Фразеологический словарь азербайджанского языка

  • ŞEYPUR ÇALMAQ

    hər hansı hərəkət və s.-ni şişirtmək, haqqında pis danışmaq, geniş məlumat yaymaq; ~ hay-küy salmaq, zur-düdük eləmək

    Полностью »
  • ŞEYPURU GEN BAŞINDAN ÇALMAQ

    dan. işi tərsinə, baş-ayaq görmək, işin çəmini, qaydasını bilməmək.

    Полностью »
  • ŞEYTAN BARMAĞI

    mərdimazar, araqızışdıran, bədniyyət adamın müdaxiləsi, pis niyyət, məkr.

    Полностью »
  • ŞEYTAN ƏMƏLİ

    lazımınca dərk olunmayan, insanın heyrətləndiyi və qorxu duyduğu texnoloji vasitə, ixtira və s.

    Полностью »
  • ŞEYTAN QULAĞI KAR OLSUN

    yaxşı gedən işin pozulacağından ehtiyat edərkən və yaxud arzu edilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə; ~ göz dəyməsin, qulaqlar

    Полностью »
  • ŞEYTAN YOLDAN ÇIXARIB

    yanlış və təhlükəli yola düşmüş, yolunu azmış adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ŞEYTAN YOLUNA DÜŞMƏK

    pis işlərə qurşanmaq, şərə xidmət etmək, şeytanın sözünə qulaq asmaq; ~ yolunu azmaq, günaha batmaq.

    Полностью »
  • ŞEYTAN YUVASI

    pislik edən, şər işlərlə məşğul olan yaramaz adamların toplaşdığı yer; insanlarda  qorxu və vahimə yaradan, yaramazlıqlar törədən qurum, təşkilat haqq

    Полностью »
  • ŞEYTANA BAC VERMƏMƏK

    bax: şeytana papış tikmək.

    Полностью »
  • ŞEYTANA KƏLƏK (KƏF) GƏLMƏK

    bax: şeytana papış tikmək.

    Полностью »
  • ŞEYTANA PAPIŞ TİKMƏK

    çoxbilmiş, hiyləgər, fırıldaqçı olmaq; ~ şeytana bac verməmək, şeytana kələk (kəf) gəlmək.

    Полностью »
  • ŞEYTANA PAPIŞI TƏRS GEYDİRMƏK

    son dərəcə bacarıqlı, ayıq, zirək, gözüaçıq olmaq; ~ şeytana papış tikmək.

    Полностью »
  • ŞEYTANIN AYAĞINI (QIÇINI) SINDIRMAQ

    bir yerə uzun müddətdən sonra baş çəkmək, çoxdan görmədiyi adamları yoluxmaq.

    Полностью »
  • ŞEYTANIN DA AĞLINA GƏLMƏZ

    xəyala gəlməyən, heyrət, təəccüb doğuran iş, hərəkət haqqında işlədilən ifadə.

    Полностью »
  • ŞEYTANIN ƏLİ ÜZÜNDƏ QALIB

    birisinin ağlasığmaz, əcaib bir əməli ilə bağlı işlədilən ifadə.

    Полностью »
  • ŞEYTANIN SÖZÜNƏ QULAQ ASMAQ

    pis fikrə, niyyətə düşmək.

    Полностью »
  • ŞƏBƏDƏ QOŞMAQ

    bax: şər-şəbədə qoşmaq.

    Полностью »
  • ŞƏFA TAPMAQ

    sağalmaq, xəstəlikdən qurtulmaq.

    Полностью »
  • ŞƏFA VERMƏK

    sağaltmaq, ağrı-acısını azaltmaq.

    Полностью »
  • ŞƏHADƏTƏ YETİŞMƏK

    şəhid olmaq, müqəddəs əməllər uğrunda həlak olmaq.

    Полностью »
  • ŞƏKK GƏTİRMƏK

    inanmamaq, şübhə ilə yanaşmaq.

    Полностью »
  • ŞƏKKƏ DÜŞMƏK

    bax: şübhəyə düşmək.

    Полностью »
  • ŞƏKKƏ SALMAQ

    bax: şübhəyə salmaq.

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ BAYIRA ATMAQ

    bax: şələ-küləsini qoltuğuna vermək.

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ QOLTUĞUNA VERMƏK

    qovmaq, kimisə vəzifədən, işdən, oturduğu yerdən uzaqlaşdırmaq, çıxarmaq; ~ şələ-küləsini bayıra atmaq, mitilini bayıra atmaq, xoruzunu qoltuğuna verm

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ YIĞIŞDIRMAQ

    getməyə, tərk etməyə hazırlaşmaq; nəyi varsa yığışdırıb özü ilə aparmaq.

