Фразеологический словарь азербайджанского языка

  • TÖHMƏT ALTINDA QALMAQ

    yanlışlığa yol vermək, tapşırılan hansısa vacib işi yarıtmamaq;  hörmətsiz və nüfuzsuz olmaq; ~ üzü olmamaq

    Полностью »
  • TROYA ATI

    bir şeylə pərdələnmiş məkrli  niyyət, gizli təhlükə, xəyanət vasitəsi.

    Полностью »
  • TULA TAYADAN DÜŞMƏMİŞ

    lap tezdən, sübh vaxtı; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), ala it tayadan düşməmiş, toyuq tardan düşəndə

    Полностью »
  • TULAYA ÖZ SAMOVARI İLƏ GETMƏK

    bax: meşəyə odunla getmək.

    Полностью »
  • TUMAN ALTINDA GİZLƏNMƏK

    qorxmaq, susmaq, meydana çıxmamaq.

    Полностью »
  • TUMANINI BAŞINA ÇƏKMƏK (KEÇİRMƏK)

    bir şeyə kobud, emosional şəkildə etirazını bildirmək; ~ həyasızlıq etmək, qalmaqal salmaq.

    Полностью »
  • TUR DAĞINA DÖNMƏK

    yüksəlmək, hörməti, nüfuzu artmaq.

    Полностью »
  • TUŞ GƏLMƏK

    rast olmaq, qarşısına çıxmaq; ~ məruz qalmaq.

    Полностью »
  • ... TUT UCUNDAN, GÖYƏ ÇIX

    adətən, leysan, güclü yağış haqqında işlədilən ifadə.

    Полностью »
  • TUTAR QATIQ, TUTMAZ AYRAN

    çox səmərəli olmasa da, istənilən halda müəyyən nəticə verəcək təşəbbüs haqqında işlədilən ifadə.

    Полностью »
  • TUTDUĞUNU BURAXMAMAQ

    inad etmək, istədiyini, dediyini etmək; danışarkən eyni fikri təkrarlamaq; ~ sözün çürüyünü çıxartmaq

    Полностью »
  • TUTMASI TUTMAQ

    dan. qəfil hirslənmək, coşmaq, inad etmək; ~ tərs damarı tutmaq, tərs damarına düşmək, beyni çönmək.

    Полностью »
  • TÜK SALMAQ

    çox qorxmaq, çəkinmək.

    Полностью »
  • TÜKDƏN ASILI OLMAQ

    qorxulu, təhlükəli vəziyyətdə olmaq, həyatı, işi həlledici bir nüansdan asılı qalmaq; ~ qıldan asılmaq

    Полностью »
  • TÜKLƏRİ BİZ-BİZ DURMAQ

    bərk qorxmaq, vahimə, təşviş, qorxu hissi bürümək; ~ tükü ürpəşmək.

    Полностью »
  • TÜKLƏRİNDƏN YAĞ DAMMAQ

    kökəlmək, piylənmək, şişmək.

    Полностью »
  • TÜKÜ DƏ TƏRPƏNMƏMƏK

    vecinə olmamaq, narahatlıq keçirməmək, təsiri olmamaq; ~ kefini pozmamaq.

    Полностью »
  • TÜKÜ TÜKDƏN SEÇMƏK

    diqqətli olmaq, hər bir şeyə göz qoymaq, gözündən heç nə yayınmamaq, incəliyinə qədər fikir vermək; ~ ağı qaradan seçmək

    Полностью »
  • TÜKÜ ÜRPƏŞMƏK

    həyəcandan, qorxudan və s.-dən təsirlənmək, hədsiz qıcıqlanmaq, sarsıntı keçirmək; ~ tükləri biz-biz durmaq

    Полностью »
  • TÜKÜ YATIMINA SIĞALLAMAQ

    dan. bir işi münaqişəsiz, konfliktə yol vermədən, rahatlıqla həll etmək.

    Полностью »
  • TÜKÜNƏ DƏ DƏYMƏZ

    birinin digəri ilə müqayisədə çox dəyərsiz olduğunu bildirmək üçün işlədilən ifadə.

    Полностью »
  • TÜKÜNÜ DİDMƏK

    cəzalandırmaq; ~ divan tutmaq.

    Полностью »
  • TÜLKÜ DURMAZDAN

    səhərə yaxın, obaşdan, sübh vaxtı, ala-toran vaxtı; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), ala it tayadan düşməmiş

    Полностью »
  • TÜPÜRCƏYİ QURUMAQ

    bərk qorxmaq, qorxu keçirmək; ~ matı-qutu qurumaq, boğazı qurumaq.

