN ALTINDA GİZLƏNMƏK

    qorxmaq, susmaq, meydana çıxmamaq.

    Полностью »
  • TUMANINI BAŞINA ÇƏKMƏK (KEÇİRMƏK)

    bir şeyə kobud, emosional şəkildə etirazını bildirmək; ~ həyasızlıq etmək, qalmaqal salmaq.

    Полностью »
  • TUR DAĞINA DÖNMƏK

    yüksəlmək, hörməti, nüfuzu artmaq.

    Полностью »
  • TUŞ GƏLMƏK

    rast olmaq, qarşısına çıxmaq; ~ məruz qalmaq.

    Полностью »
  • ... TUT UCUNDAN, GÖYƏ ÇIX

    adətən, leysan, güclü yağış haqqında işlədilən ifadə.

    Полностью »
  • TUTAR QATIQ, TUTMAZ AYRAN

    çox səmərəli olmasa da, istənilən halda müəyyən nəticə verəcək təşəbbüs haqqında işlədilən ifadə.

    Полностью »
  • TUTDUĞUNU BURAXMAMAQ

    inad etmək, istədiyini, dediyini etmək; danışarkən eyni fikri təkrarlamaq; ~ sözün çürüyünü çıxartmaq

    Полностью »
  • TUTMASI TUTMAQ

    dan. qəfil hirslənmək, coşmaq, inad etmək; ~ tərs damarı tutmaq, tərs damarına düşmək, beyni çönmək.

    Полностью »
  • TÜK SALMAQ

    çox qorxmaq, çəkinmək.

    Полностью »
  • TÜKDƏN ASILI OLMAQ

    qorxulu, təhlükəli vəziyyətdə olmaq, həyatı, işi həlledici bir nüansdan asılı qalmaq; ~ qıldan asılmaq

    Полностью »
  • TÜKLƏRİ BİZ-BİZ DURMAQ

    bərk qorxmaq, vahimə, təşviş, qorxu hissi bürümək; ~ tükü ürpəşmək.

    Полностью »
  • TÜKLƏRİNDƏN YAĞ DAMMAQ

    kökəlmək, piylənmək, şişmək.

    Полностью »
  • TÜKÜ DƏ TƏRPƏNMƏMƏK

    vecinə olmamaq, narahatlıq keçirməmək, təsiri olmamaq; ~ kefini pozmamaq.

    Полностью »
  • TÜKÜ TÜKDƏN SEÇMƏK

    diqqətli olmaq, hər bir şeyə göz qoymaq, gözündən heç nə yayınmamaq, incəliyinə qədər fikir vermək; ~ ağı qaradan seçmək

    Полностью »
  • TÜKÜ ÜRPƏŞMƏK

    həyəcandan, qorxudan və s.-dən təsirlənmək, hədsiz qıcıqlanmaq, sarsıntı keçirmək; ~ tükləri biz-biz durmaq

    Полностью »
  • TÜKÜ YATIMINA SIĞALLAMAQ

    dan. bir işi münaqişəsiz, konfliktə yol vermədən, rahatlıqla həll etmək.

    Полностью »