Словарь арабских и персидских слов, используемых в классической азербайджанской литературе / Ə
Всего статей – 19414,
статей на «Ə» – 1032
-
ƏACİB
ə. «ücubə» c. möcüzələr; qəribə şeylər.
-
ƏACİM
ə. «əcəm» c. 1) ərəb olmayanlar; 2) iranlılar.
-
ƏADİ
ə. «əda» c. düşmənlər, rəqiblər.
-
ƏALİ
ə. «əla» c. 1) əlalar, yaxşılar; 2) m. böyük adamlar, böyüklər.
-
ƏAZİM
ə. «əzim» c. böyüklər, əzəmətlilər.
-
ƏB
ə. ata.
-
ƏBA
ə. əba.
-
ƏBABİL
ə. dağ qaranquşu.
-
ƏBAD
ƏB’AD
ə. «böd» c. uzaqlar.
-
ƏBALİSƏ
ə. «iblis» c. iblislər.
-
ƏBAPUŞ
ə. və f. əbalı, əba geyinmiş.
-
ƏBATİL
ə. «batil» c. batillər.
-
ƏBBASİ
ə.
-
ƏBCƏD
ə.
-
ƏBCƏDXAN
ə. və f. 1) oxuyan; 2) m. təhsilə yeni başlayan; 3) m. biliyi hələ az olan.
-
ƏBD
ə. 1) qul, kölə; 2) məxluq, adam, insan. Əbdi-şikəm qarınqulu.
-
ƏBDAL
ə. «bədəl» c. 1) əvəz, əvəz edən şeylər; 2) müavinlər.
-
ƏBDAN
ə. «bədən» c. bədənlər, cəsədlər.
-
ƏBDÜLBƏTN
ə. qarınqulu.
-
ƏBƏD
ə. 1) sonsuz zaman; 2) həmişəlik, daimilik, əbədilik.
-
ƏBƏDA
ə. bax əbədən.
-
ƏBƏDƏ
ə. «abid» c. abidlər.
-
ƏBƏDƏN
ə. heç vaxt.
-
ƏBƏDİ
ƏBƏDİ(YYƏ)
ə. 1) sonu olmayan, sonsuz, tükənməz; 2) əbədi olaraq, daimi, həmişəlik.
-
ƏBƏDİYYƏ
ƏBƏDİ(YYƏ)
ə. 1) sonu olmayan, sonsuz, tükənməz; 2) əbədi olaraq, daimi, həmişəlik.
-
ƏBƏDİYYƏN
ə. əbədi olaraq, həmişəlik, daimi.
-
ƏBƏDİYYƏT
ə. sonsuzluq, həmişəlik.
-
ƏBƏDZİNDƏ
ə. və f. daimi diri olan; ölməz.
-
ƏBƏS
ə. 1) faydasız, xeyirsiz; 2) nahaq yerə.
-
ƏBƏSGU
ə. və f. boş danışan, nahaq danışan.