QAB
QABİL
OBASTAN VİKİ
Xəsənqata Qabəşi
Xəsənqata Qabəşi — tatar tarixçisi, din alimi, qazı. == Həyatı == Xəsənqata Qabəşi 1863-cü il yanvarın 11-də Keçe Sılabaş kəndində molla ailəsində doğulmuşdur. Onun atası Möxəmməd və babası Kəlimulla Qobeydulla oğlu kənd təsərrüfatı işləri ilə məşğul olmaqla yanaşı, əlyazma kitablarının üzünü köçürmək və qəbir daşları üzərində ölənlər haqqında bilgi yazmaqla da məşğul olarlarmış. Xəsənqata da ilk təhsilini evdə atasından və babasından aldığından mədrəsədə ibtidai siniflərdə oxumayıb. Atası onu 1875-ci ildə Kazandakı Vəli həzrətləri mədrəsəsinə göndərib. Bu mədrəsə o dövrdə Üsul-i Qədim, yəni köhnə qaydalarla dərs verən təhsil ocağı sayılırdı. Avropanın təsiri ilə formalaşan, yeni üsulla dərs verən, yəni proqramında riyaziyat, coğrafiya, kimya və başqa fənlər tədris edilən, xarici dillər öyrədilən mədrəsələrlə Üsul-i Qədim adlandırılan mədrəsələr arasında bir qarşıdurma, açıq və gizli bir ziddiyət vardı. Ata və babası Xəsənqatanın mühafizəkar bir təhsil ocağında oxumasını istəsələr də, o, rus dilini, riyaziyyatı, coğrafiyanı, təbiət elmlərini, tarixi öyrənmişdir. Xəsənqata Qabəşi 12 il mədrəsədə oxumuş, 5 ildən çox da orada dərs demişdir. Kazan mühiti onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərmişdir.
за дела́ми клешневи́дный облы́жно поту́хший стриго́льник трассови́к туше́ние хладо... бесшаба́шный биоочи́стка встро́иться вы́плыть изворо́тливый ласт махаго́н ну́те-с пятое колесо́ в телеге визирь нехахиревато суразный mausoleum paper currency окислять отряхнуться поплиновый