Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «U» – 35
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
UC UD UF UL UN US UT UZ
 

UCA TUTMAQ

yüksək qiymətləndirmək; ~ hörmətini saxlamaq (gözləmək).

UCU-BUCAĞI GÖRÜNMƏMƏK

geniş, ucsuz-bucaqsız  ərazini əhatə etmək, sayı-hesabı bilinməmək.

UCUNDAN TUTUB UCUZLUĞA GETMƏK

deyilmiş sözü uzun-uzadı yozaraq yersiz, mənasız fikirlər söyləmək, uzunçuluq eləmək; ~ sözdən söz ç
подробнее

UCUZ ƏTİN ŞORBASI

az məsrəflə və asan başa gəlmiş bir şey.

UCUZ TUTMAQ

qiymətləndirməmək, nəzərə almamaq, saymamaq, lazımi dəyəri verməmək.

UÇAN QUŞA BORCU OLMAQ

çox insana borcu olmaq.

UÇMAĞA QANADI OLMAMAQ

hədsiz dərəcədə sevinmək, şad olmaq, fərəhlənmək; ~ yerə-göyə sığmamaq.

UÇULU EVİN DİRƏYİDİR

bax: yıxılı evin dirəyidir.

UÇURUMA GETMƏK

təhlükəli həddə yaxınlaşmaq.

UDQUNMAĞA VAXT TAPMAMAQ

işi çox olmaq, vaxtı olmamaq; ~ başını qaşımağa vaxtı olmamaq, işi başından aşmaq.

UF DEMƏDƏN

vecinə almadan, saymazyana, insafsızcasına.

UF DEMƏMƏK

heyifsilənməmək, yazığı gəlməmək, rəhm etməmək.

UĞURUNA ÇIXMAQ (GƏLMƏK)

təsadüfən yaxşı, ya pis bir şeylə rastlaşmaq; ~ bəxtinə çıxmaq (düşmək).

UĞURUNA XEYİR ÇIXMAQ

işi istədiyi kimi getmək, işi uğurlu, avand olmaq; ~ işi düz gətirmək, bəxti gətirmək.

ULDUZ SAYDIRMAQ

gecə yatmağa qoymamaq.

ULDUZLARI BARIŞMAMAQ

ünsiyyət qura bilməmək, mehriban olmamaq, bir-biri ilə dil tapmamaq, yola getməmək, xasiyyətləri tut
подробнее

ULDUZU BATMAQ

işləri yolunda getməmək; hörməti, etibarı itmək, əvvəlki etibarı qalmamaq; ~ nüfuzdan düşmək, gözdən
подробнее

ULDUZU BİR OLMAQ

bax: kəbinləri göydə kəsilmək.

ULDUZU DOĞMAQ

bax: ulduzu parlamaq.

ULDUZU PARLAMAQ

məşhurlaşmaq, uğur, müvəffəqiyyət qazanmaq; ~ bəxti açılmaq.