Фразеологический словарь азербайджанского языка

  • ŞƏBƏDƏ QOŞMAQ

    bax: şər-şəbədə qoşmaq.

    Полностью »
  • ŞƏFA TAPMAQ

    sağalmaq, xəstəlikdən qurtulmaq.

    Полностью »
  • ŞƏFA VERMƏK

    sağaltmaq, ağrı-acısını azaltmaq.

    Полностью »
  • ŞƏHADƏTƏ YETİŞMƏK

    şəhid olmaq, müqəddəs əməllər uğrunda həlak olmaq.

    Полностью »
  • ŞƏKK GƏTİRMƏK

    inanmamaq, şübhə ilə yanaşmaq.

    Полностью »
  • ŞƏKKƏ DÜŞMƏK

    bax: şübhəyə düşmək.

    Полностью »
  • ŞƏKKƏ SALMAQ

    bax: şübhəyə salmaq.

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ BAYIRA ATMAQ

    bax: şələ-küləsini qoltuğuna vermək.

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ QOLTUĞUNA VERMƏK

    qovmaq, kimisə vəzifədən, işdən, oturduğu yerdən uzaqlaşdırmaq, çıxarmaq; ~ şələ-küləsini bayıra atmaq, mitilini bayıra atmaq, xoruzunu qoltuğuna verm

    Полностью »
  • ŞƏLƏ-KÜLƏSİNİ YIĞIŞDIRMAQ

    getməyə, tərk etməyə hazırlaşmaq; nəyi varsa yığışdırıb özü ilə aparmaq.

    Полностью »
  • ŞƏLƏ LƏLƏNİ BASIB

    ikincidərəcəli məqamların əsas mahiyyəti, əhəmiyyətsiz, xırda adamların dəyəri olanları haqsız yerə üstələdiyini bildirən ifadə

    Полностью »
  • ŞƏLƏNİ QOY, GƏL DALAŞAQ

    bir səbəb olmadan dalaşmağa can atan, öcəşən adam haqqında işlədilən ifadə. 

    Полностью »
  • ŞƏLƏSİNİ QOLTUĞUNA VERMƏK

    bax: şələ-küləsini qoltuğuna vermək.

    Полностью »
  • ŞƏLƏSİNİ SUDAN ÇIXARMAQ

    bax: çulunu sudan çıxarmaq.

    Полностью »
  • ŞƏLƏSİNİ TUTMAQ

    bax: yükünü tutmaq (bağlamaq).

    Полностью »
  • ŞƏLTƏSİ ÇIXMAQ

    qocalmaq, yaşlanıb əldən düşmək, zəifləmək.

    Полностью »
  • ŞƏLTƏSİ İŞLƏMƏMƏK

    kələyi, fırıldağı, hiyləsi baş tutmamaq, keçməmək.

    Полностью »
  • ŞƏNİNƏ DƏYMƏK

    özünü alçaldılmış hiss etmək; ~ qüruruna toxunmaq.

    Полностью »
  • ŞƏNİNƏ TOXUNMAQ

    bax: şəninə dəymək.

    Полностью »
  • ŞƏR ATMAQ

    kimisə haqsız yerə, qəsdən günahlandırmaq, ləkələmək, yalan danışmaq; ~ qara yaxmaq, böhtan atmaq.

    Полностью »
  • ŞƏR QARIŞMAQ

    hava tədricən qaralmaq, toranlıq düşmək, qaranlıq düşmək.

    Полностью »
  • ŞƏR-ŞƏBƏDƏ QOŞMAQ

    kiminsə haqqında haqsız yerə söz-söhbət, mənfi rəy yaratmaq, iftira söyləmək; ~ şər atmaq.

    Полностью »
  • ŞƏRƏ DÜŞMƏK

    səhvən, haqsız yerə günahlandırılmaq, nahaq yerə qana düşmək.

    Полностью »
  • ŞƏRƏ SALMAQ

    günahsız yerə kimisə dolaşıq, mübahisəli bir işə qatmaq, ilişdirmək; ~ başına bəla açmaq (gətirmək), işə salmaq, qanını üstünə salmaq

    Полностью »
  • ŞƏRT KƏSMƏK

    hansısa işə başlamazdan əvvəl münasibət və davranışların çərçivəsini razılaşdırmaq, uzlaşmaq; ~ şərti şumda kəsmək, söz kəsmək

    Полностью »
  • ŞƏRTİ ŞUMDA KƏSMƏK

    sonradan mübahisə, anlaşılmazlıq olmaması üçün qabaqcadan razılığa gəlmək, bütün şərtləri müəyyənləşdirmək; ~ şərt kəsmək

    Полностью »
  • ŞƏSTİNİ SINDIRMAMAQ

    pərtliyini büruzə verməmək, qürurunu sındırmamaq, başqasının yanında alçalmamaq; ~ özünü sındırmamaq

    Полностью »
  • ŞİLLƏ İLƏ ÜZ QIZARTMAQ

    bax: şapalaqla üz qızartmaq.

