Словарь арабских и персидских слов, используемых в классической азербайджанской литературе

  • TƏADİ

    ə. düşmənlik, düşmənçilik

    Полностью »
  • TƏAHÜD

    ə. qarşılıqlı öhdəçilik

    Полностью »
  • TƏAQÜB

    ə. bir-birinin ardınca getmə, bir-birini təqib etmə

    Полностью »
  • TƏALA

    ə. yüksəlsin, yüksək olsun! (Allahın adları ilə işlədilir)

    Полностью »
  • TƏALALLAH

    ə. «Allah ucadır!» m. nə gözəl! nə yaxşı!

    Полностью »
  • TƏALEYTƏ

    ə. yüksəltdin!

    Полностью »
  • TƏALİ

    ə. şan-şöhrət qazanma; yüksəlmə

    Полностью »
  • TƏALİM

    ə. «tə’lim» c. 1) təlimlər, məşqlər; 2) öyrədilən fənlər

    Полностью »
  • TƏALİPƏRVƏR

    ə. və f. tərəqqi sevən, yüksəlmək istəyən

    Полностью »
  • TƏAM

    ə. yemək

    Полностью »
  • TƏAMÜL

    ə. işin adi surətdə baş tutması

    Полностью »
  • TƏANÜQ

    ə. qucaqlaşma

    Полностью »
  • TƏARÜF

    ə. bir-biri ilə tanış olma

    Полностью »
  • TƏARÜZ

    ə. bir-birinə müxalif, zidd olma

    Полностью »
  • TƏATİ

    ə. bir-birinə vermə; dəyişmə, mübadilə

    Полностью »
  • TƏAVİZ

    ə. «tə’viz» c. dualar, pitiklər

    Полностью »
  • TƏAVÜN

    ə. bir-birinə yardım etmə, bir-birinə əl tutma; köməkləşmə; əməkdaşlıq

    Полностью »
  • TƏAZÜD

    ə. bir-birinə arxa olma, yardım etmə

    Полностью »
  • TƏB

    TƏB f. qızdırma, isitmə. TƏB’ ə. 1) damğa, möhür; 2) təbiət, yaradılış, xilqət; 3) çap, nəşr, çap etmə

    Полностью »
  • TƏBABƏT

    ə. 1) təbiblik, həkimlik; 2) tibb elmi

    Полностью »
  • TƏBADÜL

    ə. dəyişmə, əvəz etmə, dəyiş-düyüş. Təbadüli-əfkar fikir mübadiləsi

    Полностью »
  • TƏBAĞÜZ

    ə. bir-birinə kin bəsləmə, bir-biri ilə düşmənçilik etmə

    Полностью »
  • TƏBAH

    f. bax təbahi (1-ci mənada)

    Полностью »
  • TƏBAHİ

    f. 1) bax təbəh; 2) puçluq, heçlik

    Полностью »
  • TƏBAXƏT

    ə. aşpazlıq

    Полностью »
  • TƏBAKİ

    ə. ağlaşma

    Полностью »
  • TƏBAR

    TƏBAR1 f. həlak, tələf. TƏBAR2 f. əsil, soy, nəsil

    Полностью »
  • TƏBARƏK

    ə. mübarək(dir)! mübarək (olsun)!

    Полностью »
  • TƏBARƏKALLAH

    ə. Allah mübarək eləsin!

    Полностью »
  • TƏBARƏKƏ

    TƏBARƏKƏ(T) ə. (Allah) mübarək eləsin! Mübarəkdir!

    Полностью »
  • TƏBARƏKƏT

    TƏBARƏKƏ(T) ə. (Allah) mübarək eləsin! Mübarəkdir!

    Полностью »
  • TƏBAŞİR

    ə. əsli f. lövhədə və s. yazmaq, divar ağartmaq üçün işlədilən ağ daş

    Полностью »
  • TƏBAÜD

    ə. bir-birindən uzaq düşmə; uzaqlaşma

    Полностью »
  • TƏBAYE

    TƏBAYE’ ə. «təbiət» c. 1) xasiyyətlər, təbiətlər; 2) bəsit maddələr. Təbayei-bəşəriyyə insan xüsusiyyətləri, insan xasiyyətləri

    Полностью »
  • TƏBAYÜN

    ə. 1) iki şey arasındakı ziddiyyət; 2) ortaq bir rəqəmə bölünməsi mümkün olmayan iki rəqəm arasındakı münasibət (məs

    Полностью »
  • TƏBBAX

    ə. xörək bişirən; aşpaz

    Полностью »
  • TƏBBAL

    ə. təbilçi, təbilçalan

    Полностью »
  • TƏBCİL

    ə. ucaltma, tərifləmə

    Полностью »
  • TƏBDAR

    TƏB’DAR ə. və f. təbi olan; təbli

    Полностью »
  • TƏBDİL

    ə. 1) başqa şəklə salma; dəyişdirmə; 2) bir dildən başqa dilə çevirmə; tərcümə; 3) paltarını dəyişmə

    Полностью »
  • TƏBDİLƏN

    ə. təbdil edərək; dəyişdirərək

    Полностью »
  • TƏBƏCCÜR

    ə. içinə dalma, dibinə çatma

    Полностью »
  • TƏBƏDDÜL

    ə. başqa şəklə düşmə; dəyişmə, dəyişilmə, dəyişiklik

    Полностью »
  • TƏBƏDDÜLAT

    ə. «təbəddül» c. dəyişikliklər

    Полностью »
  • TƏBƏƏ

    ə. «tabe’» c. 1) tabe olanlar; 2) t. bir dövlətin vətəndaşı olan adam; əhali; rəiyyət

    Полностью »
  • TƏBƏH

    f. məhv olmuş, xarab olmuş; məhv, puç

    Полностью »
  • TƏBƏHHÜR

    ə. dərindən düşünmə

    Полностью »
  • TƏBƏHKAR

    f. 1) xarab olan, bərbad olan; 2) öz işindən heç bir fayda görməyən; əhəmiyyətsiz işlər görən

    Полностью »
  • TƏBƏXXÜR

    ə. buxarlanma, buğlanma, buğa çevrilmə, qaynayıb buğ olma

    Полностью »
  • TƏBƏQ

    ə. 1) tabaq; 2) bulud (qab); 3) bir budağın üstündə olan gül yarpaqları

    Полностью »