ə. 1) kainat, dünya, yer kürəsi; 2) sahə; 3) çoxlu; 4) m. xalq, camaat, cəmiyyət. Aləmi-bəqa’ əbədi aləm, axirət; aləmi-bərzəx 1) dünya ilə axirət arasında ruhların qiyamətə qədər duracaqları yer; 2) m. əzablı yer; aləmi-bəşəriyyət insanlar, bəşəriyyət; aləmi-əkbər ən böyük aləm, dünya; aləmi-əqdəs ən müqəddəs yer, axirət; aləmi-imkan varlıq aləmi, dünya; aləmi-fani puç aləm, müvəqqəti dünya, keçici dünya; aləmi-heyvan heyvanlar aləmi, canlılar aləmi; aləmi-xak real dünya, gerçək aləm; aləmi-xəyal xəyallar aləmi; aləmi-mələkut 1) mələklər, məlaikələr; 2) ilahi dünya; aləmi-mütəməddin mədəni aləm; aləmi-nasut insan yaşayan aləm, bəşəriyyət aləmi; aləmi-nəbat bitkilər aləmi; aləmi-surət dünya, kainat.