Фразеологический словарь азербайджанского языка

  • TİKAN OLUB GÖZÜNƏ BATMAQ

    bax: ox olub gözünə batmaq.

    Полностью »
  • TİKAN ÜSTÜNDƏ OTURMAQ

    bax: iynə üstündə oturmaq.

    Полностью »
  • TİKƏSİ AĞZINDA BÖYÜMƏK

    iyrənmək, diksinmək, hər hansı bir səbəbə görə loğmasını udmamaq.

    Полностью »
  • TİKƏSİ AĞZINDA QALMAQ

    bax: tikəsi boğazında qalmaq.

    Полностью »
  • TİKƏSİ BOĞAZINDA QALMAQ

    qəflətən nəhs, ağır bir xəbər eşidərək son dərəcə təəccüblənmək, sarsılmaq; ~ tikəsi ağzında qalmaq.

    Полностью »
  • TİLSİMƏ DÜŞMƏK

    dolaşıqlıq yaranmaq, həll edilə bilməmək; ~ nəhs gətirmək, it ağzına keçmək, düyünə düşmək.

    Полностью »
  • TİLSİMƏ SALMAQ

    öz təsiri altına salmaq, sehrləmək, ovsunlamaq; işi çətinə, düyünə salmaq.

    Полностью »
  • TİLSİMİ SINDIRMAQ (QIRMAQ)

    uzun müddət problemə çevrilmiş bir işi həll etmək; müəmmalı və dolaşıq olan bir şeyə aydınlıq gətirmək; ~ düyünü açmaq

    Полностью »
  • TİRTAP DÜŞMƏK

    çox yorğun olduğu üçün dərhal yuxuya getmək, bərk yatmaq; ~ ölü düşmək, daş kimi düşmək.

    Полностью »
  • TOXTAQLIQ TAPMAQ

    sakitləşmək, rahatlanmaq.

    Полностью »
  • TOXTAQLIQ VERMƏK

    bax: təsəlli vermək.

    Полностью »
  • TOQQANI SIXMAQ

    bax: kəməri sıxmaq.

    Полностью »
  • TOQQANIN ALTINI BƏRKİTMƏK

    yaxşı yeyib-içmək; ~ qurşağının altını bərkitmək, kəmərin altını bərkitmək.

    Полностью »
  • TOP AĞZINA GETMƏK

    göz görə-görə ölümə getmək; ~ ölümü gözünün altına almaq.

    Полностью »
  • TOP-TÜFƏNGƏ TUTMAQ

    bax: topa tutmaq.

    Полностью »
  • TOPA GÜLLƏ QOYAN

    aranı qızışdıran, davaya təhrik edən.

    Полностью »
  • TOPA TUTMAQ

    sərt tənqid etmək; ciddi şəkildə əleyhinə olmaq; ~ tənqid atəşinə tutmaq, top-tüfəngə tutmaq.

    Полностью »
  • TOR QURMAQ

    bax: tələ qurmaq.

    Полностью »
  • TORA DÜŞMƏK

    kiminsə hiyləsinə aldanmaq, ilişmək, dolaşmaq; ~ tələyə düşmək, kəməndə keçmək, qarmağa keçmək, kələyə düşmək, qəfəsə düşmək, girə keçmək

    Полностью »
  • TORA SALMAQ

    bax: tələyə salmaq.

    Полностью »
  • TORAN ÇALMAQ (QARIŞMAQ)

    tədricən qaranlıq düşmək.

    Полностью »
  • TORBADA PİŞİK VAR

    “burada bir sirr var”, “deyəsən, işin içində iş var” mənasında işlədilən ifadə.

    Полностью »
  • TORBASINI TİKMƏK

    aldadaraq səhv addıma sürükləmək, dolaşdırmaq, pis vəziyyətə salmaq; ~ tora salmaq, tələyə salmaq.

    Полностью »
  • TORPAĞA TAPŞIRMAQ

    basdırmaq, dəfn etmək; ~ son mənzilə yola salmaq.

    Полностью »
  • TORPAĞA TƏSLİM ETMƏK

    bax: torpağa tapşırmaq.

    Полностью »
  • TORPAĞI BİR YERDƏN GÖTÜRÜLMƏK

    xasiyyəti oxşar olmaq (ən çox ər-arvad haqqında işlədilir).

