Фразеологический словарь азербайджанского языка

  • XIRMAN DÖYMƏK

    taxılın dənələrini xüsusi alətlərlə sünbüldən ayırmaq.

    Полностью »
  • XIRTDAYA-XIRTDAYA QALMAQ

    bax: kəsilə-kəsilə qalmaq.

    Полностью »
  • XIŞI KÖTÜYƏ İLİŞMƏK

    işləri düz gətirməmək, maneə ilə üzləşmək.

    Полностью »
  • XİDMƏT GÖSTƏRMƏK

    hər hansı bir ehtiyac və tələbatı ödəmək; ~ qulluğunda dayanmaq (durmaq).

    Полностью »
  • XİFFƏT ÇƏKMƏK

    darıxmaq, kədərlənmək; ~ həsrət çəkmək, ürəyi sıxılmaq (qısılmaq), ürəyi qubar eləmək (bağlamaq), qulağı çəkilmək

    Полностью »
  • XİLAF ÇIXMAQ

    vədini, sözünü, əhdini pozmaq; əks mövqedə dayanmaq.

    Полностью »
  • XİRTDƏYƏ ÇIXMAQ

    çox, lap çox, həddən artıq olmaq.

    Полностью »
  • XİRTDƏYƏ YIĞMAQ

    çox incitmək, bezdirmək.

    Полностью »
  • XİRTDƏYİNƏ KEÇMƏK

    mane olmaq, imkan verməmək, incitmək.

    Полностью »
  • XİYAR ƏYRİ BİTİB

    narazılıq, söz-söhbət yarandıqda işlədilən ifadə.

    Полностью »
  • XOF GÖTÜRMƏK

    qorxmaq, xoflanmaq; ~ vahimə basmaq, vahiməyə düşmək.

    Полностью »
  • XOFA SALMAQ

    qorxutmaq, hədələmək, xoflandırmaq.

    Полностью »
  • XOX GƏLMƏK

    qorxutmaq; ~ hədə-qorxu gəlmək.

    Полностью »
  • XORUZ BANLAMASA, SƏHƏR AÇILMAZ?!

    görülən işdə birinin əhəmiyyətini aşağılamaq, onsuz da bu işin həll olunacağını bildirmək məqsədilə işlədilən ifadə

    Полностью »
  • XORUZ BURAXMAQ

    danışıqda və ya musiqi ifasında səhvə, yanlışlığa yol vermək, xaric oxumaq.

    Полностью »
  • XORUZ SƏSİ EŞİTMƏMİŞ

    yeni, çoxunun eşitmədiyi, görmədiyi, bilmədiyi.

    Полностью »
  • XORUZA YÜKLƏMƏK

    müflis etmək, var-yoxunu əlindən almaq, soymaq, talamaq.

    Полностью »
  • XORUZUN QUYRUĞU GÖRÜNMƏK

    yavaş-yavaş aşkara çıxmaq, əsas mətləbi duymaq; ~ cidanın ucu çuvaldan çıxmaq.

    Полностью »
  • XORUZUNU QOLTUĞUNA VERMƏK

    biabırçılıqla məğlub etmək; rüsvayçılıqla qovmaq; ~ şələsini qoltuğuna vermək, papağını qoltuğuna vermək

    Полностью »
  • XOŞ-BEŞ ELƏMƏK

    salamlaşmaq, kefini soruşmaq.

    Полностью »
  • XOŞ GƏLMƏK

    yaxşı təəssürat oyatmaq, bəyənilmək; ~ ürəyə yatmaq, göz oxşamaq.

    Полностью »
  • XOŞA GƏLMƏK

    bəyənilmək, xoş təsir bağışlamaq; ~ ürəyə yatmaq.

    Полностью »
  • XOŞUNA GƏLMƏK

    bəyənmək, istəmək, ürəyincə olmaq; ~ döşünə yatmaq, ürəyinə yatmaq, zövqünə yatmaq, könlünə yatmaq, ürəyi tutmaq, ürəyini oxşamaq, ruhunu oxşamaq, ruh

    Полностью »
  • XÖRƏYİ DEYİL

    bax: yemi deyil.

    Полностью »
  • İBARƏ SATMAQ

    qəliz, mürəkkəb, pafoslu danışmaq.

