Фразеологический словарь азербайджанского языка

  • ƏSAS VERMƏK

    səbəb olmaq, hər hansı davranışa rəvac vermək.

    Полностью »
  • ƏSASINI QOYMAQ

    bünövrəsini, özülünü, təməlini qoymaq; təsis etmək, yaratmaq, banisi olmaq; ~ cığır açmaq.

    Полностью »
  • ƏSƏBLƏRƏ SU ÇİLƏMƏK

    sakitləşdirmək, gərginliyi aradan qaldırmaq.

    Полностью »
  • ƏSƏBLƏRİ İLƏ OYNAMAQ

    hirsləndirmək, əsəbiləşdirmək, əsəbiləşməsinə səbəb olmaq; ~ əsəblərinə toxunmaq.

    Полностью »
  • ƏSƏBLƏRİ TARIMA ÇƏKİLMƏK

    son dərəcə əsəbi və gərgin olmaq, hər şeydən tez hirslənmək, qıcıqlanmaq.

    Полностью »
  • ƏSƏBLƏRİNƏ TOXUNMAQ

    bax: əsəbləri ilə oynamaq.

    Полностью »
  • ƏSƏBLƏRİNİ KORLAMAQ

    əsəbiləşdirmək, qıcıqlandırmaq, hiddətləndirmək.

    Полностью »
  • ƏSƏRİ GƏLMƏK

    1. Xəstəliyin əlamətləri görünmək, üzə çıxmaq, titrətmək.  2. Orqanizmi tələb etmək; ~ dəmi gəlmək, havası gəlmək

    Полностью »
  • ƏSGİSİ TÜSTÜLÜ OLMAQ

    əsassız olaraq adı pis çıxmaq.

    Полностью »
  • ƏSİRİ OLMAQ

    bir şeyin hədsiz dərəcədə vurğunu, düşkünü olmaq.

    Полностью »
  • ƏSKİK ÇIXARMAQ

    müəyyən olan miqdardan az hesab etmək.

    Полностью »
  • ƏSKİK OLMAYASAN

    xeyirxah, nəcib və dəyərli adama müraciətlə “həmişə var olasan” mənasında deyilən ifadə.

    Полностью »
  • ƏSKİKLİK GƏTİRMƏK

    alçaltmaq, eyib olmaq.

    Полностью »
  • ƏSKİYİ ÇIXMAQ

    işində, haqq-hesabında kəmliyi, çatışmazlığı olmaq.

    Полностью »
  • ƏT BAĞLAMAQ

    1. Kökəlmək.  2. Yarası sağalmaq.

    Полностью »
  • ƏT BASMAQ

    çox kökəlmək, ətlənmək; ~ piy basmaq.

    Полностью »
  • ƏT TÖKMƏK

    1. Çox arıqlamaq, zəifləmək.  2. Utanmaq; ~ xəcalət çəkmək.

    Полностью »
  • ƏT-YAĞ İÇİNDƏ BÖYÜMƏK

    hər cəhətdən təmin olunmaq, korluq çəkməmək, pis gün görməmək, çətinlik çəkməmək.

    Полностью »
  • ƏTALƏT BASMAQ

    işləməyə, hərəkət etməyə həvəsi olmamaq, tənbəllik etmək.

    Полностью »
  • ƏTDƏN ÇƏPƏR ÇƏKMƏK

    yan-yana düzülərək yolu kəsmək, sədd yaratmaq; ~ ətdən sipər çəkmək.

    Полностью »
  • ƏTDƏN DÜŞMƏK

    arıqlamaq, zəifləmək.

    Полностью »
  • ƏTDƏN SİPƏR ÇƏKMƏK

    bax: ətdən çəpər çəkmək.

    Полностью »
  • ƏTƏ-CANA GƏLMƏK

    bax: ətə-qana dolmaq.

    Полностью »
  • ƏTƏ-QANA DOLMAQ

    kökəlmək, yaxşılaşmaq; ~ ətə-cana gəlmək, göbək bağlamaq, ətə-qana gəlmək.

    Полностью »
  • ƏTƏ-QANA GƏLMƏK

    bax: ətə-qana dolmaq.

