Фразеологический словарь азербайджанского языка

  • UN ÇUVALINA TAY OLMAQ

    evdə qalmaq, qarımaq, tək qalmaq.

    Полностью »
  • UNU ƏLƏNİB, XƏLBİRİ GÖYDƏ FIRLANIR

    bax: ələyi ələnib, xəlbiri göydə fırlanır.

    Полностью »
  • USTA TƏRPƏNMƏK

    vəziyyəti duymaq, vaxtında, cəld və ağıllı hərəkət etmək; qabaqlayıcı tədbir görmək.

    Полностью »
  • UŞAĞA QALMAQ

    hamilə olmaq; ~ ikicanlı olmaq, boynuna uşaq düşmək.

    Полностью »
  • UŞAQ BAŞI ALDATMAQ

    boş vədlər vermək, real iş görməmək, aldatmaq.

    Полностью »
  • UŞAQ İŞİ TUTMAQ

    düşüncəsiz hərəkət etmək, qanmamaq.

    Полностью »
  • UTANIB YERƏ GİRMƏK

    bax: yerə girmək.

    Полностью »
  • UZAQ GETMƏK

    danışığında, hərəkətində ifrata varmaq; ~ həddini aşmaq.

    Полностью »
  • UZAQ GƏZMƏK

    oturub-durmamaq, görüşmək istəməmək, yoldaşlıq və dostluq etməmək; ~ yan gəzmək, gen gəzmək.

    Полностью »
  • UZAQ QAÇMAQ

    bax: uzaq gəzmək.

    Полностью »
  • UZAQDAN BAŞLAMAQ

    mətləbin üzərinə gec gəlmək.

    Полностью »
  • UZANAN ƏLİ KƏSMƏMƏK

    xoş niyyəti rədd etməmək, dostluq təklifini qəbul etmək.

    Полностью »
  • UZUN ÇƏKMƏK (SÜRMƏK)

    çox davam etmək, uzanmaq, çox çəkmək.

    Полностью »
  • UZUN SÖZÜN QISASI

    xülasə, bir sözlə, müxtəsər, nəhayət.

    Полностью »
  • ÜÇ CÜT, BİR TƏK

    lap az; ~ iki cüt, bir tək.

    Полностью »
  • ÜÇ GÜN AZAR, BİR GÜN MƏZAR

    xəstə yatmaqdansa, ölmək daha yaxşıdır.

    Полностью »
  • ÜÇ QƏPİYƏ DƏYMƏZ

    bax: bir qara pula dəyməz.

    Полностью »
  • ÜÇ MİSQAL DİLİNİ QOYUB BİR BATMAN BAŞI İLƏ DANIŞIR

    söhbət zamanı suallara başı ilə cavab verən adam haqqında deyilən ifadə.

    Полностью »
  • ÜÇDƏ ALACAĞI YOX, BEŞDƏ VERƏCƏYİ

    işləri qaydasında gedən, heç kimdən asılılığı olmayan adam haqqında deyilən ifadə.

    Полностью »
  • ÜFÜRSƏN, CANI ÇIXAR

    arıq, zəif, cansız adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ÜLGÜC ÜSTƏ YERİMƏK

    təhlükəli işə girişmək, riskli, qorxulu taktika seçmək.

    Полностью »
  • ÜMİD BAĞLAMAQ (BƏSLƏMƏK)

    yaxşı bir şeyin olacağına inanmaq; birinə arxayın olmaq.

    Полностью »
  • ÜMİD ÇIRAĞI YANDIRMAQ

    hər şeyin yaxşı olacağına inam oyatmaq; ~ ümid vermək.

    Полностью »
  • ÜMİD VERMƏK

    arzusunun, istəyinin həyata keçəcəyinə inandırmağa çalışmaq; gözlənilən bir şeyin gerçəkləşəcəyinə inam yaratmaq, əmin etmək, arxayın etmək; ~ ümid çı

    Полностью »
  • ÜMİDİ BOŞA (PUÇA) ÇIXMAQ

    gözlədiyi olmamaq, arzusu reallaşmamaq, heç nəyə gümanı qalmamaq

    Полностью »
  • ÜMİDİ DOĞRULMAQ

    arzusu, niyyəti və planları həyata keçmək, reallaşmaq.

