Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «Y» – 314
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
YA YE YI YO YU
 

YA KEÇƏL HƏSƏN, YA HƏSƏN KEÇƏL

müqayisə olunan iki şey arasında heç bir fərq olmadığını bildirən ifadə.

YA SƏNƏ VERƏN ALLAH, YA MƏNƏ

açıq mübarizəyə çıxan adamın qarşı tərəfə hədə ilə işlətdiyi ifadə.

YA ZƏLZƏLƏDƏN, YA VƏLVƏLƏDƏN

hadisənin başvermə səbəbinin əhəmiyyətsiz olduğunu bildirən ifadə.

YABA İLƏ DOVĞA İÇMƏK

faydası, səmərəsi olmayan işlə məşğul olmaq; ~ xəlbirlə su daşımaq.

YADA DÜŞMƏK

hafizədə, yaddaşda yenidən canlanmaq, xatırlanmaq.

YADA SALMAQ

xatırlamaq, hafizədə, yaddaşda canlandırmaq; ~ gözünün qabağına gəlmək (gətirmək), göz önünə gətirmə
подробнее

YADA YALAQ, QOHUMA DALAQ

yada, özgəyə yaltaqlıq edərək dosta, qohuma düşmən olan, yaxınlarına arxa çevirən şəxs haqqında işlə
подробнее

YADDA QALMAQ

unudulmamaq; ~ beynində qalmaq, ağlında qalmaq, xatirində qalmaq, tarixə düşmək (yazılmaq).

YADDA SAXLAMAQ

unutmamaq; ~ nəzərdə saxlamaq, ağlında tutmaq, qulağında sırğa etmək (olmaq).

YADDAN ÇIXMAQ

unudulmaq, xatırlanmamaq.

YADDAŞI QISA OLMAQ

ən yaxın dövrün hadisələrini, yaxud iştirakçısı olduğu bir  olayı bilərəkdən təhrif etmək, ən vacib
подробнее

YADDAŞI PAS TUTMAQ (ATMAQ)

heç nə xatırlamamaq; ~ yaddaşını itirmək.

YADDAŞINA YAZMAQ

bax: beyninə həkk etmək (olunmaq).

YADDAŞINI İTİRMƏK

unutmaq, heç nə xatırlamamaq, yada sala bilməmək; ~ yaddaşı pas tutmaq (atmaq).

YADINDAN ÇIXARMAQ

unutmaq, xatırlamamaq; ~ fikrindən çıxmaq, xatirindən çıxmaq, huşundan çıxmaq.

YAĞ-BAL İÇİNDƏ BƏSLƏMƏK

bax: yağ içində böyrək kimi bəsləmək.

YAĞ-BAL İÇİNDƏ BÖYÜMƏK

heç nədən korluq çəkmədən böyümək, uşaqlığı çox yaxşı şəraitdə keçmək.

YAĞ-BAL İÇİNDƏ ÜZMƏK (YAŞAMAQ)

zəngin və firavan yaşamaq, hər şeyi olmaq; ~ süd gölündə üzmək.

YAĞ İÇİNDƏ BƏSLƏMƏK

bax: yağ içində böyrək kimi bəsləmək.

YAĞ İÇİNDƏ BÖYRƏK KİMİ BƏSLƏMƏK

naz-nemət içində böyütmək, hərtərəfli qayğısına qalmaq, korluq çəkməyə qoymamaq; ~ ovcunun içində sa
подробнее