Фразеологический словарь азербайджанского языка

  • İZ AÇMAQ

    yeri qalmaq, özündən sonra əlaməti qalmaq.

    Полностью »
  • İZ AZDIRMAQ

    əsas məsələdən, mətləbdən, fikirdən yayındırmaq, uzaqlaşdırmaq; ~ dağa-daşa salmaq, qafiyə dəyişmək

    Полностью »
  • İZ BURAXMAQ (QOYMAQ)

    güclü təsiri olmaq.

    Полностью »
  • İZƏ DÜŞMƏK

    bir olayla bağlı ilkin və vacib məlumatları öyrənərək axtarışlara başlamaq, araşdırma aparmaq.

    Полностью »
  • İZİ İTİRMƏK

    ört-basdır eləmək, gizlətmək, hədəfdən yayındırmaq.

    Полностью »
  • İZİ-TOZU QALMAMAQ

    heç bir əlaməti, izi, nişanəsi qalmamaq; ~ yoxa çıxmaq.

    Полностью »
  • İZİN VERMƏK

    razı olmaq; ~ icazə vermək.

    Полностью »
  • İZİNİ-TOZUNU İTİRMƏK

    bir şeydən, hadisədən heç bir iz, əsər-əlamət qoymamaq; tamamilə yox etmək, məhv etmək.

    Полностью »
  • İZİNİ TUTMAQ

    izi ilə getmək, təqib etmək.

    Полностью »
  • İZTİRAB ÇƏKMƏK (KEÇİRMƏK)

    mənəvi əzab çəkmək, narahat olmaq; ~ ürəyi qan ağlamaq, ürəyi qubar eləmək (bağlamaq), ürəyi od tutub yanmaq, ürəyi parça-parça olmaq, ürəyindən daş a

    Полностью »
  • İZTİRAB VERMƏK

    həddən artıq kədərləndirmək, kədərlənməsinə səbəb olmaq; ~ bağrını qan eləmək, bağrını qana döndərmək, ürəyinə dağ çəkmək (basmaq)

    Полностью »
  • KAĞIZ ÜZƏRİNDƏ QALMAQ

    əməl olunmamaq, reallaşmamaq, yerinə yetirilməmək; ~ havada qalmaq.

    Полностью »
  • KAĞIZI QARA YAZILMAQ

    gənc yaşında ölmək, həyatdan nakam köçmək.

    Полностью »
  • KAİNATINA ÇIXMAQ (ÇATMAQ)

    bir işin axırına çıxmaq, bir şeyi axıra kimi öyrənmək, dəqiqləşdirmək, aydınlaşdırmaq; ~ kökünə çatmaq (yetmək)

    Полностью »
  • KAL ARMUD

    yarımçıq, qeyri-yetkin, bişməmiş, çiy adam.

    Полностью »
  • KAM ALMAQ

    məqsədinə çatmaq, istək və arzusuna nail olmaq; ~ murad almaq.

    Полностью »
  • KAMALA ÇATMAQ (YETMƏK)

    kamilləşmək, zəkalı olmaq, yetkinləşmək; ~ ərsəyə  çatmaq (yetmək).

    Полностью »
  • KAMERAYA DÜŞMƏK

    bax: radara düşmək.

    Полностью »
  • KAMINA ÇƏKMƏK

    udmaq (adətən, nağıllarda əjdahaya aid edilən ifadə).

    Полностью »
  • KANDARI YAĞIR ELƏMƏK

    bir yerə hədsiz çox gedib-gəlmək.

    Полностью »
  • KANDARINA AYAQ BASMAMAQ

    bir yerə gedib-gəlməmək, qapısını açmamaq, uzaq gəzmək, həndəvərinə getməmək; ~ kənar gəzmək (dolanmaq)

    Полностью »
  • KAR AŞMAMAQ

    faydası, xeyri olmamaq, bir işə yaramamaq.

    Полностью »
  • KAR SALMAQ

    təsir etmək, getdikcə təsirini göstərmək.

    Полностью »
  • KARA GƏLMƏK (YETMƏK)

    bax: karına gəlmək.

    Полностью »
  • KARDAN DÜŞMƏK

    yararsız hala gəlmək, effekti olmamaq; qocalmaq, zəifləmək; ~ heydən düşmək, zırdan düşmək.

    Полностью »
  • KARIN KÖNLÜNDƏKİ

    şəraitdən asılı olmayaraq yalnız əvvəlcədən öz beynində tutduğu niyyət barədə düşünən, buna uyğun danışan və hərəkət edən insanlar haqqında işlədilən

    Полностью »
  • KARINA GƏLMƏK

    gərəkli, yararlı olmaq, köməyi, xeyri dəymək; ~ işə yaramaq.

