Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «X» – 115
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
XA XE XI XO
 

XAÇ ASMAQ

xristianlığı qəbul etmək.

XAHİŞİNİ YERƏ SALMAQ

istəyini, arzusunu qəbul etməmək, rədd etmək; ~ sözünü yerə salmaq.

XAL TOPLAMAQ

hörmət və etimad qazanmaq.

XAL VURMAQ

1. Fikrini, sözünü üstüörtülü şəkildə eyhamla, işarələrlə çatdırmaq; ~ eyham vurmaq.  2. Musiqidə if
подробнее

XALA, XALA, GƏL DALAŞAQ

bir səbəb olmadan dalaşmağa can atan adam haqqında işlədilən ifadə; ~ şələni qoy, gəl dalaşaq.

XALA-XALA OYNAMAQ

qeyri-müəyyənlik yaratmaq, açıq, səmimi danışmamaq, süründürməçilik etmək.

XALQIN CİBİNƏ GİRMƏK

dövlət büdcəsindən pul oğurlamaq, ictimai vəsaiti mənimsəmək, millətin sərvətini talamaq; ~ cibə gir
подробнее

XAM DÜŞMƏK

bir işin nəticəsini əvvəlcədən düşünmədiyi, lazımınca dərk etmədiyi üçün yanılmaq, səhv iş görmək.

XAM ƏLƏ DÜŞMƏK

təcrübəsiz, bacarıqsız, qeyri-peşəkar adamın xidmətindən istifadə etmək.

XAM ƏLƏ SALMAQ

təcrübəsiz, bacarıqsız, qeyri-peşəkar adamın ixtiyarına vermək.

XAM XƏYAL

həyata keçirilə bilməyən, mümkün olmayan iş, arzu, məsələ.

XAM XƏYALA DÜŞMƏK

səhv, yanlış fikirləşmək.

XAN İLƏ PLOV YEMİR Kİ, BIĞI YAĞA BATAR

çox lovğa, təkəbbürlü adam haqqında işlədilən ifadə.

XAN KEFİNDƏ DOLANMAQ

yaxşı yaşamaq, maddi sıxıntısı olmamaq; ~ kefi fıştırıq çalmaq, kefi doxsan doqquz vurmaq.

XANDAN GƏLMİŞ NÖKƏRƏM, DİNMƏ, DİŞLƏRİNİ TÖKƏRƏM

qabağımda bir adam dura bilməz; səlahiyyəti, gücü, imkanları çox olan, davranışında ölçüləri gözləmə
подробнее

XANGƏLDİYƏ DÖNMƏK

gözlətmək, ləngitmək, gecikdirmək.

XARABA QALMAQ

bax: viran qalmaq.

XARABA QOYMAQ

dağıtmaq, viran etmək, uçurmaq; ~ kor qoymaq, yurduna su calamaq (ələmək), daşı daş üstə qoymamaq, t
подробнее

XARABI ÇIXMAQ

pisləşmək, pislikləri görünmək; ~ zayı çıxmaq.

XASİYYƏTLƏRİ TUTMAQ

yaxşı rəftar etmək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq; ~ yola getmək.