    Полностью »
  • ŞƏLƏ LƏLƏNİ BASIB

    ikincidərəcəli məqamların əsas mahiyyəti, əhəmiyyətsiz, xırda adamların dəyəri olanları haqsız yerə üstələdiyini bildirən ifadə

    Полностью »
  • ŞƏLƏNİ QOY, GƏL DALAŞAQ

    bir səbəb olmadan dalaşmağa can atan, öcəşən adam haqqında işlədilən ifadə. 

    Полностью »
  • ŞƏLƏSİNİ QOLTUĞUNA VERMƏK

    bax: şələ-küləsini qoltuğuna vermək.

    Полностью »
  • ŞƏLƏSİNİ SUDAN ÇIXARMAQ

    bax: çulunu sudan çıxarmaq.

    Полностью »
  • ŞƏLƏSİNİ TUTMAQ

    bax: yükünü tutmaq (bağlamaq).

    Полностью »
  • ŞƏLTƏSİ ÇIXMAQ

    qocalmaq, yaşlanıb əldən düşmək, zəifləmək.

    Полностью »
  • ŞƏLTƏSİ İŞLƏMƏMƏK

    kələyi, fırıldağı, hiyləsi baş tutmamaq, keçməmək.

    Полностью »
  • ŞƏNİNƏ DƏYMƏK

    özünü alçaldılmış hiss etmək; ~ qüruruna toxunmaq.

    Полностью »
  • ŞƏNİNƏ TOXUNMAQ

    bax: şəninə dəymək.

    Полностью »
  • ŞƏR ATMAQ

    kimisə haqsız yerə, qəsdən günahlandırmaq, ləkələmək, yalan danışmaq; ~ qara yaxmaq, böhtan atmaq.

    Полностью »
  • ŞƏR QARIŞMAQ

    hava tədricən qaralmaq, toranlıq düşmək, qaranlıq düşmək.

    Полностью »
  • ŞƏR-ŞƏBƏDƏ QOŞMAQ

    kiminsə haqqında haqsız yerə söz-söhbət, mənfi rəy yaratmaq, iftira söyləmək; ~ şər atmaq.

    Полностью »
  • ŞƏRƏ DÜŞMƏK

    səhvən, haqsız yerə günahlandırılmaq, nahaq yerə qana düşmək.

    Полностью »
  • ŞƏRƏ SALMAQ

    günahsız yerə kimisə dolaşıq, mübahisəli bir işə qatmaq, ilişdirmək; ~ başına bəla açmaq (gətirmək), işə salmaq, qanını üstünə salmaq

    Полностью »
  • ŞƏRT KƏSMƏK

    hansısa işə başlamazdan əvvəl münasibət və davranışların çərçivəsini razılaşdırmaq, uzlaşmaq; ~ şərti şumda kəsmək, söz kəsmək

    Полностью »
  • ŞƏRTİ ŞUMDA KƏSMƏK

    sonradan mübahisə, anlaşılmazlıq olmaması üçün qabaqcadan razılığa gəlmək, bütün şərtləri müəyyənləşdirmək; ~ şərt kəsmək

    Полностью »
  • ŞƏSTİNİ SINDIRMAMAQ

    pərtliyini büruzə verməmək, qürurunu sındırmamaq, başqasının yanında alçalmamaq; ~ özünü sındırmamaq

    Полностью »
  • ŞİLLƏ İLƏ ÜZ QIZARTMAQ

    bax: şapalaqla üz qızartmaq.

    Полностью »
  • ... ŞİNELİNDƏN ÇIXMAQ

    məktəbini keçmək, təsiri ilə formalaşmaq.

    Полностью »
  • ŞİR GÜCƏNDİ SİÇAN DOĞDU

    imkanı, gücü çox olan birisinin uzun sükutdan sonra zəif və əhəmiyyətsiz bir şeylə ortaya çıxmasına münasibət bildirən ifadə

    Полностью »
  • ŞİR ÜRƏYİ YEMƏK

    cəsur, mərd və qorxmaz olmaq.

    Полностью »
  • ŞİRƏ ÇƏKMƏK

    şənlənmək, feyzyab olmaq; ~ ləzzət almaq, zövq almaq.

    Полностью »
  • ŞİRİN CANA QƏSD ELƏMƏK

    əzab-əziyyətə qatlaşmaq, həddindən artıq çalışmaq; ~ canına cəfa basmaq.

    Полностью »
  • ŞİRİNÇAY ELƏMƏK

    dan. hər hansı işdə ifrata varmaq, artıq hərəkət etmək; ~ şitini çıxarmaq.

    Полностью »