    Полностью »
  • ÜMİDİ HƏR YERDƏN ÜZÜLMƏK

    tək, əlacsız və ümidsiz olmaq; ~ gözünü çəkmək.

    Полностью »
  • ÜMİDİ KƏSİLMƏK

    ümidsiz qalmaq, inamı olmamaq; ~ əli üzülmək.

    Полностью »
  • ÜMİDİ ÜZÜLMƏK

    çarəsiz, ümidsiz qalmaq, çıxış yolu tapa bilməmək; ~ əlacı kəsilmək.

    Полностью »
  • ... ÜMİDİNƏ QALMAQ

    ixtiyarında, cavabdehliyində olmaq.

    Полностью »
  • ... ÜMİDİNƏ QOYMAQ

    kiməsə etibar edib, inanıb nəyisə tapşırmaq, bir işi etibar etdiyi kiminsə ixtiyarına vermək.

    Полностью »
  • ÜMİDİNİ İTİRMƏK

    arzusunun, istəyinin həyata keçəcəyinə, müsbət nəticəsinə daha inanmamaq; ~ əlini üzmək, ümidini kəsmək (üzmək)

    Полностью »
  • ÜMİDİNİ KƏSMƏK (ÜZMƏK)

    bax: ümidini itirmək.

    Полностью »
  • ÜMUMİ DİL TAPMAQ

    bax: dil tapmaq.

    Полностью »
  • ÜNSİYYƏT BAĞLAMAQ (QURMAQ)

    aralarında yaxşı münasibət yaranmaq, bir-biri ilə razılaşa bilmək.

    Полностью »
  • ÜRƏK BULANDIRMAQ

    nifrət hissi oyatmaq, iyrəndirmək.

    Полностью »
  • ÜRƏK DAĞLAMAQ

    bax: ürək parçalamaq.

    Полностью »
  • ÜRƏK-DİRƏK VERMƏK

    cəsarətləndirmək, bir işə ruhlandırmaq; ~ dayaq durmaq, təsəlli vermək, təskinlik vermək, ürək vermək

    Полностью »
  • ÜRƏK ELƏMƏMƏK

    cürət etməmək, cəsarəti olmamaq.

    Полностью »
  • ÜRƏK-GÖBƏYİ DÜŞMƏK

    qorxmaq, bərk həyəcanlanmaq; ~ ürək-göbəyini yemək, ürəyi düşmək, bağrı yarılmaq.

    Полностью »
  • ÜRƏK-GÖBƏYİNİ SALMAQ

    qəfil hərəkət və ya xəbərlə qorxutmaq.

    Полностью »
  • ÜRƏK-GÖBƏYİNİ YEMƏK

    bax: ürək-göbəyi düşmək.

    Полностью »
  • ÜRƏK QIZDIRMAQ

    inanmaq, etibar etmək, güvənmək; ~ ürəyi qızmaq.

    Полностью »
  • ÜRƏK PARÇALAMAQ

    güclü təsir etmək, sarsıtmaq; ~ ürək dağlamaq.

    Полностью »
  • ÜRƏK VERMƏK

    1. Cəsarətləndirmək, bir işə ruhlandırmaq; ~ ürək-dirək vermək.  2. Sevmək; ~ könül vermək.

    Полностью »
  • ÜRƏK YANDIRMAQ

    bax: can yandırmaq.

    Полностью »
  • ÜRƏKQOPMASINA SALMAQ

    bərk qorxutmaq; ~ bağrını yarmaq.

    Полностью »
  • ÜRƏKLƏRİ BİR-BİRİNİ TUTMAQ

    qarşılıqlı sevgi münasibətləri olmaq.

    Полностью »
  • ÜRƏYƏ İŞLƏMƏK

    çox güclü təsir etmək; ~ dərinə işləmək.

    Полностью »
  • ÜRƏYƏ YATMAQ

    bəyənilmək, istənilmək; ~ xoşa gəlmək, göz oxşamaq, xoş gəlmək, könül oxşamaq.

    Полностью »