Словарь арабских и персидских слов, используемых в классической азербайджанской литературе

  • EYB

    ə. 1) nöqsan, təqsir; 2) bədnam etmə, pisləmə

    Полностью »
  • EYBCU

    ə. və f. eyib axtaran; hər şeydə, hər kəsdə nöqsan tapan

    Полностью »
  • EYBNÜMA

    ə. və f. eyibləri göstərən, nöqsanları üzə çıxaran

    Полностью »
  • EYBPUŞ

    ə. və f. eyibin üstünü örtən, nöqsan və qüsuru ört-basdır edən

    Полностью »
  • EYD

    ə. bayram. Eydi-əkbər «ən böyük bayram» qurban bayramı; eydi-fəsh pasxa bayramı; eydi-fətr orucluq bayramı; eydi-kəbir «böyük bayram» qurban bayramı;

    Полностью »
  • EYDİ

    ə. bayrama aid olan

    Полностью »
  • EYDİYYƏ

    ə. bayram münasibətilə verilən hədiyyə, yazılan qəsidə və s.; bayramlıq

    Полностью »
  • EYHAM

    ə. ikimənalı, qeyri-müəyyən (söz, ifadə və s.)

    Полностью »
  • EYMƏN

    ə. 1) uğurlu, xoşbəxt; 2) təhlükəsiz, qorxusuz (yer); 3) arxayın, xatircəm; 4) qorunmuş, mühafizə olunmuş

    Полностью »
  • EYN

    EYN1 ə. 1) göz; 2) çeşmə, bulaq; 3) əsil, zat; 4) oxşar, bənzər; 5) sırf, xalis; 6) gözə görünən varlıq; 7) eyni, həmin

    Полностью »
  • EYNƏKALLAH

    ə. Allah səni (pis) gözdən saxlasın!

    Полностью »
  • EYNƏLYƏQİN

    ə. 1) gözlə görüb yəqin etmə; 2) şübhəsiz, şəksiz

    Полностью »
  • EYNƏN

    ə. eyni ilə

    Полностью »
  • EYNİ

    ə. 1) gözə məxsus, gözə aid; 2) tamamilə, özü

    Полностью »
  • EYNİYYƏT

    ə. eynilik

    Полностью »
  • EYNÜLHƏYAT

    ə. dirilik bulağı; adi həyat

    Полностью »
  • EYNÜLLAH

    ə. Allahın gözü; Tanrının gözü

    Полностью »
  • EYŞ

    ə. 1) yaşayış, yaşama, məişət; 2) eyş, işrət, kef, nəşə

    Полностью »
  • EYŞXANƏ

    ə. və f. eyş evi, kef yeri, kef məclisi

    Полностью »
  • EYTAM

    ə. «yetim» c. yetimlər

    Полностью »
  • EYVAH

    f. təəssüflər! heyflər!

    Полностью »
  • EYVAN

    f. 1) köşk, qəsr; 2) böyük salon; 3) balkon

    Полностью »
  • EYYÜHA

    ə. ey! ay!

    Полностью »
  • EYYÜHALÜŞŞAQ

    EYYÜHAL’ÜŞŞAQ ə. ey aşiqlər!

    Полностью »
  • EYYÜHANNAS

    ə. ey adamlar! ay camaat!

    Полностью »
  • EYZƏN

    ə. bax kəzalik

    Полностью »
  • EZAM

    E’ZAM1 ə. rəsmi olaraq bir yerə göndər(il)mə, yollan(ıl)ma. E’ZAM2 ə. 1) böyü(t)mə, mübaliğə; 2) təzim

    Полностью »
  • EZAMİYYƏ

    E’ZAMİYYƏ(T) ə. yollan(ıl)ma, göndər(il)mə

    Полностью »
  • EZAMİYYƏT

    E’ZAMİYYƏ(T) ə. yollan(ıl)ma, göndər(il)mə

    Полностью »
  • EZAZ

    E’ZAZ ə. əzizləmə

    Полностью »
  • EZAZƏN

    E’ZAZƏN ə. əzizləyərək

    Полностью »
  • ƏACİB

    ə. «ücubə» c. möcüzələr; qəribə şeylər

    Полностью »
  • ƏACİM

    ə. «əcəm» c. 1) ərəb olmayanlar; 2) iranlılar

    Полностью »
  • ƏADİ

    ə. «əda» c. düşmənlər, rəqiblər

    Полностью »
  • ƏALİ

    ə. «əla» c. 1) əlalar, yaxşılar; 2) m. böyük adamlar, böyüklər

    Полностью »
  • ƏAZİM

    ə. «əzim» c. böyüklər, əzəmətlilər

    Полностью »
  • ƏB

    ə. ata

    Полностью »
  • ƏBA

    ə. əba

    Полностью »
  • ƏBABİL

    ə. dağ qaranquşu

    Полностью »
  • ƏBAD

    ƏB’AD ə. «böd» c. uzaqlar

    Полностью »
  • ƏBALİSƏ

    ə. «iblis» c. iblislər

    Полностью »
  • ƏBAPUŞ

    ə. və f. əbalı, əba geyinmiş

    Полностью »
  • ƏBATİL

    ə. «batil» c. batillər

    Полностью »
  • ƏBBASİ

    ə. 1) İranda: Şah Abbas dövründə buraxılmış sikkə; 2) Azərbaycanda və bəzi Şərq ölkələrində iyirmi qəpiklik metal pul; ab(b)ası

    Полностью »
  • ƏBCƏD

    ə. 1) ərəb əlifbasının ilk dörd hərfi; 2) əlifba; 3) müəyyən tarixi və ya rəqəmi ərəb hərfləri vasitəsilə ifadə etmək üsulu; 4) m

    Полностью »
  • ƏBCƏDXAN

    ə. və f. 1) oxuyan; 2) m. təhsilə yeni başlayan; 3) m. biliyi hələ az olan

    Полностью »
  • ƏBD

    ə. 1) qul, kölə; 2) məxluq, adam, insan. Əbdi-şikəm qarınqulu

    Полностью »
  • ƏBDAL

    ə. «bədəl» c. 1) əvəz, əvəz edən şeylər; 2) müavinlər

    Полностью »
  • ƏBDAN

    ə. «bədən» c. bədənlər, cəsədlər

    Полностью »
  • ƏBDÜLBƏTN

    ə. qarınqulu

    Полностью »