AC QULAĞIM, DİNC QULAĞIM

riskli işlərə girişməmək, mübahisələrə qoşulmamaq, qətiyyətli olmamaq mənasında işlədilən ifadə; ~ az aşım, ağrımaz başım.

AC QOYMAQ
AC-YALAVAC QOYMAQ
OBASTAN VİKİ
.ac
.ac - Askension adasının ölkə internet kodu
AC/DC
AC/DC — 1973-cü ildə Anqus və Malkolm Yanq qardaşları tərəfindən Sidneydə qurulmuş Avstraliya rok qrupu. == Qrup haqqında == Hər nə qədər qrup hard-rok və heavy metalın qabaqcıllarından qəbul edilsə də, qrup üzvlərinin musiqisi rock and roll musiqisinə daha çox oxşadırlar. == Qrupun tarixi == AC/DC, Angus və Malcolm Young qardaşlar tərəfindən 1973-cü ildə Sidneydə qurulmuş Avstraliyalı hard rok qrupudur. Hər nə qədər qrup hard rok və heavy metalın qabaqcıllarından qəbul edilsə də qrup üzvlərinin hazırladığı musiqi "rock and roll"-a daha çox bənzədilir. Qrupun ilk albomu "High Voltage" 1975-ci ildə yayımlanana qədər heyətində bir çox dəyişiklik yaşadı. 1977-ci ildə bas gitara ifaçısı Mark Evans'ın yerinə Cliff Williams gəldi. 1979-cu ildə qrup böyük müvəffəqiyyət təmin edən "Highway to Hell" adlı albomunu hazırladı. 1980-ci il 19 fevral günü qrupun solisti Bon Scott yüksək miqdarda spirt qəbul etdikdən sonra öldü. Qrup qısa bir müddət musiqini buraxmağı düşündüsə də sonunda Scott'un yerinə Geordie qrupundan Brian Johnson'ı heyətinə qataraq yoluna davam etdi. Eyni il qrup bu günə qədər ən çox satış əldə edən "Back in Black" albomunu hazırladı.
Ac çöl
Mirzəçöl (qaz. Мырзашөл, özb. Mirzacho‘l, Мирзачўл, rus. Мирзачуль) — Gilli-şoranlıq ərazilərdən ibarət olan səhra. Orta Asiya regionunda Qazaxıstanın cənubu və Özbəkistanın ərazilərini təşkil. Sırdərya çayı yaxınlığında, Fərqananə vadisinin çıxacağında yerləşir. Səhranın sahəsi 10 min km² təşkil edir. == Adı == Region ölkələri arasında Mirzəçöl adlandırılsada bəzi mənbələrdə Açlıq çölü olaraq adı keçir. Türkistanda geniş çöllük ərazi həyat şəraitinin cətinlikləri səbəbindən bu çür adlandırılmışdır. Səhrada yalnız köçərilərə rast gəlinir.
Ac həriflər (hekayə)
Ac həriflər (komediya) — "Ac həriflər" 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəridir, vodevil janrında yazılmışdır. "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur. Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində “quru bəylər” də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir.
Ac həriflər (pyes)
Ac həriflər (komediya) — "Ac həriflər" 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəridir, vodevil janrında yazılmışdır. "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur. Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində “quru bəylər” də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir.
Lockheed AC-130
AC-130 Gunship, Lockheed C-130 Hercules nəqliyyat təyyarəsinin xüsusi təyinatlı qüvvələrə qaynar müharibə bölgələrində yaxın hava dəstəyini təmin edə bilmək üçün modifikasiya edilmiş versiyasıdır. Standart bir Lockheed C-130 Hercules nəqliyyat təyyarəsindən daha artıq mühərrik gücü, dırmaşma sürəti və döyüş mənzilinə malikdir. Aşağı hündürlükdə olan uçuşlarda olduqca uğurlu olan, yerləşdiyi bölgələri çöl yerlərindəki hədəflərə qarşı dəqiq atəş aça bilən, təsir gücü yüksək olan hücum təyyarəsidir. Dəqiqə ərzində 610 metr hündürlüyə qalxa bilən təyyarə hər cür eniş-qalxış zolağından istifadə edə bilər. Təyyarədə dörd ədəd hər biri 4.910 at gücündə olan Allison T56-A15 turbopərvanə mühərrikləri vardır. Xilasetmə əməliyyatlarında da istifadə edilə bilən təyyarələrdən ABŞ Silahlı Qüvvələrində 8 ədədi H və 13 ədədi U modelli AC-130 vardır. == İnkişaf etdirilməsi == AC-130 modellərinin meydana çıxması Vyetnam müharibəsi dövrünə aiddir. Koreya müharibəsi dövründən etibarən ABŞ Hərbi Hava Qüvvələri (USAF) qurudakı qoşunlara kömək məqsədilə xüsusi olaraq təchiz edilmiş olan hərbi təyyarələrdən istifadə etməyə başladı. Vyetnam müharibəsində C-47 başda olmaqla müxtəlif nəqliyyat təyyarələri dəyişkən kalibrli və çaplı toplar ilə təchiz edilərək düşmən atəşi altında qalmış ABŞ hərbi birliklərinə aşağı hündürlükdən hava dəstəyini təmin etmək üçün modifikasiya edilmişdilər. Ehtiyaclar nəticəsində Lockheed C-130 Hercules nəqliyyat təyyarələrindən bir qismi də 105, 40, 20 mm-lik toplarla təchiz edilmişdir.
