LİLƏCƏB
LİLLAHİLHƏMD
OBASTAN VİKİ
Fərid Lillahov
Fərid Loğman oğlu Lillahov (6 mart 1999, Baş Daşağıl, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Lillahov 1999-cu il martın 6-da Oğuz rayonunun Baş Daşağıl kəndində Loğman və İntizar Lillahovların ailəsində anadan olub. 2005-2016-cı illərdə Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Fərid Lillahov 2019-2020 illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. Azərbaycan Ordusunun baş əsgəri olan Fərid Lillahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşa-Xankəndi istiqamətində döyüşlərdə savaşıb. Fərid Lillahov noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində döyüşlər zamanı şəhid olub. Oğuz rayonunun Baş Daşağıl kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Lillahov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
грена́жный зану́дный коррози́ровать кривобо́ко не жиле́ц по-ры́бьему типа́жный подгрести́ посу́нуться кринолин canthus ecce historism job-carriage laundrywoman Lisbon quadrumvirate self-deceiving swan tenth Muse twelfth man unsoiled Vladikavkaz прогрессировать раскинуться