KEÇƏL HALVA YEYƏR, PULUNA MİNNƏT

rəva bilinmədiyi halda nəyi isə öz vəsaiti hesabına əldə edən adam haqqında işlədilən ifadə.

KEÇƏL BAŞDA DƏLLƏKLİK ÖYRƏNMƏK
KEÇƏL SUYA GETMƏZ
OBASTAN VİKİ
Halva
Halva – Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35-47% şəkər, 30-32% yağ, 12-13% zülallı maddə, 1.8-2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545 - 555 kkal olur. == Səməni halvası == Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur.
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Sarı halva
Sarı halva (az.-əbcəd ساری حالوا‎) — Həmədan bölgəsinin ənənəvi şirniyyatlarından biri ki əsasən orucluq aylarında hazırlanır. Sarı halva görünüşünə görə sıyığa bənzəsədə, rəngi sarı, quruluşuna görə isə sıyıqdan daha bərkdir. == Lazım olan ərzaqlar == 10 ədəd yumurta sarısı Yarım stəkan şəkər tozu Yarım fincan gülab 3 yemək qaşığı ərinmiş kərə yağı 3 yemək qaşığı əridilmiş zəfəran == Hazırlanma qaydası == Yumurta sarılarını qarışdırdıqdan sonra, üstünə şəkər tozunu töküb maddənin qabarmasına kimi qarışdırın ki krem rəngli olsun. Kərə yağını tavaya qoyub qızdırdıqdan sonra üzərinə öncədən hazırlanmış yumurta-şəkər qarışığını əlavə edin. Tərkiblər sərtləşdikdən sonra qızılgül suyu və əridilmiş zəfəranı qarışdırın və qarışığınıza əlavə edib qarışdırın və zəif odda 10 dəqiqə qaynadandan sonra götürün və sərtləşdirmək üçün soyuducuya qoyun. Həmədan Sarı halvasını dilimlənmiş püstə, badam və darçınla bəzəyə bilərsiniz.
Tər halva
== Tərkibi == Əla növ buğda unu - 400q, ərinmiş yağ - 200q, doşab - 250q və ya şəkər tozu - 200q, darçın - 2q. === Hazırlanma qaydası === Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Keçəl Məmmədli
Keçəl Məmmədli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Məhəmmədkərim xan Minnət
Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar - XVIII əsr şairi, hakim. == Həyatı == Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar İsfahan şəhərində anadan оlmuşdu. Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində Tehran şəhərinin hakimi idi. Bir çоx müharibələrdə böyük igidliklər göstərmişdi. Əmiraslan xan Qırxlı-Avşar оnu Məhəmmədisa xan Qasımlı-Avşarın yеrinə Urmiyaya hakim təyin еtmişdi. 1745-ci ildə Urmiyanın hakimi оlarkən Nadir şaha qarşı çıxdığından tutulub kоr еdilmişdir. Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə təbli şеirlər yazırdı.
Keçəl çərkəz dağı
Keçəl çərkəz dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1356,1 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincəçayın sol sahilində, Kırna kənddən 3 km cənub-şərqdə yerləşən zirvə. Alt Miosenin Qafqaz və Sakaraul regiomərtəbələrinə aid Vayxır və Qızılboğaz lay dəstələrinin vulkanogen-çökmə və çökmə süxurlarından təşkil olunmuş günbəzvari, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında izlənilən Toğluca antiklinalının şimal-qərb periklinal hissəsində yerləşir.
Kosa və keçəl
Kosa və keçəl — Azərbaycan xüsusilə Novruz bayramında məşhur personajlardır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: “Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki “Azad qadın”ın heykəli, yerləşdiyi ərazi də daxil olmaqla, “beşmərətəbə”nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Sarabski də öz əsərində həmin bazar meydanında Bakının qədim bayram ənənələrindən bəhs edib.
II Keçəl Karl
II Keçəl Karl (qəd. fr. Karlo, fr. Charles le Chauve; 13 iyun 823[…], Frankfurt-Mayn – 6 oktyabr 877[…]) — 843-cü ildən Qərbi Frank krallığının ilk hökmdarı, 831–833-cü illərdə Şvabiya kralı, 839–843-cü və 848–854-cü illərdə Akvitaniya kralı, 869-cu ildən Lotaringiya kralı, 875-ci ildən Provans kralı və Qərb imperatoru, 876-cı ildən Karolinqlər sülaləsindən İtaliya kralı. Atası I Mömin Lüdovikin hakimiyyəti dövründə bir sıra vətəndaş müharibələrindən sonra Karl Verden müqaviləsi (843) ilə imperiyanın qərb üçdə birini əldə etməyə müvəffəq olmuşdur. O, Böyük Karlın nəvəsi idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === This article incorporates text from a publication now in the public domain: Kisholm, Hyu, redaktorCharles II. // Britannika Ensiklopediyası. 5 (XI). Cambridge University Press. 1911.
алмазодобыва́ющий мелодрамати́зм неотсту́пно обтачно́й обша́рпанность перемежева́ть ра́нец торфоразрабо́тка дома́тывать завалю́шка зала́щиваться заштрихо́вывать обо́ры alamode cantilever fruited labdanum slotting-machine terramycin thorp thumb index альтруизм воздвигнуться пихтовый цветоносный