    Полностью »
  • İBRƏT ALMAQ (GÖTÜRMƏK)

    bir işdən, hadisədən özü üçün nəticə çıxarmaq; ~ dərs almaq (götürmək), gözünə su vermək, öz payını götürmək

    Полностью »
  • İBRƏT DƏRSİ VERMƏK

    həyatı başa salmaq, ağır, xoşagəlməz, pis hadisələrdən nəticə çıxarmağı öyrətmək.

    Полностью »
  • İCAZƏ ALMAQ

    razılıq istəmək.

    Полностью »
  • İCAZƏ VERMƏK

    razı olmaq, etiraz etməmək; ~ izin vermək.

    Полностью »
  • İCTİMAİ GÖZ

    kütləvi informasiya vasitələrinin, ictimai qurumların cəmiyyətdə gedən proseslərə nəzarəti.

    Полностью »
  • İÇ ÜZÜ AÇILMAQ

    mənfi xasiyyəti, əsl siması tanınmaq.

    Полностью »
  • İÇALATINI YANDIRMAQ

    davamlı surətdə alkoqol qəbul etmək, nə gəldi içmək.

    Полностью »
  • İÇƏRİ SALMAQ

    həbs etmək, dustaqxanaya salmaq.

    Полностью »
  • İÇƏRİ VERMƏK

    dərdini gizli saxlamaq, ürəyini heç kəsə açmamaq, dərdini heç kimə bildirməmək; ~ ürəyinə salmaq.

    Полностью »
  • İÇƏRİYƏ ÖTÜRMƏK

    acgözlüklə yemək, tikələri bütöv udmaq.

    Полностью »
  • İÇİ İÇİNİ KƏSMƏK

    daxilən əsəbiləşmək, hədsiz gərgin olmaq, dinə bilməmək; ~ dişi bağırsağını kəsmək.

    Полностью »
  • İÇİ QAN AĞLAMAQ

    daxilən sarsıntı və iztirab keçirmək.

    Полностью »
  • İÇİ OD TUTUB YANMAQ

    dərdini izhar edə bilməmək; ~ içi yanmaq.

    Полностью »
  • İÇİ YANMAQ

    1. Çox susamaq, susuzluqdan dili boğazına çəkilmək; ~ ciyəri yanmaq, dil-dodağı qurumaq.  2. Üzülmək, dərdini izhar edə bilməmək; ~ içi od tutub yanma

    Полностью »
  • İÇİM ÖZÜMÜ YANDIRIR, ÇÖLÜM ÖZGƏNİ

    zahirən xoşbəxt, gülərüz, şən, qayğısız görünən, lakin daxilən əzab çəkən, dərdini heç kimə deyə bilməyən adamın özü haqqında söylədiyi ifadə

    Полностью »
  • İÇİNDƏ İTMƏK

    hədsiz böyük və geniş olmaq; ~ at min, çap.

    Полностью »
  • İÇİNDƏ ÜZMƏK

    bol olmaq, çox olmaq, yaxşı yaşamaq.

    Полностью »
  • İÇİNDƏN KƏSİLMƏK

    bax: içindən qovrulmaq.

    Полностью »
  • İÇİNDƏN QƏNBƏRQULU ÇIXMAQ

    bax: qənbərqulu çıxmaq.

    Полностью »
  • İÇİNDƏN QOVRULMAQ

    acığını, hirsini və ya başqa bir hissini açıb deyə bilmədiyi üçün çox əzab və iztirab keçirmək; ~ içindən kəsilmək

    Полностью »
  • İÇİNƏ İŞLƏMƏK

    çox təsir etmək; ~ dərinə işləmək.

    Полностью »
  • İÇİNƏ QURD DÜŞMƏK

    şübhələnmək, narahat olmaq, həyəcanlanmaq.

    Полностью »
  • İÇİNƏ OD SALMAQ

    son dərəcə narahat etmək; ~ nalı oda qoymaq.

    Полностью »
  • İÇİNƏ SALMAQ

    problemini, dərdini gizli saxlamaq, heç kimə bildirməmək; ~ ürəyinə salmaq, içəri vermək.

    Полностью »
  • İÇİNİ BOŞALTMAQ

    ürəyindən keçənləri demək; ~ ürəyini boşaltmaq.

    Полностью »