Ac dovşan hücum edir
Ac həriflər (film, 1993)
Ac həriflər tammetrajlı bədii televiziya film-tamaşası rejissor Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Film-tamaşada əsas rolları Yaşar Nuri, Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal Kazımov, Arif Mədətov və Ədalət Ziyadxanov ifa edirlər. == Məzmun == Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər.
Erməni silahlılarının Azəbaycanın dinc əhalisinə hücumları
== Ermənilərin Azəbaycanın dinc əhalisinə hücumları == === 1988 (6 ölü) === 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı yaşayış məntəqəsində X. İsmayılovanın evi partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir. 1988-ci ilin yayında Xankəndi şəhərində uşaq xəstəxanasında rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşı tərəfindən xəstəxananın həyətində döyülmüş, nəticədə həyatını itirmişdir. İyul 1988-ci ildə Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə əl qumbarası atılması nəticəsində 2 partlayış hadisəsi baş vermiş, nəticədə 2 nəfər həyatını itirmişdir. === 1989 (12 ölü və 7 yaralı) === 28 iyun 1989-cu ildə Xocalı rayonunun Bədərə yaşayış məntəqəsindən eyni rayonun Meşəli yaşayış məntəqəsinə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticəsində maşında olan 6 nəfər ağır yaralanmışlar. 16 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 2 nəfər evə qayıdan zaman hücuma məruz qalmış, nəticədə 2-sidə qətlə yetirilmişdir. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə yaşayış məntəqəsi yaxınlığında 2 nəfər — Q. Bayramov və İ. Qafarov qətlə yetirilmişdir. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas yaşayış məntəqəsi yaxınlığında 1 nəfər — Babaşov qətlə yetirilmiş, azyaşlı X. Əliyev isə yaralanmışdır. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində IX sinif şagirdi T. Süleymanov qətlə yetirilmişdir. 24 noyabr 1989-cu ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmişdir. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda 3 nəfər — Q. Ələsgərov, T. Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.
Ac dovşan hücum edir (film, 2011)
Ac dovşan hücum edir (ingiliscə orijinal adı: Seeking Justice, Azərbaycan dilində: Ədalət axtarışında) 2011-ci ildə Rocer Donaldsonun rejissorluq etdiyi və Tobey Maguire və Ram Bergman tərəfindən istehsal olunan filmdir. Çəkilişləri Nyu Orleanda aparılmışdır. Rusiyada premyerası 12 yanvar 2012-ci ildə baş tutmuşdur. == Süjet xətti == Baş qəhrəman Nik Cerardın həyat yoldaşı Laura təcavüzə məruz qalır, vəhşicəsinə döyülərək, başından güllə yarası alır. Sağ qalmaq şansı demək olar ki, sıfıra bərabər olsa da, möcüzəvi şəkildə sağ qalır. Həyat yoldaşını zorlayan şəxsin yaxalanmasında hüquq mühafizə orqanları heç bir nəticəyə nail olmadığından, alternativ variantlar axtarır. İş elə gətirir ki, gizli fəaliyyət göstərən və seksual manyakları öz gücləri hesabına cəzalandıran və ya zərərsizləşdirən dəstənin başçılarından biri ilə tanış olur. Həmin qrupun nümayəndəsi cinayətkarı öldürərək, morqa zəng vurur və "Ac dovşan hücum edir" ifadəsini işlədir. Ancaq təcavüzkar heç də təmənnasız olaraq cəzalandırılmayıb. Bunun müqabilində Nik dəstə üçün bir neçə tapşırıq yerinə yetirməlidir.
вы́крестить звона́рка малоинтере́сный пристро́чка прома́лчивать проприета́р реза́к солево́й холоди́ще анноти́рованный взви́хриваться вы́харкать мелкодо́нный монго́л beard moss diatheses epidemy insubmission long-haired plate pail semiprofessional альтиметр наведаться таран трап