    Полностью »
  • TÜPÜRDÜYÜNÜ YALAMAQ

    verdiyi vəddən, sözdən boyun qaçırmaq, əvvəlki qərarından imtina etmək; ~ sözündən dönmək (qaçmaq).

    Полностью »
  • TÜRKÜN MƏSƏLİ (SÖZÜ)

    şifahi nitqdə sözün vulqar mənada qavranılmaması üçün həmin sözdən əvvəl işlədilən ifadə.

    Полностью »
  • TÜSTÜSÜ DÜZ ÇIXMAQ

    bir işi formal, mexaniki olaraq icra etmək, məzmuna fikir verməmək; ~ yola vermək.

    Полностью »
  • TÜSTÜSÜ TƏPƏSİNDƏN (BAŞINDAN) ÇIXMAQ

    bərk hirslənmək, qeyzlənmək, hiddətlənmək; ~ gözündən şimşək çaxmaq.

    Полностью »
  • TÜTƏYİN DİLİNİ İÇƏRİ ÇƏKMƏK

    susmaq; ~ hesabı içəri vermək.

    Полностью »
  • TÜTƏYİNİN DİLİ SINMAQ

    məyus olmaq, kefi, halı, əhvalı pozulmaq, istəkləri alınmamaq, işi yolunda getməmək.

    Полностью »
  • UCA TUTMAQ

    yüksək qiymətləndirmək; ~ hörmətini saxlamaq (gözləmək).

    Полностью »
  • UCU-BUCAĞI GÖRÜNMƏMƏK

    geniş, ucsuz-bucaqsız  ərazini əhatə etmək, sayı-hesabı bilinməmək.

    Полностью »
  • UCUNDAN TUTUB UCUZLUĞA GETMƏK

    deyilmiş sözü uzun-uzadı yozaraq yersiz, mənasız fikirlər söyləmək, uzunçuluq eləmək; ~ sözdən söz çıxartmaq, sözü uzatmaq, sözü çürütmək, sözdən yapı

    Полностью »
  • UCUZ ƏTİN ŞORBASI

    az məsrəflə və asan başa gəlmiş bir şey.

    Полностью »
  • UCUZ TUTMAQ

    qiymətləndirməmək, nəzərə almamaq, saymamaq, lazımi dəyəri verməmək.

    Полностью »
  • UÇAN QUŞA BORCU OLMAQ

    çox insana borcu olmaq.

    Полностью »
  • UÇMAĞA QANADI OLMAMAQ

    hədsiz dərəcədə sevinmək, şad olmaq, fərəhlənmək; ~ yerə-göyə sığmamaq.

    Полностью »
  • UÇULU EVİN DİRƏYİDİR

    bax: yıxılı evin dirəyidir.

    Полностью »
  • UÇURUMA GETMƏK

    təhlükəli həddə yaxınlaşmaq.

    Полностью »
  • UDQUNMAĞA VAXT TAPMAMAQ

    işi çox olmaq, vaxtı olmamaq; ~ başını qaşımağa vaxtı olmamaq, işi başından aşmaq.

    Полностью »
  • UF DEMƏDƏN

    vecinə almadan, saymazyana, insafsızcasına.

    Полностью »
  • UF DEMƏMƏK

    heyifsilənməmək, yazığı gəlməmək, rəhm etməmək.

    Полностью »
  • UĞURUNA ÇIXMAQ (GƏLMƏK)

    təsadüfən yaxşı, ya pis bir şeylə rastlaşmaq; ~ bəxtinə çıxmaq (düşmək).

    Полностью »
  • UĞURUNA XEYİR ÇIXMAQ

    işi istədiyi kimi getmək, işi uğurlu, avand olmaq; ~ işi düz gətirmək, bəxti gətirmək.

    Полностью »
  • ULDUZ SAYDIRMAQ

    gecə yatmağa qoymamaq.

    Полностью »
  • ULDUZLARI BARIŞMAMAQ

    ünsiyyət qura bilməmək, mehriban olmamaq, bir-biri ilə dil tapmamaq, yola getməmək, xasiyyətləri tutmamaq

    Полностью »
  • ULDUZU BATMAQ

    işləri yolunda getməmək; hörməti, etibarı itmək, əvvəlki etibarı qalmamaq; ~ nüfuzdan düşmək, gözdən düşmək

    Полностью »
  • ULDUZU BİR OLMAQ

    bax: kəbinləri göydə kəsilmək.

    Полностью »
  • ULDUZU DOĞMAQ

    bax: ulduzu parlamaq.

    Полностью »
  • ULDUZU PARLAMAQ

    məşhurlaşmaq, uğur, müvəffəqiyyət qazanmaq; ~ bəxti açılmaq.

    Полностью »