Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «V» – 44
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
VA VE VU
 

VAHİMƏ BASMAQ (GÖTÜRMƏK)

bərk qorxmaq, vahimələnmək, xoflanmaq; ~ qorxuya düşmək, xof götürmək, vahiməyə düşmək.

VAHİMƏYƏ DÜŞMƏK

bax: vahimə basmaq (götürmək).

VAHİMƏYƏ SALMAQ

qorxutmaq.

VAXT ALMAQ

kimisə işdən ayırmaq, fikrini başqa tərəfə yönəltmək.

VAXT İTİRMƏK

vaxtını boş, səmərəsiz yerə sərf etmək.

VAXT QAZANMAQ

niyyətini həyata keçirmək, fürsət əldə etmək üçün zamandan bəhrələnmək; ~ vaxt udmaq, vaxtı uzatmaq.
подробнее

VAXT ÖLDÜRMƏK

vaxtın tez keçməsi üçün boş bir şeylə məşğul olmaq; ~ başını qatmaq.

VAXT UDMAQ

bax: vaxt qazanmaq.

VAXTI UZATMAQ

bax: vaxt qazanmaq.

VALI DƏYİŞMƏK

mövzunu, söhbətin istiqamətini başqa tərəfə yönəltmək; ~ söz azdırmaq; davranışını, mövqeyini dəyişm
подробнее

VAR-DÖVLƏTİ BAŞINDAN AŞMAQ

pulu çox olmaq; ~ pula pul deməmək, pulunu balta kəsməmək.

VAR-YOXDAN ÇIXMAQ

əlində olan şeylərin hamısından məhrum olmaq, kasıblaşmaq; ~ qabıqdan çıxmaq, quru yerdə qalmaq.

VAR-YOXUNU XORUZA YÜK ELƏMƏK

bax: xoruza yükləmək.

VARDAN-YOXDAN KEÇMƏK

bax: varından-dövlətindən keçmək.

VARFOLOMEY GECƏSİ

günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsini bildirən ifadə.

VARINDAN-DÖVLƏTİNDƏN KEÇMƏK

müəyyən məqsədə nail olmaq və ya hansısa problemi həll etmək üçün çoxlu pul xərcləmək, malını, pulun
подробнее

VARLIĞA NƏ DARLIQ

var-dövlətinə güvənib bədxərclik edən adam haqqında işlədilən ifadə.

VAY HALINA!

hədələmə, təhdidetmə məqamında işlədilən ifadə.

VAY-ŞİVƏN QOPARMAQ (SALMAQ)

çığır-bağır salmaq, fəryad etmək.

VAYINA OTURMAQ

yas tutmaq.