Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «Z» – 82
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
ZA ZE ZI ZO ZU
 

ZAĞ-ZAĞ ƏSMƏK

bərk qorxmaq.

ZALIMIN ZALIMI OLMAQ

fağır adamları incidən əzazil və ədalətsiz adamın qənimi olmaq, belələrini cəzalandırmaq.

ZAMANIN NƏBZİNİ TUTMAQ

cəmiyyətin, dövrün tələblərinə uyğunlaşmaq, gözüaçıq olmaq; ~ həyatın nəbzini tutmaq, zamanla ayaqla
подробнее

ZAMANIN SINAĞINDAN ÇIXMAQ

əsrlərdən keçib bu günə çatmaq, əbədi dəyərə çevrilmək.

ZAMANLA AYAQLAŞMAQ

müasirləşmək, yeniləşmək, həyatın tələblərinə uyğunlaşmaq; ~ zamanın nəbzini tutmaq, həyatın nəbzini
подробнее

ZARA GƏLMƏK

bezmək, usanmaq; ~ təngə gəlmək, boğaza yığılmaq, qan ağlamaq, zinhara gəlmək.

ZARA GƏTİRMƏK

bezdirmək; ~ boğaza yığmaq, təngə gətirmək, zəhlə aparmaq (tökmək).

ZARAFAT GƏLMƏSİN

işin ciddiliyini, hadisənin böyüklüyünü vurğulamaq məqsədilə işlədilən ifadə.

ZARAFATA SALMAQ

müəyyən bir fikri, istək və ya niyyəti yumorla, eyhamla, üstüörtülü şəkildə eşitdirmək.

ZAVAL GÖRMƏMƏK

sağ-salamat qalmaq, salamat olmaq, heç bir bəlaya düçar olmamaq; zərər görməmək.

ZAVALA GƏLMƏK

bədbəxtliyə düçar olmaq, xətər toxunmaq, məhv olmaq.

ZAVALA GƏLMƏMƏK

qəzaya, bədbəxtliyə düçar olmamaq, məhv olmamaq.

ZAYI ÇIXMAQ

xarab olmaq, korlanmaq, pisliyə doğru dəyişmək; ~ xarabı çıxmaq, xatası çıxmaq.

ZAYINI ÇIXARMAQ

xarab etmək, korlamaq, pozmaq.

ZEHNİ AÇILMAQ

düşünmə qabiliyyəti yaxşılaşmaq, beyni dincəlmək, rahatlaşmaq.

ZEHNİ TUTULMAQ

fikrini bir yerə toplaya bilməmək; düşünmə qabiliyyətini itirmək, fikirləşə bilməmək.

ZƏHƏR TULUĞU

həddən artıq acıdil, ətiacı və kobud adam; ~ əzvay tuluğu.

ZƏHƏRİ DİLİNDƏ OLMAQ

acıdil və söyüşkən olmaq.

ZƏHƏRİNİ TÖKMƏK

hirslənib acı sözlər demək, başqalarını acılamaq; ~ dişinin dibindən çıxanı demək.

ZƏHLƏ APARMAQ (TÖKMƏK)

bezdirmək, usandırmaq, narahat etmək, yormaq, dəng etmək; ~ təngə gətirmək, zara gətirmək, baş aparm
подробнее