    Полностью »
  • TORPAĞI SANI YAŞASIN

    uşaq və ya gənci dünyasını dəyişmiş birisi ilə (əsasən, yaxın qohumla) müqayisə edərkən və ya mərhumu xatırlayarkən uzun ömür diləmək mənasında işlədi

    Полностью »
  • TORPAĞINI TORBA İLƏ DAŞITDIRMAQ

    dağıtmaq, məğlub etmək, xaraba qoymaq; ~ daşı daş üstə qoymamaq.

    Полностью »
  • TOY TUTMAQ

    1. Bərk cəzalandırmaq, zülm etmək; ~ divan tutmaq, ot yoldurmaq.  2. Toyda oxumaq üçün sifariş almaq

    Полностью »
  • TOYDAN SONRA NAĞARA

    vaxtı keçəndən sonra görülən faydasız bir iş, tədbir haqqında işlədilən ifadə; ~ aş daşandan sonra çömçə axtarmaq

    Полностью »
  • TOYU GÖRDÜ, TƏRƏNGƏ YADINDAN ÇIXDI

    bax: təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.

    Полностью »
  • TOYU KÜLLÜKDƏ ÇALINMAQ

    dan. tələsmək, bir işi tələsik görmək.

    Полностью »
  • TOYUQ BİRQIÇLIDIR

    birisi səhv etsə də, dediyindən əl çəkməyəndə, tərslik edəndə işlədilən ifadə.

    Полностью »
  • TOYUQ TARA ÇIXANDA

    hava qaralan vaxt, qaranlıq düşəndə, axşam vaxtı.

    Полностью »
  • TOYUQ TARDAN DÜŞƏNDƏ

    hava işıqlaşanda, sübh vaxtı, tezdən; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), ala it tayadan düşməmiş

    Полностью »
  • TOYUQ YUMURTLAMADI, YUMURTLAMADI, FALINI DA YEDİ?

    zərərə düşmüş şəxsin qoyduğu maya da batdıqda işlətdiyi ifadə.

    Полностью »
  • TOZANAĞINI QOPARMAQ

    bax: qoparağını götürmək.

    Полностью »
  • TOZANAQ QALDIRMAQ (QOPARMAQ)

    hədsiz fəal olmaq (toyda, kütləvi tədbirdə və s.), hansısa hərəkəti ilə diqqəti cəlb etmək; araya şuluqluq salmaq

    Полностью »
  • TOZUNU GÖYƏ SOVURMAQ

    məhv etmək, dağıtmaq; ~ axırına çıxmaq, xaraba qoymaq, daşı daş üstə qoymamaq.

    Полностью »
  • TÖHMƏT ALTINDA QALMAQ

    yanlışlığa yol vermək, tapşırılan hansısa vacib işi yarıtmamaq;  hörmətsiz və nüfuzsuz olmaq; ~ üzü olmamaq

    Полностью »
  • TROYA ATI

    bir şeylə pərdələnmiş məkrli  niyyət, gizli təhlükə, xəyanət vasitəsi.

    Полностью »
  • TULA TAYADAN DÜŞMƏMİŞ

    lap tezdən, sübh vaxtı; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), ala it tayadan düşməmiş, toyuq tardan düşəndə

    Полностью »
  • TULAYA ÖZ SAMOVARI İLƏ GETMƏK

    bax: meşəyə odunla getmək.

    Полностью »
  • TUMAN ALTINDA GİZLƏNMƏK

    qorxmaq, susmaq, meydana çıxmamaq.

    Полностью »
  • TUMANINI BAŞINA ÇƏKMƏK (KEÇİRMƏK)

    bir şeyə kobud, emosional şəkildə etirazını bildirmək; ~ həyasızlıq etmək, qalmaqal salmaq.

    Полностью »
  • TUR DAĞINA DÖNMƏK

    yüksəlmək, hörməti, nüfuzu artmaq.

    Полностью »
  • TUŞ GƏLMƏK

    rast olmaq, qarşısına çıxmaq; ~ məruz qalmaq.

    Полностью »
  • ... TUT UCUNDAN, GÖYƏ ÇIX

    adətən, leysan, güclü yağış haqqında işlədilən ifadə.

    Полностью »
  • TUTAR QATIQ, TUTMAZ AYRAN

    çox səmərəli olmasa da, istənilən halda müəyyən nəticə verəcək təşəbbüs haqqında işlədilən ifadə.

    Полностью »
  • TUTDUĞUNU BURAXMAMAQ

    inad etmək, istədiyini, dediyini etmək; danışarkən eyni fikri təkrarlamaq; ~ sözün çürüyünü çıxartmaq

    Полностью »