    Полностью »
  • KARVAN BAĞLAMAQ

    sıraya düzülmək, dəstə düzəltmək.

    Полностью »
  • KARVAN YÜKÜNÜ MƏNZİLƏ ÇATDIRMAQ

    yaşlanmaq, qocalmaq, bir ömür yaşamaq.

    Полностью »
  • KASIBLIĞIN DAŞINI ATMAQ

    varlanmaq, qazanc əldə etmək, kasıblıqdan qurtulmaq; ~ ehtiyacdan çıxmaq, ehtiyacdan qurtarmaq.

    Полностью »
  • KASIBLIĞIN ÜZÜ QARA OLSUN

    imkansızlıq, yoxsulluq və ehtiyac içərisində yaşamağı bildirmək üçün işlədilən ifadə.

    Полностью »
  • KEÇƏL BAŞDA DƏLLƏKLİK ÖYRƏNMƏK

    mənasız, nəticəsi olmayan faydasız işlə məşğul olmaq.

    Полностью »
  • KEÇƏL HALVA YEYƏR, PULUNA MİNNƏT

    rəva bilinmədiyi halda nəyi isə öz vəsaiti hesabına əldə edən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • KEÇƏL SUYA GETMƏZ

    “məni heç cür aldada bilməzsən”, “razılaşmaram” mənasında işlədilən ifadə.

    Полностью »
  • KEÇİ AĞACA ÇIXANDA

    heç vaxt; ~ dəvənin quyruğu yerə dəyəndə, qum göyərəndə.

    Полностью »
  • KEÇİ CAN HAYINDA, QƏSSAB PİY AXTARIR

    çətin vəziyyətə düşmüş adamdan bir şey istəyərkən işlədilən ifadə; ~ mən nə haydayam, sən nə hayda.

    Полностью »
  • KEÇİ QİYMƏTİNƏ SATMAQ

    1. Bir şeyi dəyər-dəyməzinə, çox ucuz qiymətə satmaq.  2. Yaxın adamına, mənsub olduğu düşərgəyə xəyanət etmək

    Полностью »
  • KEÇİLƏRİ DAĞILMAQ

    qəzəbi, hirsi soyumaq; ~ cini yatmaq.

    Полностью »
  • KEÇİLƏRİ GƏLMƏK

    birdən-birə kefi pozulmaq, hər şeydən qıcıqlanmaq, əsəbi və gərgin olmaq.

    Полностью »
  • KEÇİLƏRİ SUDAN KEÇİRTMƏK

    bir bəlanın içindən qəzasız, itkisiz qurtulmaq.

    Полностью »
  • KEÇİNİ BOSTANA BURAXMAQ

    zərər vurmaq, sıradan çıxarmaq, korlamaq; acgözlük etmək, əlinə keçəni qamarlamaq.

    Полностью »
  • KEÇİNİ KEÇİ, QOYUNU QOYUN AYAĞINDAN ASMAQ

    hərəni öz əməlinə, işinə görə qiymətləndirmək.

    Полностью »
  • KEÇİNİN BUYNUZU ÇATLAYIR

    havanın hədsiz dərəcədə soyuq, şaxtalı olduğunu bildirən ifadə.

    Полностью »
  • KEÇMİŞİ QURDALAMAQ

    nə vaxtsa olmuş, yaddan çıxmış bir hadisəni, xüsusən  nöqsanları axtarıb araşdırmaq; ~ köhnə küllükləri eşələmək, köhnə palan içi sökmək (eşmək)

    Полностью »
  • KEF ÇƏKMƏK

    vaxtını əyləncələrə, içki məclislərinə, eyş-işrətə sərf etmək, dərd-qəmdən uzaq olmaq; ~ kefini sürmək

    Полностью »
  • KEF VERMƏK

    nəşələndirmək, şənləndirmək, əyləndirmək.

    Полностью »
  • KEFİ AÇILMAQ

    şadlanmaq, əhvalı yaxşılaşmaq; ~ aynası açılmaq, könlü açılmaq, kefi alçı durmaq, kefi durmaq (gəlmək), kefi kökəlmək, nəşəsi durulmaq

    Полностью »
  • KEFİ ALA BULUDA QALXMAQ

    bax: kefi doxsan doqquz vurmaq.

    Полностью »
  • KEFİ ALÇI DURMAQ

    bax: kefi doxsan doqquz vurmaq.

    Полностью »
  • KEFİ DOXSAN DOQQUZ VURMAQ

    şadlanmaq, əhvalı yüksəlmək, əhvali-ruhiyyəsi yüksək səviyyəyə çatmaq; ~ kefi ala buluda qalxmaq, kefi durmaq (gəlmək), kefi kökəlmək, kefi fıştırıq ç

    Полностью »