    Полностью »
  • ... ŞİNELİNDƏN ÇIXMAQ

    məktəbini keçmək, təsiri ilə formalaşmaq.

    Полностью »
  • ŞİR GÜCƏNDİ SİÇAN DOĞDU

    imkanı, gücü çox olan birisinin uzun sükutdan sonra zəif və əhəmiyyətsiz bir şeylə ortaya çıxmasına münasibət bildirən ifadə

    Полностью »
  • ŞİR ÜRƏYİ YEMƏK

    cəsur, mərd və qorxmaz olmaq.

    Полностью »
  • ŞİRƏ ÇƏKMƏK

    şənlənmək, feyzyab olmaq; ~ ləzzət almaq, zövq almaq.

    Полностью »
  • ŞİRİN CANA QƏSD ELƏMƏK

    əzab-əziyyətə qatlaşmaq, həddindən artıq çalışmaq; ~ canına cəfa basmaq.

    Полностью »
  • ŞİRİNÇAY ELƏMƏK

    dan. hər hansı işdə ifrata varmaq, artıq hərəkət etmək; ~ şitini çıxarmaq.

    Полностью »
  • ŞİŞƏ ÇƏKMƏK

    çox incitmək, davamlı əziyyət vermək, sərt cəzalandırmaq; ~ ətini şişə çəkmək, şişə taxmaq.

    Полностью »
  • ŞİŞƏ TAXMAQ

    bax: şişə çəkmək.

    Полностью »
  • ŞİTİ ÇIXMAQ

    hədsiz bayağı, yersiz görünmək; ~ həddini aşmaq, ifrata varmaq.

    Полностью »
  • ŞİTİNİ ÇIXARMAQ

    öz hərəkətlərinə sərhəd qoymamaq, hədd-hüdud bilməmək; ~ ağ eləmək, ağını çıxarmaq, ifrata varmaq, həddini aşmaq

    Полностью »
  • ŞİTİNİ-ŞORUNU ÇIXARMAQ

    bax: şitini çıxarmaq.

    Полностью »
  • ŞİVƏN QOPARMAQ (SALMAQ)

    bərk ağlamaq, fəryad, fəğan etmək, üz-gözünü cırmaq; ~ nalə çəkmək, özünə əl qatmaq, yeddi yaylıq götürüb ağlamaq

    Полностью »
  • ŞOKA DÜŞMƏK

    hədsiz dərəcədə qorxmaq; hədsiz təəccüblənmək, heyrətlənmək.

    Полностью »
  • ŞOR QİYMƏTİNƏ

    çox ucuz; ~ su qiymətinə.

    Полностью »
  • ŞORBA QIZDIRMAQ

    yaltaqlanmaq, yarınmaq; ~ özünü gözə soxmaq.

    Полностью »
  • ŞULUQ SALMAQ

    nizam-intizamı, sakitliyi pozmaq, nadinclik etmək, cığallıq etmək; ~ ara qarışdırmaq.

    Полностью »
  • ŞUNQURUQ QOŞMAQ

    kiminsə ünvanına xoşagəlməz söz-söhbət yaymaq; ~ vedrə bağlamaq, süpürgə bağlamaq, şər-şəbədə qoşmaq

    Полностью »
  • ŞÜBHƏ ALTINA ALMAQ

    şübhə ilə yanaşmaq, doğruluğuna, səmimiyyətinə inanmamaq, şəkk etmək, şübhələnmək.

    Полностью »
  • ŞÜBHƏYƏ DÜŞMƏK

    şübhələnmək, etibarı itmək; ~ şəkkə düşmək.

    Полностью »
  • ŞÜBHƏYƏ SALMAQ

    şübhə yaratmaq, şübhələndirmək; ~ şəkkə salmaq.

    Полностью »
  • TAB GƏTİRMƏK

    dözmək, tablaşmaq; ~ davam gətirmək, duruş gətirmək.

    Полностью »
  • TABAQ ... BAŞINDA ÇATLADI

    bax: çanaq ... başında çatladı.

    Полностью »