    Полностью »
  • ƏTƏK ALTDAN

    xəlvəti, gizli.

    Полностью »
  • ƏTƏKDƏ DAŞ SAXLAMAQ

    davaya, döyüşə hazır olmaq, tədbirli olmaq.

    Полностью »
  • ƏTƏYİ BELİNDƏ OLMAQ

    işə, işləməyə hazır olmaq.

    Полностью »
  • ƏTƏYİ ƏLƏ VERMƏMƏK

    tutulmamaq; ~ yaxasını ələ verməmək, quyruq ələ verməmək.

    Полностью »
  • ƏTƏYİNDƏ NAMAZ QILMAQ

    saf, təmiz və dürüst insanlar haqqında işlədilən ifadə.

    Полностью »
  • ƏTƏYİNDƏN TUTMAQ

    bax: ətəyindən yapışmaq.

    Полностью »
  • ƏTƏYİNDƏN YAPIŞMAQ

    1. Yalvarmaq, kömək istəmək.  2. Günahkar hesab etmək.

    Полностью »
  • ƏTƏYİNƏ BAĞLAYIB SAXLAMAQ

    buraxmamaq, gözünün qabağından ayırmamaq.

    Полностью »
  • ƏTƏYİNƏ QOZ TÖKÜB BAŞINA QAPAZ VURMAQ

    özünü xeyirxah göstərib altdan-altdan pislik etmək; ~ ovcuna qoz töküb başına qapaz vurmaq, ətəyinə qoz töküb başını yarmaq

    Полностью »
  • ƏTƏYİNƏ QOZ TÖKÜB BAŞINI YARMAQ

    bax: ətəyinə qoz töküb başına qapaz vurmaq.

    Полностью »
  • ƏTƏYİNİ ƏLDƏN BURAXMAMAQ (QOYMAMAQ)

    işini həll etmək, istəyinə nail olmaq üçün kimdənsə əl çəkməmək, bezdirmək, usandırmaq.

    Полностью »
  • ƏTİ ÇİMÇİŞMƏK

    bax: əti ürpəşmək.

    Полностью »
  • ƏTİ TÖKÜLMƏK

    xoşagəlməz bir hərəkətdən, işdən, hadisədən xəcalət çəkmək, utanıb-qızarmaq.

    Полностью »
  • ƏTİ ÜRPƏŞMƏK

    iyrənmək, diksinmək; həyəcandan və s. səbəbdən tükləri biz-biz durmaq; ~ əti çimçişmək.

    Полностью »
  • ƏTİN TÖKÜLSÜN

    yerinə düşməyən söz və ya hərəkətlə bağlı işlədilən ifadə.

    Полностью »
  • ƏTİNİ AŞIQCA, QANINI QAŞIQCA ETMƏK

    çox əzab vermək, öldürmək.

    Полностью »
  • ƏTİNİ DİDMƏK (YEMƏK)

    çox əziyyət vermək, çox incitmək; ~ ətini kəsmək, ətini şişə çəkmək, şişə çəkmək.

    Полностью »
  • ƏTİNİ KƏSMƏK

    bax: ətini didmək (yemək).

    Полностью »
  • ƏTİNİ QİYMƏ ÇƏKMƏK

    cəzalandırmaq; ~ hədə-qorxu gəlmək.

    Полностью »
  • ƏTİNİ ŞİŞƏ ÇƏKMƏK

    bax: şişə çəkmək.

    Полностью »
  • ƏTLƏ DIRNAQ ARASINA GİRMƏK

    bax: dırnaqla ətin arasına girmək.

    Полностью »
  • ƏTLƏ DIRNAQ KİMİ

    yaxın dost, çox mehriban adamlar arasında münasibəti bildirən ifadə.

    Полностью »
  • ƏVƏZİNİ ÇIXMAQ

    bax: heyif çıxmaq.

    Полностью »
  • ƏYNİNƏ BİÇİLMƏK

    bax: boyuna biçilmək.

    Полностью »
  • ƏYRİ OTURAQ, DÜZ DANIŞAQ

    həqiqəti olduğu kimi söyləməyə başlayarkən işlədilən ifadə.

    Полностью »